BORÇALININ EL AĞSAQQALI, MÜDRİK ZİYALISI HÜSEYNQULU MƏMMƏDOV

BORÇALININ EL AĞSAQQALI,  MÜDRİK ZİYALISI HÜSEYNQULU MƏMMƏDOV ...1960-cı ilin avqust ayının ortaları idi. Ali pedaqoji ins­titutlarının bütün məzunları kimi mən də on bir il təhsil al­dığım Darbaz orta məktəbinə təyinat almaq üçün Bolnisi Ra­yon Maarif Şöbəsinin həyətində idim... Burada orta mək­təb direktorları da, o vaxtlar deyildiyi kimi, məktəblərin təd­ris hissə müdirləri də, ilk dəfə məktəb həyətinə ayaq bas­maq, xəya­lında sinif jurnalını götürüb dərs deməyə tə­ləsən gənc müəllimlər də varıydı... Buradakı müəllimlər iki bir, üç bir toplaşıb müxtəlif mövzularda söhbət edirdilər...

Səliqə-səhmanlı geyinmiş iki nəfər bizim söhbətimizə qarışdı. Mən hələ onları tanı­mırdım. Söhbət əsnasında on-lar­la tanış olduq. Onlardan biri orta boylu, sarışın bənizli, sə­li­qəli geyimli, qəhvəyi bığlı bir kişi idi. Elə ilk andan onun sözü də, söhbəti də, müdrikcəsinə söylədiyi məslə­hətləri də hamının diqqətini özünə cəlb edirdi...
Nəhayət, söhbət əsnasında aydın oldu ki, bu, müdrik ca­van, ağsaqqal ziyalı, tanınmış təhsil işçisi Hüseynqulu müəl­­­limdir. Əgər səhv etmirəmsə, həmin dövrdə Hüseyn­qu­lu müəl­­lim şair demişkən, «Qafqazın şoynunda dürdü Bor­çalı»­nın axar-baxarlı bir guşəsində yurd-yuva salmış Faxralı kən­dində dünyaya göz açmış, elə həmin kənddə də adı Bor­ça­lı­nın hüdudlarından kənarda, həmçinin Gürcüs­tanda, Azər­bay­canda və sadiq SSRİ imperiyasının digər bölgələrində də bəl­­li olan Faxralı orta məktə­binin direktoru işləyirdi. Onu da deyd etmək yerinə düşərdi ki, Hüseynqulu müəllimin təş­kilatçılıq qabiliy­yəti, filoloq-müəllim kimi nəzəri hazırlığı və metodik ustalığı nəinki fəaliyyət göstərdiyi pedaqoji və me­to­dik təcrübəsi geniş yayılır, onun fəaliyyəti barədə müx­təlif yazılar çap olunurdu.
Bir müddət Hüseynqulu müəllimlə əlaqələrimiz zəiflədi, 1962-ci ildə o, ailəliklə Bakıya köçdü. Ancaq dövrü mətbuat orqanlarında onun müxtəlif aspektli və müxtəlif məzmunlu məqalələri ilə əlaqələrimiz qiyabi olaraq davam edirdi.

Hüseynqulu müəllim yalnız təcrübəli pedaqoq deyil, həm də geniş elmi erudisiyalı tədqiqatcı idi. Məhz buna görə də elmi araşdırmalara olan ciddi marağı onu doğma Bakıya gətirib çıxardı. O, Bakıda müxtəlif vəzifələrdə işlədi və hər yerdə özünü bacarıqlı mütəxəssis kimi göstərə bildi.
Onu da qeyd etmək istəyirəm ki, Hüseynqulu müəl­lim hə­­­lə gəncliyində ikən əsl mənada el ağ­saq­qalı, el məslə­hət­çi­­si kimi tanınırdı. Bu da hər şey­dən əvvəl onun Faxralı kən­­­dində sevilib-seçilən bir ailədə dünyaya göz açması ilə bağ­lı idi. Çünki ailədə uşaq görüb-eşitdiyini götürər, özünün uşaq yaddaşına həkk edərdi... Şübhəsiz ki, bu da Hü­seyn­qu­lu müəllimin el ağsaqqalı, el məsləhətçisi ki­mi yetişmə­\sin­də az rol oynamamışdır. Hüseynqulu müəllim əsl mənada pro­fes­­sio­­nal müəllim idi. Onun sinifdə apardığı dərs prosesi də, zi­yalılarla söhbəti də, adi kəndlilərlə danı­şığı da həm­söh­bət­lərində çox yaxşı təəssürat oyadırdı. Bu da hər şey­dən əv­vəl onun adi danışığında da, ziyalılarla söhbə­tin­də də din­lə­yi­­ci­lərin savad dərəcəsini, əmək sahə­sindəki fəaliy­yə­tini nə­zərə alması da öz nitqini həm­söhbətlərinin anla­yacağı, ba­şa dü­şə­cəyi bir tərz­də qurması ilə bağlı idi. Bir sözlə, o, həm müəl­lim, həm həmsöhbət kimi çox maraqlı şəxsiy­yət idi... O, de­mək olar ki, həmsöh­bət­lərinin kim­liyindən asılı ol­ma­ya­­raq on­larla elə ünsiyyət qu­rardı ki, hamı onun söhbətini din­­lə­məkdən bezməzdi. Hətta onun özü ahəstə və sakit bir nitq­lə söhbət et­mək­dən yorul­mazdı, doymazdı... Elə mən özüm də Hüseyn­qulu müəllimin söz-söhbətini dinlə­məkdən doy­­maz­dım.
Hüseynqulu müəllim asta tonda danışardı. Bu da onun geniş dünyagörüşünə, elmi-fəlsəfi və həyat müşahidələrinə, geniş erudisiya və elmi-həyati diapazonuna malik olması ilə bağlı idi...
Yeri gəlmişkən Hüseynqulu müəllimlə olan son söhbət­lə­ri­mizdən birini xatırlamaq yaxşı olardı. 70 il dünyaya mey­dan oxuyan SSRİ imperiyasının dağılması ilə keçmiş SSRİ mə­kanı­nın hər yerində olduğu kimi, Gürcüs­tanda da xalq­lar­ara­sı münasi­bət­lər pozuldu, gürcülər Gürcüs­ta­nın şərq bölgə­sində Borçalıda lap qədim zamanlardan bəri yaşa­yan Azər­bay­can türklərinə «düşmən» kimi baxır­dılar, ilk növbə­də zi­ya­lıları qorxudardılar... Bu mə­lum hadisələrlə əlaqədar ola­raq mən də 1993-cü ilin yayında 5 il ali təhsil aldı­ğım, 25 ilə qədər əvvəlcə müəllim, dosent və professor vəzifələ­rində işlədiyim S.S.Orbeliani (keçmiş A.S.Puş­kin adına) adı­na Tif­lis Pedaqoji İnstitutu ilə vidalaşıb Bakıya gəlməli ol­dum...
1997-ci ilin payız ayları idi. Eşitdim ki, tariximi­zin və mə­də­niyyətimizin zəngin xəzinəsi sayılan (Kitabi-Dədə Qor­qud) Ensiklopediyası hazırlanır. Bu xeyirxah məqsədlə hazır­la­nan ensiklopediyanın Baş redaktoru prof. Kamil Vəli­yev, məsul katibi isə geniş elmi dünyagörüşə malik, adlı-sanlı ziyalıları­mız­dan olan Hüseynqulu müəllim idi. Onda da qeyd edim ki, Hüseynqulu müəllim həmkarlarının da həm­söh­bətlərinin də yanında müəllim idi, ziyalı idi...
Bir də «Kitabi-Dədə Qorqud» dastanlarının təd­qiqatçıla­rın­dan biri kimi hazırlanmaqda olan «Kita­bi-Dədə Qorqud» ensiklopediyası üçün bir neçə en­sik­lopedik məqalə ilə prof. K.Vəliyevə müraciət et­dim. O, məqalələrlə tanış olduqdan sonra Hü­seyn­qulu müəllimə verməyi məsləhət gördü. Elə hə­min gün Hüseynqulu müəllimlə görüşdüm və həmin en­sik­lopedik məqalələri ona təqdim etdim... Onunla əvvəlcə mə­­qa­lələr barədə, sonra isə ümumi prob­lemlər, xüsusilə Borçalı problemi ilə bağlı söhbətimiz çox uzandı... Bu söh­bət əsna­sın­da hiss etdim ki, Borçalı problemi, Borçalı dərdi onun ən ağ­rılı problemi idi. Əlbəttə, bu problem mənim üçün də çox ağrılı idi... Odur ki, Bor­çalının dünəni, bu günü və gələ­cəyi barədə çox düşünüb-daşınır­dım. Bir sözlə, bizim hər ikimizin bir dərdi - Bor­ça­lı dərdi var idi. Bu dərd hələ də səngi­mə­yib. Borçalı sevərləri yandırıb yaxır...

Hüseynqulu müəllimin bəstə boyu, sarışın sifəti, qəhvəyi bığı, aydın və duru gözləri, xüsusilə onun danışığı, məslə­həti, müdrikliyi, bir də bizlərə ər­mağan qoyub getdiyi elmi və ədəbi irsi onu tanı­yan­­ların xatirəsində əbədi yaşaya­caq­dır...
Allah rəhmət etsin!


Mədəd ÇOBANOV,
professor.

(Bax: «Özü üçün yaşamayan insan».
Bakı, 2009, səh.73-75
)


turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
ZİYƏDDIN QURBANOV (1938)

ZİYƏDDIN QURBANOV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
ORADA BİR MƏZAR VAR UZAQDA...

ORADA BİR MƏZAR VAR UZAQDA...

"Yeni yol", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Arxiv
ASLAN MANSUROV  (1919-1991)

ASLAN MANSUROV (1919-1991)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ÖYRƏDƏNİN VƏ ÖYRƏNƏNİN HAQQ SƏSİ

ÖYRƏDƏNİN VƏ ÖYRƏNƏNİN HAQQ SƏSİ

"Şərqin səsi", Folklor, Bolus
AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
DƏYƏRLİ ZİYALI, TANINMIŞ FİLOSOF

DƏYƏRLİ ZİYALI, TANINMIŞ FİLOSOF

İctimai elmlər, Başkeçid
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

"XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
KEÇMİŞƏ BOYLANIB,  GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

KEÇMİŞƏ BOYLANIB, GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

Darvaz
Kəsərli söz sahibi - Məmməd İsrafil oğlu Məmmədov (1930-1994)

Kəsərli söz sahibi - Məmməd İsrafil oğlu Məmmədov (1930-1994)

MEDİA, Bolus, Tarix
Hüseyn Yusubov: ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...

Hüseyn Yusubov: ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
RAMİZ BƏKİROV:

RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
Rəy yazın: