


istedadlı qələm dostumuz,
bacarıqlı tərcüməçi, ən əsası,
vətənpərvər, yurdsevər və gözəl insan
CAMBUL MƏMMƏDLİnin doğum günüdür.
Cambul Əli oğlu Məmmədli - 1966-cı il
dekabrın 9-da Gürcüstanın Msxeta rayonundakı
Sixisdziri (Qalaaltı) kəndində doğulub.
Msxeta şəhər gürcü orta məktəbini və
S.S.Orbeliani adına Tiflis Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsini - Azərbaycan dili və ədəbiyyatı, gürcü dili və ədəbiyyatı ixtisası üzrə bitirib.
Publisistik yazıları və gürcü ədəbiyyatından etdiyi tərcümələrlə üzdədir.
C. Məmmədli 2009-cu ildən «Varlıq» qəzetində çalışır. O, eyni zamanda "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Kaspi-Msxeta bölgəsi üzrə nümayəndəliyinn rəhbəridir.
dəyərli dostumuz Canbul Məmmədlinin
DOĞUM GÜNÜ münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında və yaradıcılıq fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Və aşağıda şair qardaşımız Rafiq Hümmətin "Sona qalan dostların xası, Dürüstlüyün və sədaqətin simvolu" adlandırdığı dəyərli dostumuz Cambul Məmmədliyə həsr etdiyi şeiri turan.info.az-ın çox hörmətli izləyicilrinə təqdim edirik.
turan.info.az
BİLDİRMƏ
Gəlib üzbəüz təbrik edəmmədim,
amma hədiyyəlik şeirini bir daha
ərmağan edirəm.)
A düz adam, tərs adama
Düz olduğunu bildirmə.
Bir gündə yüz doluxsunub,
Min dolduğunu bildirmə.
Bildirmə saf olduğunu,
Əhli-kitaf olduğunu,
İçində saxla ahını,
Tək qaldığını bildirmə.
Aşkar ağlama qəhərdən –
İgid (!) yıxılar yəhərdən.
Gecəni yıxan səhərdən
Dərs aldığını bildirmə.
Dağ suyu tək duru adam,
Yaradanın nuru adam,
Qanadını qoru, adam,
Ucaldığını bildirmə...
turan.info.az
.