Maarif fədaisi və el ağsaqqalı

Maarif fədaisi və el ağsaqqalı Haqqında söhbət açmaq istədiyim şəxs artıq 55 ilə yaxın pedaqoji stajla elin-obanın dərin hörmət və izzətini qazanmış, sadə və təvazökar insan olan Mahal Mustafa oğlu Eminovdur.
Anadan sanki müəllimlik peşəsi üçün doğulmuş Mahal müəllimin əmək kitabçasında 1961-ci ilin avqustun 20-dən I Kosalı yeddiillik məktəbinə tarix müəllimi təyin olunması əmri yazılıb və həmin əmrdən sonra yuxarı vəzifələrə çəkilməsi düz xətt üzrə 2007-ci ilin oktyabrınadək davam etmişdir.

1956-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (o zamanlar İ.Çavçavadze adına Pedaqoji Universitet belə adlanırdı) tarix, Azərbaycan dili və ədəbiyyatı şöbəsinə qəbul olunan Mahal Eminov yaxşı və əla qiymətlərlə həmin şöbəni 1961-ci ildə bitirib, o zamankı Marneuli RXMŞ-nin müdiri Abbas Kərimovun əmri ilə I Kosalı yeddillik məktəbinə tarix müəllimi təyin olunmuşdur.
Kollektivə tez uyğunlaşan Mahal müəllim kəndin ilk ziyalılarından biri kimi, həmişə
işinə məsuliyyətlə yanaşmış və gənclik ehtirası ilə kəndin bütün mədəni quruculuq
işlərində fəal iştirak etmişdir. Mahal müəllim o qədər həvəslə işləyirdi ki, sanki o nə vaxtsa
rast gələcəyi və yaxud görüşüb söhbət edəcəyi keçmiş qrup yoldaşlarına: filologiya
elmləri doktoru, professor, şair Əflatun Saraclıya, filologiya elmləri namizədi, dosent
Akif Nuriyevə, Marneuli RXMŞ-nin müdiri işləmiş Alı Rzayevə, Marneuli Rayon Partiya
Komitəsinin təlimatçısı Kamal Rüstəmova öz gözəl və nəcib işlərindən söhbət açacaqdır.
Mahal müəllimlə mən artıq qırx ildən çoxdur ki, eyni bir kollektivdə işləyirəm. Onun bütün
nailiyyətləri mənim gözümün qabağında olmuşdur. Mən onunla məktəb həmkarlar
komitəsinin sədri və dərs hissə müdiri kimi də çalışmışam. Onun əmək fəaliyyətini və
qazandığı nailiyyətləri nəzərdən keçirməyi özümə borc bilirəm.
Mahal müəllim kəndimizdə vaxtı ilə təhsildən yayınmış bəzi gənclərin siyahısını
müəyyənləşdirib 1965-1966-cı dərs ilində I Kosalı kəndində axşam (növbəli) ümumtəhsil
məktəbi təşkil etdi. Maarif Nazirliyinin əmri ilə bir neçə sinifdən ibarət olan həmin məktəb
tez bir zamanda respublikada ad-san qazandı.
Sevindirici haldır ki, həmin məktəbin məzunları kəndimizin 70-80-ci illərdəki ali
təhsilli mütəxəssislərimizin 80-90 faizini təşkil etmişdir.
Onların arasında müəllim, həkim, mühəndis, iqtisadçı, aqronom və başqa ixtisas sahibləri
də vardır. Həmin məzunlardan elimizin fəxri, tibb elmləri namizədi, cərrah Rəfael Eminov,
şair-publisist Firudin Vəliyev, keçmiş partiya işçisi Dursun Hüseynov, vaxtilə təsərrüfat
rəhbərləri işləmiş Gülməmməd Sadiqov və Xudahafiz Əliyev, sovxozumuzun baş aqronomu
işləmiş Mirzalı Hacımahmudov, Rusiyanın Stavropol vilayətində böyük bir zavodda baş
mütəxəssis olmuş Məhəmməd Zamanov. Bu siyahını daha da genişləndirə bilərik. Bax, bu
naliyyətlərin qazanılmasının başında I Kosalı axşam (növbəli) məktəbinin direktoru Mahal
Eminov durmuşdur. Kollektivdə xeyli müəllim çalışırdı. Sağlam və yaradıcı müəllim kollektivinin
nailiyyətləri nə Marneuli Maarif Şöbə müdiri Yusif Heydərovun, nədə ki, Gürcüstan
Maarif Nazirliyinin Axşam və Qiyabi məktəbləri idarəsinin rəisi Qucecianinin də
nəzərindən qaçmamışdır. Məktəb kollektivinin əməyi yüksək qiymətləndirilmiş və Mahal
müəllim iki dəfə Gürcüstan müəllimlərinin ali məclisinə-qurultaya nümayəndə seçilmişdir.
Əməyi bir neçə dəfə diplom və tərifnamələrlə qiymətləndirilmişdir.
Mahal müəllimin bu nailiyyətlərini rayon maarif şöbəsi yüksək qiymətləndirərək onun
vəzifəsini daha da yüksəltmişlər. Artıq 1977-ci ildən Marneuli rayon maarif sistemində onun
rəhbərliyinin coğrafi dairəsi genişləndirilərək 11 kənddə yerləşən axşam və qiyabi təhsil
üzrə təlim məntəqələrinə müdir təyin etdilər.
Mahal müəllim öz müavini və metodisti Hümbət Zamanov və Məmik İsgəndərovla
əl-ələ verərək nümunəvi işlər görüb, təlimtərbiyənin keyfiyyətini daha da yüksəltdilər.
Haşiyə: Mahal müəllim tələbə ikən institut yoldaşları ilə birlikdə 1959-cu ildə
Qazaxıstanın Kustanay xam torpaqların becərilməsində, yəni bir neçə ay taxıl yığımında da iştirak etmişdir.
Onun vətənə ilk töhfəsi bu nəcib iş olmuşdur.
Mahal Eminov iki ixtisasa yiyələndiyindən
Azərbaycan dili və ədəbiyyatı fənlərini də tədris
edir. Həmin dərslərin necə canlı keçdiyinin şahidi
olmuşam. Mahal müəllim şeirə həssas olduğu
üçün o şeiri (yaxşı şeiri) əzbərləmək üçün 3-4 dəfə
oxuyardı. Mahal müəllim S.Vurğunun “Vaqif” dramını
tədris edəndə əsərdəki bəzi səhnələri rollar üzrə əzbərdən deyirdi. O qədər canlı söyləyirdi ki, şagirdlər sanki tamaşaya
hansısa bir xalq artistinin ifasında baxırdılar.
Tarix dərslərində o faktlara əsaslandığı kimi, ədəbiyyat dərslərində də bədii əsərlərin
qiraətinə, diksiya və intonasiyasına xüsusi diqqət yetirirdi. Mahal müəllim o vaxtlar
axşam məktəbində işləməsinə baxmayaraq gündüz məktəbinin VIII sinif şagirdlərinin
iştirakı ilə M.F.Axundzadənin “Hacı Qara”, S.Vurğunun “Vaqif” dramını tamaşaya qoyub
məktəbin o vaxtkı darısqal sinif otaqlarında kənd camaatına və qonaqlara göstərirdilər.
1981-ci ilin aprelindən Maarif nazirinin əmri ilə Mahal müəllim ona doğma və əziz olan
başqa bir kollektivə – I Kosalı orta ümumtəhsil məktəbinə direktor təyin olunur. Uzun illərin
pedaqoji təcrübəsinin yüksək nəticələri öz bəhrəsini artıq verməyə başlayır. Məktəbin
isitmə sistemi yüksək səviyyədə təmir olunur, məktəbin dörd tərəfi səliqəli şəkildə hasara
alınır, məktəbin həyətində gözəl, yaraşıqlı dekorativ ağaclar əkilir, böyümüş ağacların
dibi bellənib əhənglə ağardılır. Məktəbin həyətində geniş və yaraşıqlı bir idman
meydançası salınır.
Müxtəlif dərs illərində Marneuli RXMŞ-nin pedkabinetin işçilərinin iştirakı ilə məktəbdə
geniş şəkildə pedaqoji şuranın iclasları keçrilirdi.
Məktəbdə qabaqcıl təcrübəyə və yeni tətbiq olunan metodlar: problemli situasiya,
“dərsi dərsdə” və s. kimi düşündürücü və yaradıcı metodların müzakirə olunub tətbiqinə
geniş yer verildi.
Həmin dövrdə demək olar ki, bütün fənnlər fənn kabinetlərində keçrilirdi. Məktəbin
zəngin kimya və fizika laboratoriyaları, biologiya, xarici dil, riyaziyyat və s. kabinetləri
var idi. Bütün müəllimlər çalışırdı ki, hər birinin kabineti o birisinkindən daha zəngin
və yaxşı tərtib olunsun. Müəllimlər arasında demək olar ki, yarış gedirdi.
Məktəbin daxili tərtibatı da çox məzmunlu idi. Məktəbdə bir-birindən yaraşıqlı və göz
oxşayan stendlər var idi: “İkinci dünya müharibəsi və əmək veteranları”, “Heç kəs unudulmur,
heç nə yaddan çıxmır”, “Nəsillərin estafeti”, “Məktəbimizin məzunları”, “Biz onlarla fəxr edirik” və s.
90-cı illərin əvvəllərində məktəbdən uzaqlaşmış bəzi müəllimləri Mahal müəllim I
və II Kosalı orta məktəbləri birləşib bir orta məktəb olanda onları yenidən məktəbə cəlb
etmş və onları məktəbin şərəfini uca tutmağa çağırmışdır.
Keçid dövründə məktəbin maddi-texniki bazası həddən artıq acınacaqlı olduğu bir
vaxtda Mahal müəllimin təşəbbüsü ilə kənd camaatı və bəzi qeyrətli, imkanlı el oğullarımız
öz köməkliklərini məktəbə etmişlər. Hər bir valideyn çalışırdı ki, məktəbin hər bir işində
məktəb müdiriyyətinə kömək göstərsin.
Məktəbin qızdırılması üçün yanacaq yox idi, lakin qeyrətli eloğlularımız başda Mahal
müəllim olmaqla Vəzir Əliyev, Bilal Babayev, Musa Musayev yaxınlıqdakı meşədən
icazə ilə odun tədarük edib çətinliklə məktəbə gətirmişlər, soyuqdan məktəbdən yayınma
hallarının qarşısını almışlar. Mahal müəllimin verdiyi tərbiyənin, etibarın, məsuliyyətin
nəticələri keçmiş şagirdləri tərəfindən yüksək qiyməyləndirilirdi. Mən onların adını bir-bir
çəkmək istəmirəm, ancaq elimiz onları yaxşı tanıyır. (Bu ayrıca mövzudur). Hətta onların
bəziləri deyirdi: Mahal müəllim məktəb üçün nə lazım olsa bizə bildirin, biz çalışacağıq ki,
məktəbə hər vəchlə köməklik edə bilərik.
Mahal müəllimin belə xeyirxah işlərin təşəbbüskarı olduğu bir neçə işlər də var.
Mahal müəllim bu gün də kəndin, el-obanın dəyərli ziyalısı, hörmətli ağsaqqalı, etibarlı eloğlusu
və qədirbilən bir övladıdır. Kəndin bütün xeyirxah işlərində fəal iştirak edir. Kəndin infrastrukturunun
müsbət mənada dəyişməsinə həmişə əlindən gələn köməkliyi əsirgəmir.
Haşiyə: Mahal müəllim yeri gələndə, daha doğrusu ömür yoluna nəzər salanda özünün həm
savadlı ali məktəb müəllimlərini, həm də elmin ibtidaisini
öyrədən orta məktəb müəllimlərinin də xoş xatirələrlə yada salır.
Tanınmış filosof kimi respublikada böyük nüfuza
malik olan, professor Ələddin Həkimov, gözəl
ədəbiyyatşünas, ərəb-fars dillərinin gözəl bilicisi,
folklorşünas alim Ziya Borçalı, Azərbaycan dilinin
tədqiqatçısı və gözəl metodisti Əziz Mursaqulovu teztez
xatırlayır və onların ruhlarına xoş sözlər söyləyir.
Ali məktəbi bitirməsindən yarım əsrdən artıq vaxt
keçməsinə baxmayaraq təmasda olduğu və ya dostluq
etdiyi bəzi tələbə dostlarının nailiyyətlərinə və
xoş günlərinə həmişə sevinmişdir. Uzun müddət
partiya dövlət və ictimai xadim, tanınmış jurnalist
S.Süleymanov, filologiya elmləri doktoru, professor
M.Çobanov, şair-jurnalist M.Coşqun, şair
Ə.Binnətoğlu, uzun müddət təsərrüfat müdiri işləmiş
Vəkil müəllim və uzun müddət partiya işçisi olmuş
N.Qurbanov və s. Mahal müəllimin əlli illik ömürgün
yoldaşı Səyalı Məmiş qızı da uzun müddət I
Kosalı orta məktəbində kitabxanaçı kimi fəaliyyət
göstərmişdir. Təqaüdə çıxdıqdan sonra şirin-şəkər
nəvələrinin tərbiyəsi ilə məşğul olur.
Mahal müəllim ailədə üç bacının bir qardaşı
olmasına baxmayaraq ata və anasının vəfatından
sonra iki bacısına da ali təhsil almasına yardımçı
olmuşdur. Bacısı Eminova Zinyət Mustafa qızı
Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib təqaüdə
çıxana qədər Böyük Muğanlı orta məktəbində ibtidai
sinif müəllimi işləyərək həyat yoldaşı ilə birlikdə
dörd övlad böyüdüb ərsəyə çatdırmışdır. Kiçik bacısı
Eminova Hava Mustafa qızı Bakı şəhərində N.Tusi
adına Pedaqoji Universitetin Azərbaycan dili və
ədəbiyyatı fakültəsini bitirib uzun müddət I Kosalı
orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
Elin xeyir-şər işlərində maddi köməkliklərini
əsirgəməyən övladları Elçin və Əhmədin balalarının
tərbiyəsi ilə məşğul olan Hava müəllim həyat yoldaşı
Sadıqov Məhyəddinlə birlikdə indi təqaüddədirlər.
Maraqlıdır ki, Mahal müəllimin böyük bacısı Eminova
Hilal tam orta təhsil almasa da dörd övladına
mərhum həyat yoldaşı Mövlud müəllimlə birlikdə
ali təhsil vermişdir. Elə layiqli oğul-qız böyütmüş
bacıya əhsən!
Mahal müəllim həyat yoldaşı ilə birlikdə
övladlarına müəkəmməl təhsil və nümunəvi tərbiyə
vermişlər. Dörd övladından üçü ali təhsil almış,
yalnız kiçik qızı Eminova Təranə Gəncə şəhərində
kompyuter texnikası üzrə ixtisasa yiyələndikdən
sonra hal-hazırda məktəbimizdə texniki işçi kimi
çalışır. Oğlanları Eminov Mustafa Bakı şəhərində
İqtisadiyyat Universitetini, Eminov Rəşad da Bakıda
Azərbaycan Neft Akademiyasını bitirmişlər.
Qızı Eminova Arzu Bakıda N.Tusi adına Pedaqoji
Universiteti bitirərək həyat yoldaşı istedadlı cərrah
Rəfael Eminovla ali təhsilli üç övlad böyüdərək
xoşbəxt həyat sürürlər.
Sevindirici haldır ki, Mahal müəllimin nəvələri
Rusiyanın Moskva və S.Peterburq şəhərlərindəki
məşhur universitetlərində təhsil alırlar. Onlardan birinin
uğurları daha qəlboxşayandır. Mustafanın kiçik
qızı Eminova Turac keçən dərs ilində Moskvada orta
məktəbi qızıl medalla bitirib M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Dövlət İdarəçiliyi
və Qanun fakültəsinə daxil olub, hal-hazırda əla
qiymətlərlə nümunəvi tələbə kimi təhsilini davam etdirir.
Keçmiş şagirdlərindən Musa Əliyev, Qurban Sadıqov, Arifə Hacırəhimova, Əbülfət Abdullayev,
Elçin Əliyev, Abdulla Hüseynov, Aygün Eminova və s. bu gün ali təhsilli mütəxəssislər kimi keçmiş
SSRİ-nin müxtəlif şəhər və rayonlarında ləyaqətlə çalışır və kəndimizin adını ucaldırlar.
Əməyi Maarif Nazirliyi, rayon rəhbərliyi, kollektiv tərəfindən yüksək qiymətləndirilən Mahal
müəllim özünün 42 illik məktəb direktorluğu təcrübəsini və yüksək pedaqoji ustalığını bu gün də
öz həmkarlarından əsirgəmir və həmişə onlara bir nümunədir.
Bizə yalnız Mahal müəllimə uzun ömür və can sağlığı arzu etmək qalır. Qoy həmişə o, kollektiv
üçün bir mayak olsun! Amin!

Osman ƏLİYEV,
Marneuli rayonundakı Kosalı ümumi məktəbinin
metodist müəllimi.

"Region-Press", 30.06.2015, səh.8-9.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Peşəyə məhəbbət olanda

Peşəyə məhəbbət olanda

Məktəblər, "Elm və Təhsil"
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!....
TƏHSİLƏ BAĞLI ÖMÜR

TƏHSİLƏ BAĞLI ÖMÜR

Regionlar, Məktəblər, "Elm və Təhsil"
RÜSTƏM MƏMMƏDOV  (1924-1987)

RÜSTƏM MƏMMƏDOV (1924-1987)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Bolus
Mahmud Qurbanov (1956)

Mahmud Qurbanov (1956)

Başkeçid
Çəkilən zəhmətin bəhrəsi

Çəkilən zəhmətin bəhrəsi

Məktəblər, "Elm və Təhsil"
ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

Regionlar, Məktəblər
Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Məktəblər, "Elm və Təhsil"
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, Təbriklər
ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

Bolus, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001)

Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001)

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
ZAHİD QƏHRƏMANOV (1938)

ZAHİD QƏHRƏMANOV (1938)

Başkeçid
Mənim doğma məktəbim

Mənim doğma məktəbim

Məktəblər
Rəy yazın: