1979-1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb.
O, ali təhsil aldıqdan sonra doğma vətənə qayıdaraq doğulduğu Qardabani rayonunun Kalinin ictimai məktəbində gənc nəslin təlim-tərbiyəsilə məşğul olmağa başlayıb.
Növrəstə Məhərrəmqızı 30 ildən artıqdır ki, şərəfli və məsuliyyətli vəzifəsini layiqincə yerinə yetirir.
Dəyərli filoloqumuz Növrəstə Məhərrəm qızı Həsənova bir ildir ki, “Gürcüstanda Azərbaycanlı Məüllimlər İttifaqı”nın idarə heyətinin üzvüdür.
Biz də hörmətli Növrəstə xanıma pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.