Amerikalıları qəlbindən nişan alıb qarınından vuran yazıçı

Amerikalıları qəlbindən nişan alıb qarınından vuran yazıçı
QABİL AŞİROV

“İnsan, sadəcə, çörəklə yaşamır!”
Səhv etmirəmsə, bu ifadə Bibliyada deyilib. Bu ifadə mənə Amerika tarixində iki yazıçını xatırladır: - Harriet Biçer Stounu və Apton Sinkleri. Mənim üçün bu iki şəxs ədəbiyyatın allahıdır. Çünki bu yazıçılar, sadəcə, insan ləyaqətini qorumaq üçün yazmadılar, həm də yazdıqları əsərlər vasitəsi ilə sözün həqiqi mənasında Amerika dövlətində qanunların dəyişməsinə səbəb oldular. Təəssüflə qeyd etmək istəyirəm ki, Biçer Stounu tanısalar da, Apton Sinkleri Azərbaycan oxucusu tanımır, onun Azərbaycan dilinə tərcümə edilmiş heç bir əsərini tapa bilmədim.

“İnsan, sadəcə, çörəklə yaşamır” ifadəsi qarşımızda yeni üfüqlər açır. Doğrudan da, insanı yaşadan yalnız onun qarnı deyil, həm də onun ləyaqətidir. Ancaq təəssüf ki, bəşər övladı yaşamaq üçün biri digərinin əlindən azadlığını alıb və ləyaqətinə toxunub; biri digərini istismar edib. Təbii ki, bunun tərəfini saxlayan insanlar olduğu kimi, buna qarşı çıxan insanlar da olub. Bu insanlar yalnız ədəbiyyatla silahlandılar. Villiam Lonqun da qeyd etdiyi kimi, “ədəbiyyat insan ideallarını qoruyub saxlayır; və sevgi, inam, məsuliyyət, dostluq, azadlıq, pərəstiş kimi ideallar insan həyatının qorunmağa ən layiq olan hissəsidir”. İnsan azadlıq sözünü də elə məhz ədəbiyyat sayəsində tanıya bilib.

Təxminən, 150 il əvvəl Amerika iki yerə bölünmüşdü. Cənubdakı insanlar özlərini zəncilərdən üstün tutur, onları heyvan ilə insan arasında bir məxluq kimi görürdülər. Şimal ştatlarında yaşayan insanlar isə buna qarşı çıxırdılar. Şimallılar etiraz etsələr də, köləlik insitutuna qarşı mütəşəkkil şəkildə bir iş görmürdülər. Lakin Harriet Biçer Stounun yazdığı “Tom Dayının Daxması əsəri şimallıların qəlbinə toxundu və onları hərəkətə gətirdi. Çox mübaliğəli görsənir, ancaq bir çox insan ABŞ-da quldarlığın kökünü kəsən Vətəndaş müharibəsinin başlanmasını bu qadının adı ilə əlaqələndirirlər. Hətta deyilənə görə, quldarlığın ləğvində xüsusi canfəşanlıq göstərmiş Amerikanın o dönəmki prezidenti Abram Linkolin Hariet Biçer Stounu bu sözlərlə salamlayıb: "Demək, bu böyük savaşı başladan kitabı yazan kiçik qadın sizsiniz”.
Amerikalıları qəlbindən nişan alıb qarınından vuran yazıçı
Bəli, bu kitab amerikan xalqına Bibliyada oxuduqları “insan, sadəcə, çörəklə yaşamır” sözünü xatırlatmışdı və minlərlə amerikalı silaha sarılaraq insan ləyaqətini alçaldan quldarlığı məhv etmək üçün öz canlarından keçmişdilər. Bu, əslində, çox möhtəşəm bir hərəkat idi, çünki o insanlar öz azadlıqları və ləyaqətləri uğrunda deyil, başqalarının, Afrikadan plantatorlar tərəfindən gətirilimiş zəncilərin azadlığı və ləyaqəti uğrunda öz canlarından keçmişdilər. Onlar başda cənublular olmaqla bütün dünyaya göstərdilər ki, insan həm də ləyaqəti ilə yaşayır. Bir sözlə, Stounun kitabından sonra amerikalılar ABŞ-in ləyaqətlətini qorumuşdular. Buna görə də Harriet Biçer Stounu tarixin dəyişməsində öz yazdığı kitabla əhəmiyyətli rol oynayan bir yazıçı kimi tanıya bilərik.
Stou köləliyin rəsmi sürətdə kökünü kəsmişdi, ancaq ABŞ-dakı köləlik, sadəcə, cənub ştatları ilə məhdudlaşmırdı. Şimal ştatlarında, ən azı, cənubdakı qədər zalım və amansız olan başqa bir köləlik sistemi vardı – “maaş köləliyi”. Düzdür, “maaş köləsi” olan insanlar qanuna görə normal vətəndaşlar sayılsalar da, faktiki olaraq onlarla zənci kölələri arasında heç bir fərq yox idi. Tək fərq onda idi ki, zənciləri silahla qorxudaraq, “maaş kölələrini” maaşla qorxudaraq işləməyə məcbur edirdilər. Zəncilər kimi bu insanlar da amerikalı deyildilər - onları da Şərqi Avropadan gətirirdilər. Tək fərq burasında idi ki, Afrikadan zənci gətirmək üçün qəbilə başcılarına muncuq verərək aldadan amerikalılar, şərqi avropalılara ümid verərək aldadıb gətirirdilər. Özü də zənciləri gətirmək üçün əziyyət çəkib Afrikaya gedən amerikanlı plantatorlardan fərqli olaraq, Şimallı sindiqatların yanına şərqi avropalıların özləri öz ayaqları ilə gəlirdilər.
Beləliklə, ABŞ-in ehtiyacı olmadığı halda bütün dünyadan miqrant qəbul edir. Nəticədə ölkədə çoxlu miqdarda işsiz adam peyda olur. Milyonlarla insan şirkət qapılarının ağzında dayanıb iş dilənirlər və bu siyasət kapitalistlərə fürsət verir ki, işçilərlə istədikləri kimi rəftar etsinlər; işçilər sözlərinə baxmasalar işdən qovsunlar. Nə də olsa qapının ağzında gözləyən milyonlarla insan var. Apton Sinklerin kitabında təsvir etdiyinə görə, hər gün iş başlamazdan iki saat əvvəl buz kimi soyuğun altında minlərlə işsiz gəlib şirkətin qapısının ağzında dayanır – onların, sadəcə, bir arzusu var: içəridə işləyənlərdən biri hansısa səhv hərəkət edəcək və işdən qovulacaq. İşsizlərin müəssisə qapısının ağzında gözləməsi işçilər üzərində psixoloji təzyiq yaratdığını əsərdə aydın görmək olar. Onlar hər dəqiqə küçəyə atılmalarını gözləyirlər, bundan qorxurlar. Təkcə patrona qarşı hörmətsizlik edənlər deyil, işdə xəsarət alanlar da dərhal işdən qovulurlar, qapının ağzında duranlar isə onların yerinə işə götürülür.
Acından ölmək qorxusu o qədər realdır ki, hətta patron yanında işləyən işçi qadını zorlayır və qadın ailəsinin acından ölməsindən qorxduğuna görə səsini çıxarmır. Hətta qadının hamilə olması da onu dəfələrlə təkrar təcavüz ediləməkdən qurtarmır. İş saatları on-on iki saatdan çox olur. Az maaş verildiyinə görə əsasən uşaqlar işə götürülür. İnsanlara çox az maaş verirlər. Bir dəqiqə işə gecikənin bir saatlıq əməkhaqqını kəsirlər. İş yerlərində şərait çox pis vəziyyətdə olur var s.
Bütün bunları görən Apton Sinkler Çikaqo şəhərinə gəlir. Çikaqoya gələndə “mən işçi sinifi hərəkatının “Tom dayısının daxması”nı yazmağa gəldim deyir. Onun Harriet Biçer Stoudan ilham alması bu əsərdə özünü çox aydın şəkildə görstərir. Hətta Cek London bu kitabı “Maaş köləsi Tom Dayının Daxması” adlandırıb.
Apton Sinkler öz kitabında maaşa işləyən yoxsul təbəqənin acınacaqlı həyatını hədsiz dərəcədə gözəl təsvir edib. Əminəm ki, bu dünyada heç kim yoxsulluğu onun kimi yaxşı təsvir edə bilməzdi. Əsərdə təkcə yoxsulluq deyil həm də iş yerlərindəki antisanitariya, xəstə heyvanların insanlara satılması, ABŞ-da məhkəmə sisteminin tərəfgirlik etməsi, seçkilərdə saxtakarlıq, polislərin şəhərdəki bütün qumarxanalara və fahişəxanalara “krişalıq” etməsi təsvir edilmişdir.

Apton Sinkler Harriet Biçer Stounun qazandığı uğuru təkrar edəcəyinə əmin olur. Yazdığı kitabı nəşriyyatlara göndərir. Altı nəşriyyat kitabı bəyənmir. Sonunda öz hesabına kitabı 28 fevral 1906-ci ildə “Doubleday Page&Company” nəşriyyatında nəşr etdirir. Kitab satışa çıxdığı həftə best-seller olur. Kitabı oxuyan insanlar hiddətlənirlər. Kitabı oxuyanlar arasında Sinkleri sosialist olduğu üçün başdanxarab hesab edən Prezident Teodor Ruzvelt də olur. Kitabı oxuduqdan sonra Ruzvelt Sinklerin gəldiyi nəticələrlər razılaşaraq yazır “kapitalistlərdə təkəbbürlü və xudbin xəsislik cəhdlərini məhv etmək üçün radikal addımlar atılmalıdır”. Daha sonra Prezident ət kombinatlarında tədqiqat aparması üçün Çikaqoya komissiya göndərir.

Komissiyadan xəbər tutan kombinatlar komissiya gələnə qədər işləri qaydaya salırlar. Ancaq buna baxmayaraq, komissiya Sinklerin yazdıqlarının çoxunun doğru olduğunu bildirir. Lakin həmin il Heyvan Sənayesi Bürosu Sinklerin yazdıqlarını təkzib edir. Ruzvelt komissiyanın ona şifahi verdiyi hesabatı cəmiyyətlə paylaşmır. Ruzvelt komissiyanın əldə etdiyi nəticəni 1906-ci il iyunun 4-də birbaşa senata göndərir. Xalqın təzyiqi ilə 1906-cı ildə Ət Sənayesi Aktı, Təmiz Ərzaq və Dərman Aktı senatdan keçir, daha sonra Kimya Bürosu yaranır (1930-cu ildə Ərzaq və Dərman Administrasiyası adlandırıldı).

Sinkler Biçer Stounun yolunu getdi və onun səyləri nəticəsində Amerika tarixində qanun dəyişdi. Lakin bu dəyişiklik Sinkleri sözün həqiqi mənasında məyus etdi. Çünki Sinklerin hədəfində Amerikan xalqının qəlbini qazanmaq vardı. O, Amerikan xalqının diqqətini fəhlələrin, xüsusilə miqrant fəhlələrin acınacaqlı həyatlarına çəkmək istədi, ancaq Amerikan xalqı Biçer Stounun vaxtındakı kimi insan ləyaqətinə əhəmiyyət vermədilər. Onlar kitabda antisanitar məhsulların satışının üstündə dayandılar. Dövlətdən buna nəzarət edəcək mexanizmi yaratmağı tələb etdilər. Fəhlələr sözün həqiqi mənasında antisanitar məhsul istehsalının kölgəsində qaldılar. Amerikan xalqı bu dəfə insan ləyaqətini deyil, çörəyi üstün tutmuşdu. Bu səhnə qarşısında aciz qalan Sinkler “Kosmipolitan” jurnalına müsahibə verərkən ironiya ilə deyir: “Mən xalqın ürəyini nişan almışdım, ancaq mədəsindən vurdum”.

13.11.2015
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar

"Motivasiya həddən çox önəmlidir... Və... İnsanlar özlərinə sual verməlidi ...

İqtisadiyyat, Reklamlar
Natəvan Dəmirçioğlu:

Natəvan Dəmirçioğlu: "XXI əsr Türk əsridir"

Siyasət, Köşə yazılar
Axı kitab oxumaq mədəniyyətdir!

Axı kitab oxumaq mədəniyyətdir!

Təhsil, Mədəniyyət
Gənc yazarın İcraildə məqaləsi dərc olunub:

Gənc yazarın İcraildə məqaləsi dərc olunub: "TƏBLİĞ EDİLMİŞ NİFRƏTİN NƏTİC ...

Qarabağ, İsrail, Köşə yazılar
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Zəngin qitənin yoxsul insanları

Zəngin qitənin yoxsul insanları

İqtisadiyyat, Dünya
Eltən Qədimbəyli: Bilgi kutsaldır

Eltən Qədimbəyli: Bilgi kutsaldır

Köşə yazılar
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Borçalı, Siyasət
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Regionlar, Səhiyyə
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Gənclik, BDU, Köşə yazılar
Kitab oxumaq bizə nə qazandırır ?

Kitab oxumaq bizə nə qazandırır ?

Borçalı, Köşə yazılar
YADDAŞLARDA YAŞAYACAQ...

YADDAŞLARDA YAŞAYACAQ...

Darvaz
İnsan ağlının gücü və gücsüzlüyü

İnsan ağlının gücü və gücsüzlüyü

Köşə yazılar
Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Milli Məclis, MEDİA, Gürcüstan
“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

Qaraçöp, Köşə yazılar
Riçard Kozlariç nə üçün Azərbaycanı seçib?

Riçard Kozlariç nə üçün Azərbaycanı seçib?

MEDİA, Siyasət
XIX ƏSRİN AZƏRBAYCAN İNSANI İLƏ XXI ƏSRİN AZƏRBAYCAN İNSANI ARASINDA YENƏ D ...

XIX ƏSRİN AZƏRBAYCAN İNSANI İLƏ XXI ƏSRİN AZƏRBAYCAN İNSANI ARASINDA YENƏ D ...

Publisistika, Köşə yazılar
Rəy yazın: