Əflatun Saraçlı (1936-2008)

Əflatun Saraçlı (1936-2008) Əflatun Saraçlı 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944-1952-ci illərdə kənd səkkizillik məktəbində, 1952-1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır.
1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir.
1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə.Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır.
Əflatun Saraçlı (1936-2008) Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən olan Əflatun Saraçlının yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır. Azərbaycan Yazarlar Birliyinin üzvü professor Əflatun Saraçlı həm də şair kimi tanınmışdır. O, ədəbi yaradıcılığa ötən əsrin 50-ci illərində başlamışdır. Bir çox şeirləri dillər əzbəri olan şairin ilk şeri 1956-cı ildə "Stalin yolu" adlı rayon qəzetində işıq üzü görmüşdür. Onun "Borçalı Harayı" adlı şeirlər toplusu çap olunmuşdur.
Əflatun Saraçlı tərcüməçi kimi də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan-gürcü ədəbi əlaqələri, xüsusilə gürcü ədəbiyyatının orijinaldan tərcüməsi sahəsində çox mühüm işlər görmüşdür. M.Cavaxişvilinin "Günahsız Abdulla", "Ləmbəli" əsərlərini, S.S.Orbelianinin "Uydurmanın hikməti" əsərini, "Bir sinədə iki ürək" (gürcü şairlərinin Azərbaycan mövzusunda şeirləri), gürcü poeziyasından ibarət "Kür Araza qovuşur" kitablarını Azərbaycan oxucusuna təqdim etmişdir. Onun haqqında "Əflatun Saraçlı" adlı kitab (müəllifi professor Ş.Vəliyevdir) nəşr olunmuşdur.
Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikasının "Şərəf ordeni" ilə təltif olunmuşdur.
2008-ci il yanvarın 22-də Bakı şəhərində vəfat etmişdir.



Saraçlı Şeirləri

Uşaq idim deyirdim ki, görəsən
Ölkədimi, dünyadımı Saraçlı.
Böyüdükçə dərk eylədim onu mən,
Açdı bu qol-qanadımı Saraçlı
Gözüm qaldı torpağında, daşında
Özüm qaldım dünyanın o başında;
Həm yaşayır ürəyimin o başında,
Həm yaşadır öz adımı Saraclı
Ata yurdu, ana mehri səsləyir
Gəl bu yerdə ömür keçir, gəz deyir;
Bir gözəldə öz oğlumu gözləyir,
İndi çəkir övladımı Saraçlı.

Kənd həsrəti


Qaytarıb o şirin xatirələri,
Doğma kəndimizin seyrinə vardım.
Gəzdim addım-addım tanış yerləri,
Köhnə dostlarımı aradım-axtardım.
Bu evdə doğuldum bir xoş baharda,
Burda iməklədim, burda yeridim.
Tapdım sadəti mən bu dünyada,
Kim yaddan çıxarar, bu yerləri kim?!
Bu köhnə kitabım,bu da ki, çantam,
Necə saxlayıblar taxta sazımı.
Yadımdan çıxmayır, çöldə qoymuşam,
Dondurub bir gecə şaxta sazımı.
O Şair Əhməddir, o da Göy Vəli,
Aşıq dostumunda ağarıb saçı.
O zaman adamın çatardı əli
İndi göyə dəyir çinar ağacı.
İsə müəllim də göstərir mənə:--
O köhnə məktəbdi, bu təzə məktəb.
Elə bil yenidən alıb köksünə
Özü söhbət açır heybizə məktəb.
Oynatdı ruhumu bahar nəsimi,
Sandım ki, dünyaya yenicə gəldim.
Çıxdım güneylərə uşaqlar kimi,
Dağlara dırmaşdım, enişə gəldim.
Sən ey doğma kəndim, böyü, çiçəklən,
Mənim gəncliyim də gülsün səninlə.
Burda keçirdiyim bircə günü mən
Vermərəm qürbətdə keçən yüz ilə.

Qoca dağdağan

Saraçlı kəndində bir dağdağan var,
Deyirlər min ilə yaxındır yaşı.
Keçib başı üstən neçə qış, bahar.
Neçə sevinc görüb, neçə göz yaşı.
Dörd yol ayrıcında bitib dağdaöan,
Bura Saraçlının düz mərkəzidir.
Bəlkədə heykələ dönüb bir zaman,
Ya Babək, Koroğlu, ya da Həzidir !.
Yoxsada soraqsız cəbhədə qalan,
Neçə döyüşçünün abidəsidir.
Yarpaq pıçıltısı bəlkə o vaxtdan,
Nəməlum əsgərin ana səsidir.
Bəlkə ona görə kənd adamları,
Həmişə yığışır onun başına,
Gör necə eyləyib bənd adamları,
Min şükür deyirlər yaranışına.
Bir kəsi evində tapmasan əgər,
Bil ki, dağdağanın dibində olar.
Burdan eşidilir hər təzə xəbər,
Burda görüşürlər bizim qocalar.
Oğlanlar bulaqdan gələn qızları,
Həmin dağdağanın dibində gözlər,
Bəzəndə eşqində vəfasızları,
Burda birləşdirər cığırlar izlər.

Ay Hüseyn əmi

Bu elə gərəkdin sən indən belə,
Nə tez köç eylədin, ay Hüseyn əmi.
Qabaqda nə qədər toylar var hələ,
Nə tez köç eylədin, ay Hüseyn əmi.
Dedim yetmiş nədir yüzü yaxala.
Həyat gözəlmiş ömür çoxala.
Demədim can yana, ürək yaxala,
Nə tez köç eylədin, ay Hüseyn əmi.
Usta sənətini taraz gözləyər,
Təbriz həsrət çəkər, Araz gözləyər;
Hələ neçə - neçə muraz gözləyər,
Nə tez köç eylədin, ay Hüseyn əmi.
Elin Qurbanisi, Ələsgərisən,
Həm sənət ustası, həm əsgərisən.
Vaxtsız hardan tapdın dərdi-səri sən?
Nə tez köç eylədin, ay Hüseyn əmi.
Əflatun Saraçlı eldən ayrılmaz,
Bülbül həsrət çəkər, güldən ayrılmaz,
Elin sənətkarı eldən ayrılmaz,
Nə tez köç eylədin, ay Hüseyn əmi.

Getdi

Eyləyə bilmədi axır toyunu,
Bu eldən, obadan bir ozan getdi.
Boş qoydu sənətin şah sarayını,
Son buta görməmiş dünyadan getdi.
Dərd yaman dərdiydi, sağalmaz oldu,
Biz ustadlardan qalan söz oldu.
Sadıq Xındı Məmməd, Əmrah az oldu,
Sənət dünyasından bu sultan getdi.
Bağ verdi barını, bağban tapmadı,
Bülbül nalə çəkdi, dərman tapmadı,
Əflatun Saraçlı loğman tapmadı,
Hüseyn Saraçlı nigaran getdi.

Dostuma məktub

Saraçlının meşəsindən
Göllücənin güşəsindən
Bülbüllərin nəşəsindən
Gəldim imana – imana...
Dolan Gözəl dərəsindən,
Qoca ceviz bərəsindən,
Qaymağından, kərəsindən,
Göndər bu yana, bu yana.
Kəhriz yenə durudumu ?
Quru dərə qurudumu ?
Müəllimin Nurudumu ?
Gəlsin imana – imana...
Qara bulaq soğulurmu ?
Çayda uşaq boğulurmu ?
Yenə gözəl doğulurmu ?
Düşdüm gümana – gümana.
Qara qaya qaralırmı ?
Yurd yerini qar alırmı ?
Döşdə sünbül saralırmı ?
Gedək samana – samana...
Dərzdən yığılırmı taya ?
Qızlar tökülürmü toya ?
Salam yetir o Şəhlaya—
Qaşı kamana – kamana...
Aşıq Hüseyn düşməz ələ,
Daha gəzməz eldən – elə;
Dağlar bürünürmü selə,
Qar, dumana – dumana...
Çalış özün inci dər, ək,
Qonaq gələk, inci dərək,
Sonaları incidərək
Qıyma oyana – oyana...
Qəm – qübarı dəf eyləyin,
Məclis qurun, kef eyləyin,
Boy boylayın, söy söləyin,
Gələk oyana, oyana...
Əflatun Saraçlı az yan,
Yara yetməz hər sızlayan,
Bağda ağlar qalmaz bağban,
Keçər zamana – zamana...

Borçalı

Odlar diyarından olmayıb uzaq,
Qafqazın qoynunda dürdü Borçalı.
Bir yandan Göyçədi,bir yandan Qazax,
Bir yandan Tiflisdi, Kürdü Borçalı.
Şahiddi Qıratın hər ayaq izi,
Büküldü meydanda düşmənin dizi.
Qoy tarix dil açıb danışsın özü,
Dünyada gör nələr gördü Borçalı.
Havası dərmandır, yeri cəvahir,
Təbiət bülbüldü,insanlar şair.
Dostluqda vəfalı, sənətdə mahir,
Döyüş meydanında şirdi Borçalı.
Koroğlu cürətli, Səməd söhbətli,
Leyla sədaqətli, Şirin qeyrətli,
Açıq süfrələri nazlı-nemətli,
Bizimlə xoş dövran sürdü Borçalı.
Hələ deyilməmiş cox dastanı var,
Neçə Şaiqi var Nərimanı var,
Qoy dinsin Hüseyn, Əmrah, Kamandar,
Aşıq sənətində birdi Borçalı.
Bura mehribandı, xoşdu hər kəsə,
Can qurban eyləyər biri can desə,
Kim ki, Əflatunu görmək istəsə,
Eli Saraclıdı, yurdu Borçalı.

Alah rəhmət eləsin Əflatun Saraçlı!..

(SARAÇLI RENAR EMİNOV.30.06.2013)



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
RUHUN ŞAD OLSUN, ƏFLATUN SARACLI!

RUHUN ŞAD OLSUN, ƏFLATUN SARACLI!

TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Bolus
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Dilsuz Musayev: SARACLI

Dilsuz Musayev: SARACLI

Bolus
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Bolus, Hüquq
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
Professor YAŞAR NAZIYEV (1933-2010)

Professor YAŞAR NAZIYEV (1933-2010)

Bolus
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI  (15.IX.1968-14.06.1994)

ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI (15.IX.1968-14.06.1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
Rəy yazın: