Dilimizi qoruyaq!..

Dilimizi qoruyaq!..Tarixən torpaqlarımız işğala məruz qaldığı kimi doğma dilimiz də işğala məruz qalmış, maddi sərvətlərimiz talan olunduğu kimi, dilimiz də yersiz yad təsirlərlə üzləşmişdir. XX yüzillikdə milli müstəqilliyimizin əldə edilməsi ilə doğma dilimiz dövlət dili statusunu qazanmış, ancaq onun dövlət dili kimi mövqeyinin möhkəmlənməsi və hüquqi statusunun nizamlanması 2002-ci ildə ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunundan sonra baş vermişdir.
Yaşı əsrlərlə, rəsmi dil təcrübəsi isə cəmi bir neçə onillərlə ölçülən dilimiz keçmişin acı təcrübəsindən tamamilə silkinə bilməmişdir. Onun saflığı bəzən bu gün də cəmiyyətimiz tərəfindən kölgələnir, normaları yüngül və ya kobud şəkildə pozulur. Bu halları hər birimiz müşahidə və müzakirə edir, narazılığımızı, narahatlığımızı bildiririk. Lakin çox təəssüf ki, bunlar gündəlik söhbətlərimizin mövzusu olaraq qalır, elmi müstəviyə çıxa bilmir.
Azərbaycan dilçilik elminə böyük əmək sərf etmiş tanınmış türkoloq, dilçi-alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun son elmi tədqiqatlarından olan "Azərbaycan dilnin tətbiqi sahəsinin müasir problemləri" adlı əsəri bu mövzunu elmi müstəviyə çıxarmış, müşahidələri ümumiləşdirmiş, müzakirələri sistemləşdirmiş, narazılıq və narahatlığı elmi cəhətdən əsaslandırmışdır. Nəzəri dilçilik materialları bolluğunda görkəmli professorun dil məsələlərinin tətbiqi istiqamətində apardığı bu araşdırmaya böyük ehtiyac vardı.
Professor Mədəd Çobanovun bu araşdırmasının üstünlüyü ondadır ki, ədəbi dil normalarının pozulması ilə bağlı ümumi giley-güzarları faktlar üzərində konkretləşdirmiş, elmi əsaslandırmalar aparmışdır. Diqqəti çəkən məqamlardan biri də budur ki, araşdırma dilin çox kütləvi sahələri üzərində aparılmışdır. Tədqiqat daha çox mətbuat və efir dilinə istinadən aparıldığından o, nəinki dar mütəxəssis çərçivəsində qalır, hətta geniş oxucu kütləsinə də açıla bilir. Məsələn “Televiziya muğam müsabiqəsi” kimi çox kütləvi bir ifadənin təhlili əhəmiyyətli olduğu qədər də maraqlıdır. Olduqca diləyatımlı olan bu ifadədə hər hansı bir yanlışlığın olacağı nə qədər şübhəli görünürsə, onun üzərində aparılan elmi əsaslandırma da bir o qədər inandırıcıdır. Tədqiqatın məziyyətlərindən biri də odur ki, burada izahlar elmi mahiyyətdə olsa da, onların dili həddindən artıq anlaşıqlıdır.
Professorun toxunduğu bir fakt xüsusilə mənim ürəyimcə oldu. Efir məkanlarından tez-tez eşitdiyimiz məşhur xalq mahnısından həmişə yanlış şəkildə səslənən “sevgi sevən mərd olar” cümləsinin düzgün variantının - “sev ki, sevən mərd olar” göstərilməsi artıq yaddaşlara yerimiş yanlışlığa qarşı durur.
Ümumiyyətlə, professor Mədəd Çobanovun bu əsəri dilimizdə özünə “vətəndaşlıq hüquq”u qazanmış yanlışlıqlara qarşı çox kəsərli bir silaha bənzəyir.
Müasir Azəraycan dilinin konkret faktlar əsasında problemlərini çözməyə çalışan bu əsər iki bölmədən ibarətdir ki, birinci bölmə problemə toxunmur və rəsmi bir xarakterdədir. Burada dövlət dilimizlə bağlı xüsusi əhəmiyyətli sənədlərin yer alması təsadüfi deyildir. Bu müəllifin məqsədə doğru getdiyi yolda seçdiyi düşünülmüş manevrdir. Həm də bir oxucu kimi əminliklə deyə bilərəm ki, olduqca uğurlu manevrdir. Elə bir manevr ki, müəllifi birbaşa məqsədə doğru aparır. M.Cobanov müasir Azərbaycan dilinin tətbiqində baş verən qrammatik nöqsanların səbəbini ona hüquqi və ictimai müstəvidə göstərilən laqeydliklə bağlayır. Buna görə də müəllif dilimizin dövlət statusunun və bu statusun hansı qanunlar çərçivəsində qorunduğunu oxucunun diqqət mərkəzinə çatdırmaq istəyir. Belə bir müqəddimə oxucuya dövlət dili ilə bağlı tarixi əhəmiyyətli sənədlərlə toplu şəklidə tanış olmaq imkanı ilə yanaşı, həm də onu bir vətəndaş kimi dövlət dili qarşısında məsuliyyətə ə borc hissinə kökləyir. Və oxucu dilimizin problemlərinə vətəndaşlıq mövqeyindən yanaşır.
II bölmə daha irihəcmli olub tədqiqatın birbaşa mövzu və mahiyyətinə xidmət edir. Müəllif ayrı-ayrı başlıqlar altında problemi izləyir, araşdırır. Azərbaycan ədəbi dilinin müasir mənzərəsini kölgələndirən başlıca amil kimi M.Çobanov ləhcə və şivə ünsürlərinin ədəbi dil normalarına geniş miqyaslı hücumunda görür. Professor bir fikrində çox haqlıdır ki, təhsilin dil yönümünün lazımi istiqamətdə qurulmaması ədəbi dil normalarının yetərincə mənimsənilməməsinə və qeyri-peşəkar jurnalistika isə norma pozuntularının təbliğinə yol açır.
Efir məkanının alınma sözlərlə yüklənmənməsi ədəbi dilimizin saflığını korlayan balıc amil kimi alimi narahat etmişdir. Hətta kitabın II bölməsində “Alınma sözlər və ifadələr” yarım¬bölməsində alim dilimizdə qarşılğı olan istənilən bir alınmaya qarşı çıxır. O, son illər dilimizdə çox işləklik tapan “spiker” “pioritet”, “aksesuar”, “moda” kimi sözləri qəbul etmir, onların qarşılığına üstünlük verir. M.Çobanov dilin leksikonuna münasibətdə olduqca mühafizəkar mövqe nümayiş etdirir, rus-Avropa sözlərinon son illər güclənən axınına qarşı çıxır, onlarla müqayisədə nəinki milli, hətta əsrlərlə dilimizdə yol gələn ərəb-fars sözlərinə üstünlük verir.
Ümumiyyətlə, bu əsərdə professor M.Cobanov dil problemlərinə yalnız elmi qrammatika deyil, həm də ictimai maraqlar baxımından yanşır. Alim Bakı şəhərinin Xətai rayonundakı küçələrdən birinin antitürk əhvali-ruhiyyəli rus admiralı Naximovun adını daşımasına qarşı çıxır. Tədqiqatçı onu da nəzərə çatdırır ki, bu küçədə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi yerləşir. Vətənpərvər ziyalı kimi professor M.Cobanov heç cür rəva bilmir ki, bu məktəbin ünvanı göstərilən hər hansı bir yazıda əvvəlcə Naximovun sonra isə Heydər Əliyevin adı yazılsın.
Göründüyü kimi, M.Çobanov əsərdə güclü vətəndaşlıq mövqeyi ortaya qoyur. Ayrı-ayrı dil fakt¬ları əsasında ortaya çıxan bu mövqe yalnız azərbaycançılıq deyil, həm də türkçülük ideo¬logiyasına söykənir.
Professor M.Çobanov müasir Azərbaycan dilinin işlənməsində yol verilən nöqsanları göstərmək və onun elmi-qrammatik şərhini verməklə işi bitmiş hesab etməmiş, həm də çıxış yolu aramışdır. Professora görə problemin həlli ilk növbədə dil tədrisinin səviyyəsinin yüksəldilməsindən gedir. M.Çobanov iddia edir ki, ümumiyyətlə, dilin tədrisi lazımi şəkildə qurulmamışdır. O, tədris proqramına yenidən baxılmağın zəruriliyini vurğulayır, çox haqlı olaraq qeyd edir ki, proqramda dilçiliyin nəzəri yox, tətbiqi-təcrübi sahəsinə üstünlük verilməlidir.
Professor M.Çobanov dövlət dilinin aliliyinin qorunmadığı məqamlarda istər hüquqi, istərsə də fiziki şəxslərin cəzalandırılmasının zəruriliyini qeyd edir.
Bildiyimiz kimi, Qloballaşma əsrində həyatımızın hər bir sahəsinə olduğu kimi, dilimizə də kənardan gələn axının çox güclü təsiri var. Və bu təsirin ona vurduğu zədələr gələcəkdə bir küllə çevrilə bilər. Görkəmli professor M.Çobanovun bu kitabı elə həmin xoşagəlməz halın baş verməməsi üçün səslənən həyəcan siqnalıdır, həyəcan təbilidir!..
Bir sözlə, professor M.Çobanovun “Azərbaycan dilinin tətbiqi sahəsinin problemləri” adlı kitabı yerində və zamanında yazılmış dəyərli bir elmi tədqiqat əsəridir.

Həqiqət NƏBİQIZI,
BDU-nun filologiya fakültəsi
Müasir Azərbaycan ədəbiyyatı kafedrasının dosenti,
Filologiya üzrə fəlsəfə doktoru
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Humanitar elmlər, MEDİA
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Turan, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

Sumqayıt
SADİQ ZAMAN:

SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Humanitar elmlər
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
İlkin Əsgər:

İlkin Əsgər: "Dövlət Proqramının linqvistik əhəmiyyəti"

Elmi Məqalələr, ADPU
Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı

Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı " ...

Yeni nəşrlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
İlham Əliyevdən milli-mənəvi dəyərlərin və milli varlığın qorunub saxlanılm ...

İlham Əliyevdən milli-mənəvi dəyərlərin və milli varlığın qorunub saxlanılm ...

"Zirvə"
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
HACAN HACISOY:

HACAN HACISOY: "VƏTƏNPƏRVƏR və YURDSEVƏR ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Mədəd ÇOBANOV - 60

Professor Mədəd ÇOBANOV - 60

TDPİ-nin Azərbaycan bölməsi, Elm, Mədəniyyət, Tv, Borçalı, Mədəd Çobanov
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
Rəy yazın: