Mən özüm də bilmirəm, neyçün, nədən?
Gecələr yuxuma girirsən hərdən.
İllərdir mən uzaq düşmüşəm səndən,
Hicranım, həsrətim, ay Qarayazım.
* * *
Qədim parçasısan sən bu Vətənin,
Sanki bir cənnətdir çölün, çəmənin.
Düz beş il qoynunda yaşadım sənin,
Xeyrim, bərəkətim, ay Qarayazım.
* * *
Azərbaycanımın bir zərrəsisən,
Ulu Borçalımın sanki özüsən,
Dədə-babalardan qalan bir izsən,
Mənim məmləkətim, ay Qarayazım.
Yunis QARAXANOV.
.