EYVAZ ƏLLƏZOĞLU (1956-2011)

26 Fevral - Eyvaz Əlləzoğlunun Xatirə günüdür!..

EYVAZ ƏLLƏZOĞLU (1956-2011) XX əsrin 80-ci illərində ədəbiyyata
Gürcüstandan gələn və elə ilk illərdən
ədəbi gənclik arasında xüsusi yet tutan
istedadlı qələm sahiblərindən biri də
tanınmış yazıçı Eyvaz Əlləzoğludur.
O, özünün istedadı və olduqca zəngin
bədii yaradıcılığı ilə yanaşı, həm də
həyatı mü­şahidə erudisiyasına görə
fərqlənən, bir sözlə, həyata həssas gözlə
baxmağı və hər şeyi süzgəcdən keçirib
həqiqi qiymət verməyi bacaran,
bu keyfiyyətləri öz əsərləri vasitəsilə
oxuculara aşılayan dəyərli nasirlərimizdəndir.


Eyvaz Əlləz oğlu Həsənov - 1956-cı ildə qədim Qarayazıda, indiki Gürcüstanın Qardabani ra­yonundakı Muğanlı kəndində dün­yaya göz açıb. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Orbeliani adına TDPU) filologiya fakültəsinin Azərbaycan bölməsini bitirib.
Bir müddət «Sovet Gürcüstanı» (indiki "Gürcüstan") qəze­tində korrektor işləyib.
Onun istedadına nadanlar vaxtında layiqincə qiymət ver­məyib.
Tbilisidə evi olmadığına görə hər gün kəndə gedib-gəl­məyə məcbur olan Eyvaz Əlləzoğlunun aldığı cüzi maaş heç yollarda xərcləməyə çat­madığından və 1990-cı ilin məlum olaylarından sonra Tbi­lisidə yaşayıb-yarat­mağın mümkünsüzlüyündən o, 1992-ci ildə Bakıya üz tutub, ailəliklə Azərbaycana köçüb və Bakıda yaşayıb-yaratmağa davam edib.

1982-ci ildən mətbuatda çıxış edən gənc qələm sahibi də bir vaxtda çoxsaylı oxucuların diqqətini cəlb etmiş və sənətsevərlərin hörmət və rəğbətini qazanmışdır. Onun «Ağsaqqal» («Azər­bay­can» jurnalı, 9, 1987), «Keçəlin darğanın qızına məhəbbəti və ba­şına gələn macəraları», «Ölü yay», «Balıq günü» (hər üçü «Ul­duz» jurnalı, 3, 1988), «Əyləncə» («Gənclik» jurnalı, 7, 1988), «Bığ­lı Kərəm», «Quyu» (hər ikisi «Yeni səslər» - 1988. Nəsr» almanaxı, B., «Yazıçı», 1989), «Köhnə bağ» («Dan ulduzu», 1987), «Meydandan kənarda» («Dan ulduzu», 1989), «Ötən gün» («Dan ulduzu», 1990), «Tənha bir süsəni qoxuyurdu» («Yaşıl bu­daqlar» almanaxı, B., «Gənclik», 1990) və s. hekayələri müəllifin geniş yaradıcılıq diapa­zonuna malik olduğundan soraq vermişdir.

1992-ci ildə «Yazıçı» nəşriyyatı E.Əlləzoğlunun «Ölü yay» adlı ilk hekayələr toplusunu nəşr edib oxucuların ixtiyarına ver­miş­dir. Gənc nasirin 20 hekayəsi cəmlənmiş kitab oxucular tərəfindən maraqla qarşılanmışdır.

Ana Vətənimizin, Ata Yurdumuzun, müqəddəs tor­­pağımızın ətri, əsrarəngiz gözəllikləri, gənclərimizin
qurub-yaratmaq əzmi, təmiz sevgisi, fəal həyat mövqeyi, eləcə də, halal zəhmət, doğma yurda bağlılıq,
azərbaycançılıq, millilik, xalqlar dostluğu, beynəl­miləlçilk, həmçinin narahat dünyamızın qayğıları, məi­­şətimizə
daxil olan yeni adət-ənənələr, bir sözlə, gələcəyə olan böyük inam E.Əl­ləz­­oğ­lunun bədii yaradıcılığının
əsas mövzusunu təşkil edir. (M.Çoban­lı. «Ölü yay» (eyniadlı yeni kitab haqqında). «Ziya», 26 noyabr, 1992.)
Ədəbiyyatşünas alim Fərhad Xubanovun dili ilə desək, "Eyvaz həyata həssas gözlə baxan qələm sahiblərindəndir." («Dan ulduzu», 1989, səh. 283). İnsan­ların gündəlik gözü qabağında baş verən, ancaq çoxlarının «gör­mə­diyi» və «duymadıqları» hadisələr gənc nasirin diqqətindən ya­yınmır. Cəmiyyətdəki sosial ziddiy­yətləri, mənəvi-əxlaqi təzad­ları gö­rüb, zərgər ustalığı ilə izləyir. Bu anda gənc nasir sadəcə mü­şahidəçi olaraq qalmır, əksinə, xalq dərdinə, el qayğısına şərik olur, onu narahat edən problemləri ümumiləşdirib məharətlə sənət dilinə çevirməyi bacarır. Bu məziyyəti Eyvaz Əlləzoğlu yaradıcılığının uğur­ları say­maq olar.
Nasirin «Balıq günü» hekayəsi bu baxımdan daha maraq­lıdır və diqqəti xüsusi cəlb edir. Hekayədə bir evdə kirayə­nişin qalan tələbə gəncin sərrast müşahidələri fonunda cəmiy­yəti­mizin əxlaq normalarına zidd olan mənzərəni təsvir edir.

«E.Əlləzoğlunun hekayələrində oxucunu çəkən nədir?» - sua­lına istedadlı ədəbiyyatşünas alim Şurəddin Məmmədli olduqca gözəl cavab vermişdir: "Bizcə, ən əsası səmimilik, şirinlik. Bu la­ko­nik, yarpaq əsərlərə obrazlı anlamda ovqat hekayələri desək, elə bilirik, yerinə düşər. Çünki həmin hekayələrin hər birində kon­kretcə bir yaşantının ovqatı var. Kitabdakı əsərləri oxuduqca doy­maq bilmirsən, hadisələri izləməkdən, qəhrəmanın iç dünya­sın­dakı yaşantılara baş vurmaqdan həzz alırsan, xəyal aləmində üzdükcə üzmək istəyirsən. Hekayələrin süjeti, kompozisiyası sadə­dir və sadə olduğu qədər də oynaqdır, maraqlıdır, cəlbedicidir."

Eyvazın əsərlərində tapıntılar, orijinal bənzətmələr, bədii şi­rin­lik çoz güclüdür və bu, bitkin haldadır. Nəsrin duyumları, biz­cə, daha çox ona görə səmimidir, şirindir ki, o görüb-götürüb, duyduğu daxili bir ehtirasla yaşadığı hisslərdən, əhvalatdan yazır. Onun qələmə aldı­ğı hadisələr daha çox Qarayazının Arxaşan yapalaq tə­pə­lərində, qədim Muğannıda, Qaratəpədə, Kosalıda, Nəzərlidə, yeddi oy­maq Qara­çöpdə, Qavrı çayının sahillərində, Alvan dağının alt yanın­da, qaçaq Göyçə vurulan yerdə, Məmməd Mirzə dərəsində… baş ve­rir. Bu hekayələrdəki yumru təpə­lərin yamacları, qoyun sürüləri, çoban itləri, çidarlı atlar, dərəni qılınc kimi kəsib ikiyə bölən sısqa çay, kələ-kötür kənd yolları, yaddaş düyün­çəsinin yırtıqla­rından süzülən xatirələr… müəllifin özünə nə qədər doğmadırsa, o bu doğ­malığı oxucuya da be­ləcə aşılamağı bacarır və oxucu üçün də doğmalaşdırır.

Müşfiq BORÇALI.

(Bax:
M.Çoban­lı. «Ölü yay» (eyniadlı yeni kitab haqqında). «Ziya», 26 noyabr, 1992.;
Müşfiq Mədədoğlu (Çobanlı). «Çağdaş Borçalı ədəbi məktəbi».
Bakı, «Azərbaycan» nəşriyyatı, 1994, səh. 176-178.)


***

P.S.:
Eyvaz Əlləzoğlunun 1993-cü ildə "Yatan dinozavrlar" hekayələr kitabının nəş­rin­dən sonra uzun müddət fasilə yaranır. Bu fasilənin yaranmasına əgər əvvəlcə yazıçın Gürcüstandan koç edərək Ba­kıda yaşaması və iqtisadi çətinliklər səbəb olmuşdusa, sonrakı illərdə isə onun dövlət qulluğunda - Azərbaycan Respublikası Prezident Aparatında məsul bir vəzifədə çalışması, daha sonra isə Azərbaycanın Gürcüstandakı səfirliyində diplomatik fəaliyyət göstərməsi səbəb olmuşdur.

E.Əlləzoğlu 2010-cu ildə "Odun­çu geri qayıdıır" adlı romanı ilə yenidən ədəbi prosesdə görünməyə başlamışdır. Xüsusi olaraq qeyd etməliyik ki, yazıçının bu romanı böyük maraqla qarşılandığı kimi, ədəbi tənqidin də diqqətni cəlb etmiş, haqqında bir neçə məqalə yazılmışdır.

Lakin təəssüflər olsun ki, var gücü ilə ədəbi yaradıcılığını yenidən davam etdirməyə girişən
istedadlı yazıçı Eyvaz Əlləzoğlu 2011-ci il fevralın 26-da qəflətən insult keçirmiş, onun beyninə qan sızmışdır;
Üç uşaq atası olan yazıçı 55 yaşında vəfat etmiş və fevralın 27-də Bakının Hövsan qəsəbəsindəki
Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılmışdır.


ALLAH RƏHMƏT ELƏSİN!..


Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
İsaxan  İlyazoğlu  (1960)

İsaxan İlyazoğlu (1960)

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Ədəbi əlaqələr, Tiflis
TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

ADPU, Darvaz, Müşfiq Borçalı
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Məmməd  ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

Məmməd ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

RÜBAİLƏR, Başkeçid
FƏRMAN ƏLİYEV (1962)

FƏRMAN ƏLİYEV (1962)

Qabal, Müşfiq Borçalı
Professor Həmid Vəliyevin 80 yaşı tamam olur

Professor Həmid Vəliyevin 80 yaşı tamam olur

BDU, Borçalı, Təbriklər
Elimizin fəxri - Eyvaz Rəhimov

Elimizin fəxri - Eyvaz Rəhimov

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Təbriklər, Müşfiq Borçalı, Turan
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Darvaz, Arxiv
Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI    (1936-2012)

Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI (1936-2012)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
VƏLİ ƏLİYEV (1927-1983)

VƏLİ ƏLİYEV (1927-1983)

"SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
RUHUN ŞAD OLSUN, USTAD ƏLİ SƏNGƏRLİ    (1930-2009)

RUHUN ŞAD OLSUN, USTAD ƏLİ SƏNGƏRLİ (1930-2009)

Bolus, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Tbilisidə  yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Ədəbi əlaqələr, Tiflis
XANƏMİRin

XANƏMİRin "MAQ-LAR" romanının təqdimatı

Mədəniyyət, Nəsr
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Rəy yazın: