2-ci kurs tələbəsi ƏLƏSGƏR YUSİF oğlu QAYIBOV da şəhid oldu.
1991-ci ilin 20 Yanvarına qədər Qaraçöplü ziyalıların, ağsaqqalların təşəbbüsü və elin dəstəyi ilə doğulduğu QARAÇÖPdə ƏLƏSGƏR QAYIBOVun, eləcə də 9 Aprel Tbilisi - 20 Yanvar Bakı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün
bir abidə ucaldıldı.
1991-ci ilin 20 yanvar günü, 20 Yanvar faciəsinin 1-ci ildönümündə Bakıdan və Tbilisidən gələn tanınmış
elm - mədəniyyət xadimlərinin, eləcə də Saqareco rayon rəhbərliyinin və kənd camaatının iştirakı ilə
QARAÇÖPdə abidənin
açılışı oldu.
mərhum ZAHİD HÜSEYNOV (ŞƏMİRLİ)dur.
2014 - cü ilin yazında Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və Səlahiyyətli səfiri
Azər Hüseynin təşəbbüsü, SOCAR-ın maliyyə dəstəyi ilə abidənin özü qalmaq şərti ilə postamentinin, ətrafının yenidən qurulub, abadlaşdırılması üçün layihə işlənildi.
Şəhidin ailə üzvləri və kənd ağsaqqalları ilə razılaşdıqdan sonra tikinti-quraşdırma işlərinə başlanıldı.
Artıq işlər yekunlaşıb.
Bu işdə zəhməti olanların hər birinə ƏLƏSGƏR QAYIBOVun ailəsi, qohumları və elimiz adından təşəkkür edirəm.
ULU TANRI ƏLƏSGƏR QAYIBOVa və bütün ŞƏHİDLƏRə rəhmət eləsin...
BU GÜN ÖVLADLARIM VƏ
DOĞMALARIMLA BİRLİKDƏ
ŞƏHİDLƏR XİYABANINI
ZİYARET ETDİK.
ƏZİZİMİZ ƏLƏSGƏR QAYIBOVUN,
ELƏCƏ DƏ BÜTÜN ŞƏHİDLƏRİMİZİN
RUHLARIYLA GÖRÜŞDÜK.
SONRA TÜRKİYƏNİN
ANKARA TELEVİZİYASINA
20 YANVAR HADİSƏLƏRİ İLƏ BAĞLI
MÜSAHİBƏ VERDİM.
ALLAH ŞƏHİDLƏRİMİZƏ
RƏHMƏT ELƏSİN...
.