Əziz dostum-qardaşım Xaqani!
Səni 60-illik yubileyin münasibətilə səmimi qəlbnən təbrik edirəm!
Səni tanıdığıma, səninlə duz-çörək kəsdiyimə, səninlə cannan, qannan, ruhnan yaxın olduğuma, bağlı olduğuma görə Tanrıma şükür edirəm!
Sən qədim-qayım Qarapapaq türklərinin məsgəni olan Qaraçöpdə İsmeyl kişinin ailəsində dünyaya göz açdın, zəhmətlə böyüdün. Qoyun-quzu otara-otara dərslərini oxudun, həm də böyüklərdən tərbiyyə aldın, öz yerini bildin, böyük-kiçik yanında hörmət qazandın. Təhsil dalınca tale səni uzaqlara, qərib Estoniyanın qədim Tartu Universitetinə apardı. Orada təhsil alan, alim olan, professor olan, türk dili mərkəzi yaradan Sən oldun! Sən həmdə Estoniya Prezidentinin müşaviri oldun, onun türk dili üzrə şəxsi tərcüməçisi oldun! Sən tələbə olanda eston dilinin incəliklərini öyrənib, rayonlarda, kəndlərdə eston nağıllarını, folklor nümunələrini toplayıb cap etdirdin, öz adına, Azərbaycan adına hörmət gətirdin, sevgi qazandırdın o qədim eston xalqının qəlbində! Sən eston dilində şeir yazdın, onların tarixində ilk olaraq başqa xalqın nümayəndəsi kimi seir yazan şair kimi tarixə düşdün! Sən qürbətdə Vətəni yaşatdın, Azərbaycanlıları başına yığıb diaspora yaratdın, Azərbaycanı təbliğ elədin, haqq səsimizi qoca Avropaya çatdırdın, erməni faşistlərinin məkirli siyasətini eston dilində yazdığın məqalələrdə, verdiyin müsahibələrdə ifşa etdin, həqiqəti onların diqqətinə catdırdın! Qurbətdə Vətən üçün, xalq üçün çalışdın! Sənin əməyin hədər getmədi, xalqımız Müzəffər Ali Baş komandanın ətrafında sıx birləşərək torpaqlarımızı yağı düşmənin taptağından azad etdi, ərazi bütovlüyümüzü təmin etdi! Bu sevincimizə Sən hamıdan cox sevindin, şeirlər yazdın, sözünü dedin və azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının qurultayında cıxış etmək şərəfinə nail oldun,adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış Azərbaycan Prezidenti İlham Əliyev Səni Tərəqqi medalı ilə təltif etdi. Sən həm də xoşbəxt valideynsən, cünki gözəl, savadlı, tərbiyəli övladlar böyütmüsən, onlara yüksək təhsil vermisən. Ananın adını daşıyan böyük qızın Şərifə Tartu Universitetində psixoloq, ortancı qızın Aylin Avropada Leiden Universitetində hüquqşünas kimi calışır, sonbeşik qızın Aybike antropoloq kimi fəaliyyət göstərir, sevimli oğlun Turan təhsil alır. Sən onları həmişə yay tətilinə kəndə gətirmisən, onlar elin-obanın adət-ənənəsiylə böyüyüblər, Qaraçöplü kimi böyüyüblər, elə indinin özündə də onlar yayda doğma ata-baba ocağına gəlirlər, babalarlnın-nənələrinin ruhunu şad edirlər. Onların bu nəcib hərəkətləri başqa Qaraçöplü balalarına da bir örnəkdi, bir nümunədir!
Ətraflı
Qaraçöp eli böyük eldi, oranın coxlu qaçaq-qoçaq igidləri olub, indi də var, bu elin həmdə coxlu alimi, dövət adamı var, gözəl, mərd oğulları-qızları var! Ancaq bu eldə anadan olmuş, böyüyüb tərbiyə təhsil almış ilk şəxssən ki, adın təkcə Gürcüstanda yox, həm də Azərbaycanda, türk dünyasında, qoca Avropada hörmətlə çəkilir, sevilir! Bütün bunları Sən özün qazanmısan,öz əməyinlə, öz sözünlə öz sazınla! Sən söz adamısan, sən saz adamısan, sən saz adamsan! Uca tanrı səni seçib, Sən seçilmişlərdənsən! Sənin sözün, sözdən əmələ gələn şeirlərin, içindən, fikrindən, ruhundan, canından-qanından gəlir, ona görə şəstlidi, şirəlidi, mənalıdı, dərindi, bəxtlidi, yığvallıdı, yaddaşlara hopur, ruha dad verir, mənəvi qidaya çevrilir! Sənin qoşduğun sözlər, yazdığın şeirlər çaldığın sazın ruhunu oxşayır, dinləyicini coşdurur, ruhlandırır! Sənin sazın və sözün mənə daha cox qədim qayım Borcalımızın Başkeçidinin Armudlu yaylağında, bulaq başında xoş gəlir, ləzzət edir, Sən saz calıb mahnı oxuyanda sanki haqq dünyasında olan babalarımızın, nənələrimizin ruhları şad olur, bizimlə birlikdə sevinirlər, Sənə xeyir-dua verirlər! Sazın əlindən, sözün dilindən düşməsin Qardaşım!
Yaşa, yaşa Qardaşım 60 nədir ki, hələ cox yaşa, 100 yaşa!
Elşad HƏSƏNOV,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.