Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)Oqtay Bədəl oğlu Nəbizadə - 1947-ci il iyu­lun 7-də
qədim Borçalı mahalında, indiki Gürcüstanın
Bolnisi rayo­nu­ndakı Dar­vaz kəndində ana­­dan olub.
1963-cü ildə Dar­vaz kənd orta mək­təbini bi­ti­rib.
1964-cü ildə Azər­bay­can Dövlət Uni­ver­si­­tetinin
(indiki BDU-nun) iqti­sad fa­kül­təsinə daxil olub.
1969-cu ildə isə Azərbaycan Dövlət Xalq Təsər­rü­fatı İnstitutunu
(indiki Azərbaycan Dövlət İqtisad Universitetini)
iqtisadi kibernetika ixtisası üzrə bitirib.

İnstitutu bitirdikdən sonra Azərbaycan Elmi-Tədqiqat
Kənd Təsərrüfatı İnstitutu
nda əmək fəaliyyətinə başlayıb.

1970-ci ilin sonundan isə Azərbaycan Dövlət Əmək
Əmanət Kassaları idarəsində müfəttiş
vəzifəsində çalışıb.

O.Nəbizadə 1974-cü ilin əvvəlində doğma Borçalıya qayıdıb. Elə həmin vaxtdan 1975-ci ilin may ayınadək
Bolnisi rayon istehlak cəmiyyətində müfəttiş kimi fəaliyyət göstərib, 1975-ci ilin may ayından
Gürcüstan Daxili İşlər nazirliyinin SƏDM idarəsində baş əməliyyatçı vəzifəsində çalışıb.
Mayor rütbəsinə qədər yüksəlib.

1989-cu ildə Bolnisidə baş vermiş məlum milli ayrı-seçkilik olaylarından sonra,
burada yaşayan azərbaycanlılara qarşı yönəlmiş təqib və təzyiqlər daha da çoxalıb,
rayon mərkəzində çalışan yüzlərlə soydaşımız heç bir səbəb göstərilmədən işdən azad olunub,
Bolnisi, eləcə də qonşu Kazreti və Başkeçid (indiki Dmanisi) şəhərlərində yaşayan
minlərlə soydaşımız Azərbaycana köçməyə məcbur ediliblər.
Bolnisidə yaşayan soydaşlarımız bax beləcə pərən-pərən olublar,
öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıblar.
Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub,
kimisi Ukraynaya, kimisi Orta Asiya respublikalarına...
Oqtay Nəbizadə isə ailəsni də götürüb Bakıya pənah gətirib.

1990-cı ilin mayından 1993-cü ilədək Azərbaycan Aqrar Sənaye Bankında baş müfəttiş vəzifəsində çalışıb.
1993-2001-ci illərdə isə həmin Bankda kredit şöbəsinin rəisi olub.

O.Nəbizadə 2001-ci ildə təqaüdə çıxdıqdan sonra yenidən Gürcüstana qayıdıb.
Doğma kəndi Darvazda yaşayıb fəaliyyət göstərib, arıçılıqla məşğul olub.

Oqtay Nəbizadə 2019-cu il martın 4-də Darvazda dünyasını dəyişib və kənd qəbristanlığında dəfn olunub.

Biz də Oqtay Bədəl oğlu Nəbizadənin vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə,
bütün yaxınlarına, doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin...


Müşfiq BORÇALI,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: