Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...” “Xalqın “Gürcü arzusu”na dözmək limiti sürətlə tükənir”

2017-ci il Yanvarın 20-də Gürcüstanın ana müxalifət partiyası Vahid Milli Hərəkat Partiyasının növbəti qurultayı keçirilib.
Qurultayda 2016-cı il 6 oktyabr seçkisində partiyadan millət vəkili seçilən 21 nəfər partiya sıralarından istefasını elan edib. Bununla da əsas müxalifət partiyasının millət məclisində cəmi 6 üzvü qalıb.
Onlardan biri olan Azər Süleymanov müsahibə zamanı Vahid Milli Hərəkat Partiyasının yeni hədəflərindən danışıb.


- Azər bəy, 27 mandat qazanan partiyanın gələn parlament seçkisində iqtidar ola biləcəyi ehtimalları səslənərkən, hansı səbəbdən belə ciddi parçalanma baş verdi?

- Gürcüstanın siyasi həyatı fərqlidir. Burada parçalanmalar, yeni birliklərin yaranması seçki prosesi ərəfəsində də, seçkidən sonra da baş verir. Vahid Milli Birlik Hərəkatından ayrılanlar 15 il bərabər yol gəldiyimiz dostlarımızdır. Görünür, bu addımı hansısa maraqlara görə atıblar. Bununla belə, onların seçiminə hörmətlə yanaşıram. Keçmiş partiya yoldaşlarımız Gürcüstanın gələcəyi üçün çalışmağın başqa yolunu seçdilər. Yolları açıq olsun – başqa nə deyə bilərik?

- 27 millət vəkilindən 21-nin partiyanı tərk etməsi xırda məsələ deyil. Bəz, siz hansı səbəbdən partiyada qaldız?

- Bilirsiniz ki, bizim partiyanın qurucusu eks-prezident Mixeil Saakaşvilidir. Bu gün o, Ukrayna siyasətində olsa da Gürcüstan üçün çalışmalarını da durdurmayıb. Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim. Biz türklər əsrlərdir bu gün də yaşadığınız torpaqların sahibi olsaq da, yalnız Mixeil Saakaşvilinin prezidentliyi dönəmində ölkənin bərabərhüquqlu vətəndaşı olduğumuzu hiss etdik. Biz Gürcüstan dövlətini sevirik – bura bizim Vətənimizdir. Gürcüstan Respublikasının müstəqilliyinin bərpasından sonra çox çətin günlər yaşadıq. Həm Qamsaxurdiyanın, həm də Şevardnadzenin hakimiyyəti dönəmində böyük köç başlamışdı, kriminal durum ağırlaşdığı üçün insanların rahat həyatı pozulmuşdu, aşırı millətçilik meylləri bizi çətin duruma salmışdı. Türklərə aşağılayıcı tonda “tatar” deyilirdi. Saakaşvili bütün bunları aradan qaldırdı. Öz seçki kampaniyasına Borçalıdan başlamaqla Gürcüstanda yaşayan türklərə ciddi mesaj verdi və ən əsası hakimiyyəti illərində verdiyi vədləri yerinə yetirdi. Bütün bunları gözə alaraq mən onun lideri olduğu partiyadan getmədim.

- Qurultaydan az öncə siz və partiyanın daha bir neçə üzvü Kiyevdə Saakaşvili ilə görüşmüşdünüz. Artıq onda belə bir parçalanma baş verəcəyindən xəbərdar idinizmi?

- Xeyir, o zaman bu haqda hələ açıq danışılmamışdı. Biz komanda olaraq seçkidən uğurla çıxmışdıq. “Gürcü arzusu”nun son dərəcə ciddi basqısına, seçki saxtalaşdırmasına yol verməsinə baxmayaraq, 27 mandat qazanmışdıq. Yanvarın 20-də keçirilən qurultayda yaxın hədəfləri müəyyən etməyi düşünürdük. Ancaq mənzərə bir qədər fərqli oldu. Düşünürəm, hər şey yaxşılığa doğrudur. Mixeil Saakaşvili də bu haqda danışarkən partiyaya yeni nəfəs gələcəyini deyib. Bir məsələni də vurğulayım ki, Vahid Milli Hərəkat Partiyasından ayrılanlara xalqın təpkisi də böyük oldu. Vətəndaşlar açıq aşkar dedilər ki, biz səsimizi konkret şəxslərə yox, Saakaşvili komandasına vermişik. İnanıram ki, deputatlar sıralarımızı tərk etsə də, elektoratımız yerindədir və biz Gürcüstan hakimiyyətinin əsas rəqibi olaraq qalacağıq.

- Azər bəy, deputatların partiya sıralarından çəkilməsi cənab Saakaşvilinin Ukraynadakı planları ilə bağlı ola bilərmi?

- Ola bilər, onun yaxın hədəfləri Ukrayna ilə bağlı olsun, ancaq Gürcüstan onun Vətənidir. İki dönəm uğurla prezidentlik etdiyi ölkədə onun haqları kobud şəkildə pozulur – onun ölkəyə girişi yasaqdır. Saakaşvili güclü siyasətçidir və inanmıram ki, o, vətənində komandasının yenidən hakimiyyətə gəlmək çalışmalarını ikinci plana atsın.

- Bizim də müşahidələrimiz göstərir ki, Gürcüstanda ciddi bahalaşma var. “Gürcü arzusu” yeni hakimiyyət dönəminə ağır iqtisadi şərtlər altında başlayıb. Ölkədəki ümumi iqtisadi durumu necə dəyərləndirirsiniz?

- Çox ağır. Lari getdikcə ucuzlaşır və hökumətin prosesi dayandırmaq imkanları yoxdur. Təbii, hər bir vətəndaş bu sosial gərginliyi öz həyatında hiss edir. İndi ölkədə bir neçə banka borcu olmayan vətəndaş tapmaq mümkün deyil. İqtisadi problemlər insanların psixologiyasında da ciddi problemlərə yol açır. Fikir vermisiniz yəqin, Gürcüstanda insanların üzündə çox gərgin, bədbin bir ifadə var. Optimizm üçün səbəb tapmaq çətinləşib. Marneulidə seçicilərlə görüşəndə də, paytaxt Tiflisdə də eyni gərginlik duyulur – insanlar iqtisadi sıxıntı içərisindədir. “Gürcü Arzusu” birinci dönəm də vədlərini yerinə yetirmədi, ikinci dönəmdə də heç bir ciddi addım ata bilməmələrindən vədlərni yerinə yetirə bilməyəcəkləri aydındır. Hökumət islahatlar həyata keçirməkdənsə, dünya valyuta bazarında nəhəng borclar axtarmaqla məşğuldur. Əgər arxasında islahat dayanacaqsa, sözsüz, yalnız bəlli bir dönəm üçün borclanmanın faydaları ola bilər. Ancaq “Gürcü arzusu” ilk dönəmdə heç bir çevik iqtisadi siyasət yürüdə bilməyəcəyini sübut edib. Bu isə o deməkdir ki, bu gün hökuməti aldığı nəhəng məbləğləri faizləri ilə bərabər yenə xalq ödəməli olacaq. İvanişvilinin komandası ölkədə iqtisadi dirçəliş yarada, sosial islahatlar həyata keçirə bilmədiyinə görə sürətlə nüfuzdan düşür və ömrünü uzatmaq üçün siyasi avantüra ilə məşğul olur. Düşünürəm ki, xalqın bu iqtidara dözmək limiti sürətlə tükənəcək və hakimiyyətə Gürcüstanın strateji hədəflərini düzgün müəyyən edən, ölkəni dirçəltməyi bacaraq layiqli komanda gələcək.

Aygün Muradxanlı


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Tiflis, Borçalı, Siyasət
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Tiflis, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Gürcüstan, Tiflis, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Borçalı, Siyasət
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Borçalı, Siyasət
Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Borçalı
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
Deputatlığa namizəd Baniamin Kasımovla MÜSAHİBƏ

Deputatlığa namizəd Baniamin Kasımovla MÜSAHİBƏ

Tiflis, Bolus, Msxeta, Siyasət
Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib -- Y ...

Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib -- Y ...

Borçalı, Siyasət
TƏBRİK EDİRİK, ƏZİZ AZƏR SÜLEYMANOV!..

TƏBRİK EDİRİK, ƏZİZ AZƏR SÜLEYMANOV!..

Gürcüstan, Siyasət
Azər Süleymanov  Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin  ...

Azər Süleymanov Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət
Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil”

Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil”

---
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Borçalı
Gürcüstan əsilli ziyalılardan AZƏR SÜLEYMANOVa dəstək

Gürcüstan əsilli ziyalılardan AZƏR SÜLEYMANOVa dəstək

Gürcüstan, Borçalı, Siyasət
Marneuli meri Temur Abazov və başqa 4 nəfər soydaşımız saxlanılıb

Marneuli meri Temur Abazov və başqa 4 nəfər soydaşımız saxlanılıb

Borçalı, Hüquq
Rəy yazın: