ƏHMƏD OĞLU
ƏLİYEV
hərbçi,
polkovnik-leytenant.
(20.06.1944)
Adil Əhməd oğlu Əliyev qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.
O, ilk təhsilini doğma kəndindəki orta məktəbdə başa vurmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universitetinin) energetika fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali məktəbi bitirmiş və tə'yinatla Gürcüstan SSR-yə göndərilmişdir. İlk əmək fəaliyyətinə Rustavi şəhərində hidroelektrik stansiyasında blok növbətçi-mühəndisi vəzifəsi ilə başlamışdır.
1968-ci il oktyabr ayında Vətənə oğulluq, vətəndaşlıq borcunu vermək üçün həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə baş texnik, (1968-1970), şəxsi hey'ət komandiri (1971-1974), tə'mir e'malatxanasının rəisi (1974-1975), qərargah rəisinin müavini, hərbi hissə komandiri (1975-1978), Bakı şəhəri Hərbi Komissarlığında şö'bə rəisinin müavini (1978-1980), şö'bə rəisi (1980-1991) vəzifələrində şərəflə xidmət etmişdir. 1991-ci ilin may ayında yaş dərəcəsinə görə hərbi xidmətdən tərxis olunub.
Şərəfli xidmət yolu keçən polkovnik-leytenant Adil Əliyev beş medal və "Fəxri fərman"larla təltif olunub.
Həyat yolu gənclərimizə örnək ola bilən Adil Əliyev hazırda təqaüddədir.
Biz də ona uzun ömür və möhkəm can sağlığı arzulayırıq!..
Müşfiq BORÇALI.
(Bax: BORÇALI ENSİKLOPEDİYASI. III cild. Borçalı Ulduzları. Bakı, "Azərbaycan" nəşriyyatı, 2001, səh.109-110.)
.