aparıcı elmi işçisi, folklorşünas alim,
filologiya üzrə fəlsəfə doktoru
TİNATİN XANIM MƏMMƏDOVAnın
Ad günüdür.
Tinatin İsabalı qızı Məmmədova 1964-cü il dekabrın 15-də qədim Borçalı mahalının Başkeçid (indiki Dmanisi) rayonundakı Qızıl-Kilsə kəndində anadan olub.
Orta məktəbi doğma kənddə bitirdikdən sonra A.S.Puşkin adına (sonralar S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsil alıb.
Hələ tələbəlik illərindən Borçalı folklor incilərinin toplanıb öyrənilməsinə xüsusi maraq göstərib. Bu maraq onu folklorşünaslıq elminə gətirib çıxarıb. Borçalı aşıq mühitinə dair çoxsaylı məqalələrlə vaxtaşırı mətbuatda çıxış edən Tinatin İsabalı qızı ən nəhayət öz axtarışlarını monoqrafik tədqiqatla yekunlaşdırmışdır.
Tinatin Məmmədova işlədiyi bu müddətdə Borçalı aşıq sənətinə və folkloruna aid
20-dən çox elmi məqalə çap etdirmişdir.
Onun 30-a yaxın elmi, elmi-publisistik məqalələri işıq üzü görmüşdür.
Tinatin İsabalı qızının 2000-ci ildə
15 çap vərəqi həcmində “Borçalı aşıq mühiti” adlı monoqrafiyası geniş oxucu kütləsinə çatdırılmışdır.
2001-ci ildə Tinatin İsabalı qızı “Borçalı aşıq mühiti” mövzusunda dissertasiya müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
2014-cü ildə isə Tinatin İsabalı qızının
“Türk folklor söyləyicisi” adlı monoqrafiyası işıqüzü görüb.
Bir müddət Sumqayıt şəhəri Təbiət Elimləri gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olmuş hazırda Tinatin Məmmədova Azərbaycan Milli Elmər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır.
Fürsətdən istifadə edərək,
biz də Tinatin xanımı
Ad Günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
elmi fəaliyyətində
bundan sonra da
yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.