“turan.info.az” saytının məlumatına görə, tədbirdə müxtəlif dini konvessiyaların nümayəndələri, o cümlədən azərbaycanlıların rəhbərlik etdikləri dini təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Kaxa Kaladze Gürcüstanın tolerant bir ölkə olduğunu və ölkədə müxtəlif dini konvessiyaların fəaliyyət göstərdiyini, həmçinin ölkənin paytaxtı Tiflis şəhərində müxtəlif konvensiyalara məxsus insanların yaşadığını vurğulayıb.
Tədbir iştirakçıları görüş çərçivəsində öz fikirlərini bildirib və din sahəsində onları narahat edən məsələlərin həllinin vacib olduğunu qeyd ediblər.
Görüşdə dini təşkilatların maliyyələşdirilməsi, dini və mədəni abidələrin mühafizəsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə Gürcüstan parlamentinin çoxluq lideri Arçil Talakvadze, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinin müavini Ayvaz Mərdanov da iştirak edib.
Nizami Məmmədzadə,
jurnalist
turan.info.az
.