YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!.. Gülnarə Qocayeva-Məmmədova - 60

TƏBRİK EDİRİK!..


2019-cu il fevralın 3-də nəinki Borçalıda, eləcə də bütün Gürcüstanda və Azərbaycanda, həmçinin Türkiyədə və bütün Türk dünyasında məşhur olan çox hörmətli alim-pedaqoq Doc. Dr Gülnarə Qocayeva-Məmmədovanın anadan olmasının 60 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə rəhbərlik etdiyi təşkilat adından Gülnarə Qocayeva-Məmmədovanı Gürcüstan-Türkiyə arasında təhsil sahəsində göstərdiyi təqdirəlayiq xidmətlərə görə və anadan olmasının 60 illik yubileyi münasibətilə Fəxri diplomla təltif edib.

Professor Mahmud Kamaloğlu ürəyindən keçən xoş sözlərlə yubilyarı təbrik edib.

Prof.Dr. Şurəddin Məmmədli isə kövrək hisslərlə illərlə birlikdə yaşadığı həyat yoldaşına
hələ gənclik illərində böyük məhəbbətlə yazmış olduğu şeirini oxuyub.

Dostların, qohumların, yaxın və uzaqlardan gələn qonaqların əhatəsində böyük sevinclə qeyd edilən
yubiley tədbirində iştirak edən bütün ziyalılar Gülnarə xanımın 60 illik yubileyini təbrik edib,
ona uğurlar arzulayıblar.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.


Xatırladırıq ki, Gülnara Nadir qızı Qocayeva-Məmmədova 1959-cu il fevralın 4-də Tbilisidə anadan olub.
Əslən qədim Borçalı mahalının - (indiki Gürcüstanın Marneuli rayonundakı) Qızılhacılı kəndindəndir.
1982-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (TDPİ) Azərbaycan bölməsinin
"Azərbaycan dili və ədəbiyyatı – Gürcü dili və ədəbiyyatı" ixtisasını fərqlənmə diplomu ilə bitirib.
Elə həmin ildən də ali təhsil aldığı A.S.Puşkin adına TDPİ-də əmək fəaliyyətinə başlayıb.
Əvvəlcə kitabxanaçı, daha sonra isə müəllim, baş müəllim vəzifələrində işləyib (1982–2006).
Eyni zamanda o, həm də Tbilisi Humanitar Universitetində (1999–2005) və Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialında (2003–2006) çalışıb.

Gülnarə Qocayeva-Məmmədova 2004-cü ildə professor Əjdər Ağayevin elmi rəhbərliyi ilə Azərbaycan Təhsil Problemləri İnstitutu və Bakı Dövlət Universitetinin birləşmiş Dissertasiya Şurasında "Gürcüstan Demokratik Respublikasında azərbaycanlıların təhsili (1918–1921-ci illər)" mövzusunda dissertasiya müdafiə edərək pedaqogika elmlər namizədi elmi dərəcəsi alıb.
Bir il sonra isə dosent seçilib.

Gülnarə Qocayeva-Məmmədova 2006–2009-cu illərdə Kafkas Üniversitesində (Türkiyə); 2010–2011-ci illərdə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Universitetində (Gürcüstan, Marneuli) çalışıb.

Gürcüstan Prezidentinin sərəncamı ilə "Şərəf" medalı ilə təltif olunub.

Onu da qeyd edək ki, Doc. Dr Gülnarə Qocayeva-Məmmədova görkəmli ədəbiyyatşünas alim
Prof. Dr. Şurəddin Məmmədlinin həyat yoldaşıdır.

2011-ci ildən hər iki alim elmi-pedaqoji fəaliyyətlərini Türkiyənin məşhur Ardahan Universitetində
şərəflə davam etdirirlər.

Elmi tədqiqatları əsasən Gürcüstanda azərbaycanlıların təhsil, maarif tarixinin mərhələlərini əhatələyən
Doc. Dr Gülnarə Qocayeva-Məmmədova "Gürcüstan Azərbaycanlılarının Təhsili Tarixi I: Yüz Yaşlı Məktəblər: Tiflis, Qızılhacılı, Telav-Qaracala, Arıxlı, Sadaxlı məktəbləri" (Global-Print / Tbilisi, 2002) adlı bir monoqrafiyanın, dərs vəsaitinin, çoxlu sayda elmi məqalələrin müəllifidir.
Bir neçə dəfə beynəlxalq elmi konfrans və simpoziumlarda fəal iştirak edib,
bütün iştirakçılar tərəfindən böyük maraqla qarşılanan məruzələri
görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib.

Biz də "ZİYA"-nın və turan.info.az-ın bütün bütün yaradıcı heyəti adından, eləcə də,
şəxsən öz adımdan, ailəmiz adından, sevimli müəllimimiz professor Mədəd Çobanovun adından
tanınmış alim-pedaqoq, gözəl insan, çox hörmətli Gülnarə xanıma ünvanlanmış
çoxsaylı səmimi təbriklərə və xoş arzulara qoşularaq, əziz və möhtərəm yubilyarımızı -
dəyərli ziyalımızı ürəkdən təbrik edərik, ona görkəmli Borçalışünas-ədəbiyyatşünas alim,
filologoya elmləri doktoru, Gürcüstan Milli Ədəbiyyat Akademiyasının həqiqi üzvü,
çox hörmətli akademik-professor Şurəddin Məmmədli ilə birlikdə QOŞA və UZUN ÖMÜR,
möhkəm can sağlığı, hər ikisinə şəxsi həyatlarında və şərəfli elmi-pedaqoji fəaliyyətlərində
yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər diləyirik!..
Var olun, mənim əziz müəllimlərim!..
Min yaşayın!..

Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Tiflis, Nekroloqlar
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər

"Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın Tbilisi üzrə nümayəndəs ...

Tiflis, Qarayazı
BACARIQLI TİBB İŞÇİSİ

BACARIQLI TİBB İŞÇİSİ

Qarabağ, Səhiyyə
NAİLƏ CƏLİL-XOCA (1959)

NAİLƏ CƏLİL-XOCA (1959)

Tiflis, Təbriklər, Müşfiq Borçalı
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
ABAY PAŞAYEV (1958)

ABAY PAŞAYEV (1958)

TDPİ-nin Azərbaycan bölməsi
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
GAMİ-nin İDARƏ HEYƏTİNİN ÜZVÜ

GAMİ-nin İDARƏ HEYƏTİNİN ÜZVÜ

"XXI əsrin Ziyalıları", Borçalı
Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Borçalı
Ad gününüz mübarək, Tinatin xanım!..

Ad gününüz mübarək, Tinatin xanım!..

TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Borçalı, Təbriklər
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Darvaz, Mədəd Çobanov
Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, Təbriklər
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
Rəy yazın: