RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!.. Elə indicə əziz dostum-qardaşım,
dəyərli eloğlumuz, uzun müddət
dövlət vəzifələrində çalışmış fəal ictimaiyyətçi və xeyirxan insan GÜLƏHMƏD QƏRİBOV telefonuma zəng etdi.

Elə ilk andaca zəngin vaxtsız olduğundan və həm də Güləhməd müəllimin səsinin tonundan hiss etdim ki, nəsə pis bir hadisə baş verib:

"Xəbərin varmı nə olub?.." - soruşdu.

Yerimdəcə donub qaldım.

Nə olduğunu belə soruşa bilmədim...

Sadəcə susdum...

Telefonun o biri başında Güləhməd müəllim "Gürcüstandan zəng edirəm... Xəni rəhmətə getdi..." - söylədi...

Sanki ildırım çaxdı...


İlahi!.. Axı mən Xanəhməd müəllimi həmişə sağlam, yeyib-içən, deyib-gülən, elin-obanın xeyirində-şərində canla-başla iştirak edən, qayğıkeş və xeyirxah insan kimi tanımışam.

O, hansı vəzifədə çalışmasından asılı olmayaraq, istər Qardabani rayon İcra hakimiyyətində, istər Qardabani rayon Bələdiyyəsində, istər Vergilər İdarəsində, həmişə də məsul və yüksək vəzifələrdə çalışmasına baxmayaraq öz sadəliyi ilə seçilərdi. Daima Vətən üçün, Yurd üçün, Xalq üçün çalışardı...
Mərd, cəsur və qeyrətli VƏTƏNDAŞ idi!..


Hər dəfə Borçalıya gedəndə imkan axtarırdım ki, mütləq onunla da görüşüm ki, sonra rastlaşanda deməsin ki, "Gürcüstana gəlmisən, amma bizim qonağımız olmamısan. Niyə?.."

Çox gözəl ailə başçısı idi... Olduqca səmimi və mehriban dost idi...
Əli-açıq, ürəyi-açıq, qonaqpərvər insan idi...

Onu özümə Gürcüstanda yaşayan böyük qardaşım bilirdim.
O, tək-tək insanlardan idi ki, yanımda neçə nəfər olsa belə, ürəklə onun evinə qonaq aparmaqdan belə çəkinməzdim...

İstedadlı aktyor, şair və dramaturq, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevlə, "Qafqazmedia" İctimai Birliyinin sədri, həkim-jurnalist Azadə Taleh Hüseynova ilə, AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlu və başqaları ilə onun qonağı olduğumuz günləri heç vaxt unuda bilmirəm...

Eləcə də, oğlu Elnurun toyunda onun biz qonaqlara necə diqqət və qayğı göstərdiyi hələ də gözlərimiz önündədir...
Toya Bakıdan bizimlə birlikdə bir çox tanınmış sənət adamları ilə yanaşı, sevimli müğənnimiz Əflatun Qubadov da getmişdi... Unudulmaz günlər yaşadıq... Olduqca gözəl bir toy keçdi...

Daha sonralar bir neçə rəsmi və qeyri-rəsmi məclislərdə görüşdük...
Həmişə də olduqca yüksək əhval-ruhiyyədə...

Amma... təəssüflər olsun ki, indi onun haqqında keçmiş zamanda danışmağa məcburuq...

Lakin... bir təsəllimiz də var ki, XEYİRXAH İNSANLAR heç vaxt, heç zaman ÖLMÜRLƏR!..

Qətiyyətlə deyə bilərəm ki, XANƏHMƏD müəllim də məhz belə XEYİRXAH İNSANLARDANDIR!..


O, ŞƏRƏFLİ BİR ÖMÜR YAŞAMIŞDIR!..

Qəribov Xanəhməd 1956-cı il aprelin 5-də Ulu Borçalımızın qədim Qarayazı (indiki Qardabani) rayonundakı Qaratəhlə kəndində anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı institunu bitirmişdir.
1979-cu ilin sentyabr ayından 1986-cı ilə qədər Qardabani rayon komsomol komitəsində ilk komsomol komitəsinin katibi, təlimatçı vəzifələrində çalışmışdır.
1986-cı ildən 1988-ci ilə qədər Bakı Ali Partiya məktəbinin dinləyicisi olmuşdur.
1988-ci ildən 1991-ci ilə qədər Qardabani rayon partiya komitəsində və sonra Ağtəhlə kənd sovetinin sədri vəzifəsində işləmişdir.
1991-ci ildən Qadabani rayon idarə heyətində iqtisadçı, mütəxəssis,ba. mütəxəssisyerli idarəetmə orqanları ilə işlər idarəsinin rəis müvini, rəisi olmuşdur.
Daha sonra (ömrünün son günlərinə kimi) Qardabani rayon icra hakimiyyətinin sədri və sədr müavini vəzifələrində calışmışdır.

İşlədiyi müddətdə dəfələrlə rayon sovetinə deputat və rayon bələdiyyəsinə üzv seçilmişdir.
Çox sayda mükafatlara layiq görülmüşdür.
O cümlədən, xidmətlərinə görə Gürcüstan Respublikasının "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
20 aprel 2016-cı ildə vəfat etmişdir.


RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!.. Sonda öz adımdan, ailəmiz adından, professor Mədəd Çobanovun adından,
eləcə də çoxsaylı dostlarımız adından,
çox hörmətli XANƏHMƏD müəllimin vəfatı ilə əlaqədar kədərləndiyimizi bildirir,
onun ailəsinə, övladlarına, nəvələrinə, bütün qohumlarına, doğmalarına, dostlarına, tanışlarına,
ən əsası da sevimli qardaşımız
GÜLƏHMƏD müəllimə dərin hüznlə
başsağlığı veririk...

ALLAH RƏHMƏT ELƏSİN!..

RUHUN ŞAD OLSUN, QARDAŞIM!..

SƏNİN QEYRƏTİNİ, SƏNİN XEYİRXAHLIĞINI, SƏNİN İNSANLIĞINI HEÇ ZAMAN UNUTMAYACAĞIQ!..

Müşfiq BORÇALI
22.04.2016.




P.S.:

Cümə axşamı Mayın 5-də saat 13.00-da - Bakıda Babək prospektindəki
"TURAL" - "SEVƏN ÜRƏKLƏR" RESTORANINDA (keçmiş Maşın bazarının yaxınlığında)
XANƏHMƏD QƏRİBOVun xatirəsinə EHSAN veriləcək.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

Qarayazı, Nekroloqlar
QARAYAZILI Qəribov Güləhməd müəllimə BAŞSAĞLIĞI

QARAYAZILI Qəribov Güləhməd müəllimə BAŞSAĞLIĞI

Qarayazı, Nekroloqlar
RUHUN ŞAD OLSUN, CEYHUN XANƏHMƏD OĞLU!...

RUHUN ŞAD OLSUN, CEYHUN XANƏHMƏD OĞLU!...

Qarayazı, Nekroloqlar
QARAYAZILI Qəribov Güləhməd müəllimə BAŞSAĞLIĞI

QARAYAZILI Qəribov Güləhməd müəllimə BAŞSAĞLIĞI

Qarayazı, Nekroloqlar
RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

Təhsil, Nekroloqlar
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!..

RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!..

Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

Təbriklər
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
Müdafiə nazirinin keçmiş müavini, polkovnik MEHMAN SƏLİMOV dünyasını dəyişi ...

Müdafiə nazirinin keçmiş müavini, polkovnik MEHMAN SƏLİMOV dünyasını dəyişi ...

Başkeçid, Nekroloqlar
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

Qarayazı, Təbriklər
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
HƏMİŞƏ QƏLBLƏRDƏ YAŞAYAN İNSAN - TELMAN TANRIVERDİYEV

HƏMİŞƏ QƏLBLƏRDƏ YAŞAYAN İNSAN - TELMAN TANRIVERDİYEV

Qarabağ, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: