Həmyerlimiz Fərhad Astan oğlu Səmədov
Rusiyanın Başqırdıstan Respublikası
Prezidentinin fərmanı ilə
Baş nazirin müavini təyin olunub.
Soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.
Qeyd edək ki, Fərhad Astan oğlu Səmədov -
1959-cu il aprelin 23-də qədim Qarayazıda -
indiki Gürcüstanın Qardabani rayonunda anadan olub.
1982-ci ildə Moskvada V.V.Kuybışev adına Mühəndis-İnşaat
İnstitutunu əla qiymətlərlə bitirib.
Fərhad Səmədov əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb,
mühəndis və böyük mühəndis vəzifələrində işləyib,
sonra Azərbaycan Sənaye Tikinti Nazirliyində çalışıb.
F.Səmədov 1985-1994-cü illərdə Moskvada V.A.Kuçerenko adına Mərkəzi Elmi-Tədqiqat və Layihə-Eksperimental
İnşaat Konstruksiyaları və Qurğuları İnstitutu işləyib. O, eyni zamanda, həmin institutun aspiranturasında təhsil alıb,
1988-ci ildə müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb.
O, monoqrafiyaların və Rusiyanın ixtisaslaşmış nəşrlərində dərc edilən elmi işlərin müəllifidir.
1994-1998-ci illərdə Moskvada “Eksimer” Elm-istehsalat müəssisəsində baş direktorun müavini, “Petrotek-Holdinq” ASC-nin birinci vitse-prezidenti olub.
2000-ci illərin əvvəllərindən başlayaraq Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-də çalışıb, əvvəlcə baş direktorunun iqtisadiyyat və maliyyə üzrə müavini, sonra isə baş direktoru işləyib. 2005-ci ildə Sterlitamak şəhərində “Soda” ASC-yə rəhbərlik edib.
F.Səmədov 2004-cü ildə “Professional” Beynəlxalq Proqramlar Komitəsinin “İdarəetmədə qüsursuz işgüzar reputasiya və çevikliyə görə” mükafatına, Rusiya-İsveçrə biznes klubunun “Qüsursuz işgüzar reputasiyaya görə” qızıl medalına, “Milli şöhrət” ordeninə layiq görülüb.
2005-ci ildə “Luçşiye lyudi Rossii” ensiklopediyasının ictimai-konsultasiya şurasının təqdimatı ilə F.Səmədov “Böyük Rusiyanın çiçəklənməsi və inkişafı naminə cəmiyyətin qüvvələrinin konsolidasiyası işinə böyük töhfəsinə görə” diplomu ilə təltif edilib.
2008-2009-cu illərdə “Başkirskaya ximiya” ASC-nin direktorlar şurasının sədri, baş direktorun müşaviri işləyib.
2010-2012-ci illərdə “Başneft” Səhmdar Neft Şirkəti ASCnin direktorlar şurası sədrinin müşaviri olub.
2012-ci ilin fevralında “Başneft” Səhmdar Neft Şirkəti ASC-nin neft-kimya departamentinin direktoru təyin olunub.
Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov 2015-ci ilin fevralından Baş nazirin müavini təyin edilənə qədər isə “Birləşmiş neft-kimya şirkəti” ASC-nin prezidenti olub və “Ufaorqsintez” ASC-nin baş direktorunun vəzifələrini icra edib.
Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunması münasibətilə
şəxsən öz adımdan, eləcə də turan.info.az-ın Yaradıcı Heyəti adından ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.