OXUCU MƏKTUBLARI: Şirin NATİQQIZInın şeirləri

OXUCU MƏKTUBLARI: Şirin NATİQQIZInın şeirləriDÜNYA

Günəşin gözəldi parıldaması,
Can verir hər şeyə onun şuası.
Bilinmir tarixdə bil yaranması,
Vermirsən heç kimə sirrini dünya.

Gecələr görünür ulduzun, ayın,
Gündüzlər gün çıxır istidir yayın.
Göy səmada varmı de görüm tayın,
Vermirsən heç kimə sirrini dünya.

Şirinəm sevirəm hər zaman səni,
Yaşıl otlar bəzəyir sənin sinəni,
Səndə sevirsənmi, de görüm məni,
Vermirsən heç kimə sirrini dünya.

İLHAM BABA

(Azərbaycan Respublikasının prezidentinə)


Azəri xalqına olubsan dayaq,
Edirsən hörməti millətə İlham.
Arzum budur sənə yüz illər yaşa,
Edirsən hörməti millətə İlham.

Azəri xalqilə durursan qoşa,
Qalxıbsan zirvəyə yuxarı başa.
Şirin deyir Mehribanla yüz yaşa,
Edirsən hörməti millətə İlham.

KƏKLİK

Yuva qurdun qayalarda,
Nə gəzirsən oralarda,
Vurulubdu uşaqlarda,
Xınalı xallara kəklik.

Arzuların çatsın başa,
Səni görüm yüz il yaşa,
Eyləsin ellər tamaşa,
Xınalı xallara kəklik.

Səni gördüm kitabımda,
Gəl Şirinin dur yanında,
Mən vuruldum həmin anda,
Xınalı xallara kəklik.

Şirin Natiq qızı ÇOBANOVA,
Gürcüstan, Bolnisi rayonu,
Darvaz kənd orta məktəbinin
8-ci sinif şagirdi.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: