BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!

BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!

(HƏKİM-ŞAİRƏ, JURNALİST-PUBLİSİST)

Bu həkim-şairə, jurnalist-publisist xanımla tanışlığımız, de­mək olar ki, artıq, iyirmi ilə yaxındır... Bu xanım sərv boylu-bu­­­xunlu, əsil Azərbaycan xanımlarına məxsus hündür boylu, de­yib - gülməkdən həzz alan, şux zarafatçıl, zarafatın yerini və həddini bilən, sözü söhbəti ilə bir andaca hamının diqqətini özü­­nə cəlb etməyi bacaran, sakit-həlim təbiətli, zahirən nikbin gö­rünən bir qadın olsa da, o, hər şeydən çox, həm də, xal­qı­mı­zın tə­şəkkül etmiş əxlaqi-etik normalarına hər zaman və hər yer­də riayət etməklə yanaşı, həm də, özünə qarşı çox tələbkar olan, o, özünün ilk tərbiyəçisi olan atasının və anasının əxlaqi və etik görüşlərini daim yadda saxlayan və həmin əxlaqi və etik gö­rüşlərini və ata-ana tərbiyəsini öz övladına ötürməyi ba­caran bir Anadır, Vətəndaşdır, Həkimdir-Şairədir, Jurnalist­dir-Publi­sist­dir, mərdi-mərdanə doğma xalqımızın gələcəyi naminə əlin­dən gə­lən ictimai və sosial problemləri həll etməyə qadir olan xanım­dır... Onu da qeyd edim ki, o, özünü nə qədər mülayim, sa­kit təbiətli göstərsə də, bir o qədər də çox ciddi və qəti möv­qeli bir icti­maiy­yətçidir, qadındır... Həkim-şairə qadının insani keyfiy­yət­ləri yuxarıda qeyd olunanlardan qat-qat artıq­dır... Yeri gəl­­mişk­ən, onu da qeyd edim ki,onunla tanış olduğu­muz, hətta, ailə­vi tanışlığımız da həkim-şairə xanımın daxili aləmini aça bil­məmişik...

Biz, bu həkim-şairə, jurnalist-publisist, fəal ictimaiyyətci xa­nı­mın daxili alaminin nikbin sirlərinin bəzi məqamlarını, onun (Azadə-Taleh Abbasqızı Hüseynova) 2006-cı ildə Tbilisi şəhə­rində çap olunmuş “Həqiqətin Təşnəsiyəm” adlı şeirlər kitabını oxuduqdan sonra tanış olduq...
Şairənin “Həqiqətin Təşnəsiyəm” kitabında işıq üzü görmüş poetik yaradıcılığı mövzu və mündərəcə etibarı ilə bir neçə böl­mədə verilmişdir. O cümlədən, “Həqiqətin Təşnəsiyəm”, “Li­rika”, “Giley” (“Giley-güzar”. -M.Ç.), “Qürbətdə yaşanmış gün­lər”, “Deyişmələr” “Miniatürlər”, “Nota köçürülmüş şeir­lər” (Musiqi bəstələnmiş şeirlər. -M.Ç.) və bir “Esse” və s. və s... Kitabın ayrı-ayrı bölmələrini oxuyub, sona çatdıqdan sonra qədirbilən və poetik əsərlərin mahiyyətini və məzmununu də­rindən duyan oxucu bir anlığa kitabı örtüb, bir anlığa dərin­dən düşüncəyə və fikrə dalmaya bilmir... bilməz də...
Nəhayət, dərin fikirdən ayılıb, özünə gələn mütaliəçi istər-is­təməz özünə gələn kimi belə bir mülahizə söyləməyə (şeir­lərin təsiri ilə) məcbur olur ki, zəngin poetik fikir və mülahizəyə ma­lik olan şairənin poetik söz, ifadə, məna və məzmun, mündəricə seç­məkdə,demək olar ki, onun poetik bazarı heç vaxt kasadlıq görməyib, görməyəcək də...
Burada yeri gəlmişkən bir məqamı da qeyd etmək yerninə dü­şərdi... Kitabın “Həqiqətin Təşnəsiyəm” adlanan ilk bölməsi bir-birindən gözəl “Yurdumun Azadəsiyəm”, “Borçalı”, “A Dağ­­­lar”, “Lalələr”, “Sazım”, “Yuvana dönmürsən, niyə Qa­ranquş!?”, “Qəzəl”, “Mənim ilk misramın şahidi Göy-göl” və s. top­­lanmışdır... Bu bölmədə şairə özünün “Min muraz üstə ailə­yə gəl­mə­sini, haqq çağıran ulu səsdə və gül nəfəsdə gəlməsini; kö­nül­lərə billur axmasını; həyatda gördüyü ədalətsizlikdən ürə­yi­nin ya­na-yana qovrulması; kürəyində şələ-şələ yük daşıması, Və­tən dərdi, el dərdi çəkməsi; bu dərdin gələ-gələ artması (Bey­nəl­­xalq Təşkilatların ikili standartlar yeritməsi ucbatından Tarixi Və­tə­nimizin bir parçası olan Dağlıq Qarabağ problem­lərinin həll edilməməsi); ömrünü insanlığa ərmağan et­məsi; Və­tən ağrı-acısını çəkməsi və ona əlac göstə­ril­məsinə eh­tiyac duy­­ması; İn­san həyatının məhəbbətdən yoğ­rul­ması, özü­nün Kə­rəm, Bor­ça­lının isə mənəvi Lələ olma­sı; Həyatda haqq-ədalət uc­batından alışıb yan­ması; Həyatıboyu düz ima­na, düz ilqara sadiq qalması “Həqiqət Təşnəsinə” və “Yurdumun Aza­dəsinə” çevrilməsi - Azadə poeziyasının də­yəri­ni qat-qat ar­tı­rır...

...“Zaman qısa, həyat gözəl, ömür an,
Gələn nəfəs, gedən nəfəs, imtahan.
Mənim ömrüm insanlıqda ərməğan,
Həqiqətin Təşnəsiyəm,
Yurdumun Azadəsiyəm”...
Şairə Azadə xanım Vətən deyəndə 500 min kvadrat kilometr­lik əraziyə malik olan Tarixi Azərbaycanı, həmçinin, 1828-ci il Türkənçay bəd­nam sülh müqaviləsindən sonra müasir Azər­baycan sərhəd­lərindən kənarda qalan Güney Azərbaycanı, Qər­bi Azərbaycanı (indiki Ermənistanı), Dərbəndi və Tarixi Bor­ça­lını (indi Borça­lı­nın bir hissəsi Gürcüstanın, çox hissəsi isə Qər­bi Borçalı Er­mənistanın tərkibindədir), bütövlükdə, nə­zər­də tutulur... Tarixi Azərbaycan böyük olduğu kimi, şairə­nin Vətən dərdi, qəm yü­kü də çox böyük və ağırdır... Şairə özü Bor­çalı əsil­li olduğu üçün Borçalı deyəndə böyük fəxarətlə da­nış­­dığı kimi, eyni an­daca dərd-qəm “alovunda”, sanki, alışıb ya­­nır... Odur ki, Bor­çalı mövzusu Azadə xanımın poetik baxış­la­­rın­dan kə­narda qala bilmir. O, “Borçalı” şeirində deyir:

Nənələrin laylasından yoğrulan,
Babaların dastanından doğulan,
Telli sazın vahid məkanı olan
Borçalıdı, Borçalıdı, Borçalı.

Babəkərdə El içində tanınan,
Şairlərin misrasında anılan,
Ulu Kürlə keçmişinə qanrılan
Borçalıdı, Borçalıdı, Borçalı.

Böyük, kiçik hörmətini saxlayan,
Tarixini, sabahını haqlayan,
Türk Elinə zafər yayan, haqq yayan
Borçalıdı, Borçalıdı, Borçalı.

Torpağında şairləri bəsləyən,
Bəsləyibən igidləri səsləyən,
Qonağını balasıtək istəyən,
Borçalıdı, Borçalıdı, Borçalı.

Azadənin keçmişi, həm sabahı,
Uman yeri, güman yeri, pənahı,
Səcdəgahı, peyğəmbəri Allahı
Borçalıdı, Borçalıdı, Borçalı.
(1991)

Kitabın birinci bölməsində - “A Dağlar” və “Lalələr” şeirlə­rin­d­ə Təbiət təsvirinə də geniş yer verilmişdir: “dağların əzə­mə­­­ti, başı ağ çalmalı -(qarlı), yay aylarında köksündə al-əlvan güllərin aləmə xüsusi ətir-qoxu bəxş etməsi, sanki, insanları bir anlığa özü­nə cəlb etməsi; sərin havasının xəstəyə dərman, aşıq­lər məs­kəni olması; yayın isti günlərində, sanki, hamıya gəl-gəl demə­si, qonaqlarını heyran etməsi, həmçinin, Yayın isti ça­ğın­da Gən­cənin “Gəlini” kimi qızara-qızara Lalələrin gül­məsi, şairə­­ni ilhama gətirməsi, qəm-kədərini qəlbindən silməsi, hamı­nın sev­gisinə şərik olması da xüsusi poetik anlamda tərən­nüm edil­­miş­dir:

... Azadə çox sevər yaylaqlarını,
Buz kimi bəmbəyaz bulaqlarını,
Lap heyran edirsən qonaqlarını
Dərdliyə yarlısan, yarlı, A Dağlar!
***
Azadə çox sevir bütün gülləri,
Onlara bağlayıb ən xoş günləri,
Şərikdir halıma Gəncə elləri,
Mənim kədərimə ortaq Lələlər.


Kitabın “Lirika” bölməsində müəllifin “Məni sevdiyinə peş­man deyilsən?”, “Sən oldun”, “Yada düşür”, “Gözlər”, “Gör­mək istəmirəm, artıq, heç kimi”, “Qürbət”, “Gecə”, “Sənsən”, “Sən­siz”, “Qorxuram”, “Səni”, “Duman ötüşdü” və “Bilmirəm ni­yə” şeirləri verilmişdir. Bu lirik şeirlərə poetik baxımdan də­rin­­dən nəzər saldıqda məlum olur ki, həmin şeirlərin mövzu­su, əsas məğzi, əsas qayəsi, şair “Məni” və ya “Səni” ətrafında cə­rə­­yan edir. Ümumilikdə, götürsək, demək olar ki, lirik şeirlə­rin əksəriyyəti qədim dövrlərdən üzübəri poetik “Mən” və “Sən” ətrafında təşəkkül tapmış, cərəyan etmiş və ildən-ilə, əsrlərdən-əsrlərə keç­dik­cə daha da təkmilləşmiş və bugünki səviyyədə, əsa­sən, sabit­ləş­mişdir...
İnsani “eşqi”in, “sevgi”nin, “məhəbbət”in ikitərəfli olmasını nəzərə alaraq, Poetik “Mən” və “Sən”i təşəbbüskarlığına və fəal­lığına görə iki qrupa bölmək olar:
-Sevgi məhəbbət hisslərinin və duyğularının ilk dəfə kim tə­rəfindən açılarsa (aşiq və ya məşuqə), o,birinci tərəf - fəal, tə­şəb­büskar sayılır.
-Sevgi-məhəbbət hisslərinə və duyğularına qarşılqlı olaraq, cavab verən (aşiq və ya məşuqə) ailə qurmağa tərəfdaş və ya eyni hissi və duyğunu bölüşən həmkar sayılır.

Poetik “Mən”im və poetik “Sən”in ən gözəl nümunələrini şai­rə Azadə xanımın lirik şeirlərində tapmaq olar. O cümlədən, müəllifin “Məni sevdiyinə peşman deyilsən?” şeirindəki poetik nümunələrdə sevgi-məhəbbət hisslərini elan edən təşəbbüskar-birinci tərəf Aşıq olub, ikinci tərəf isə Məşuqə olub... Xalqı­mı­zın adət-ənənələrinə və etik normalarına uyğun olaraq, oğla­nın ara-sıra görüşə gəlməsindən darıxan, sevgi əzabı çəkən, Elçi göz­ləyən Məşuqə Aşiqə müraciətində deyir:

-“Nə vaxtandır qəlbimə yol açmısan,
Dərd içində dərdlisini seçmisən.
Sevənlərin dəlisini seçmisən...”
Yaxud:
“Yaxın ola-ola uzaq olmusan,
Yayın bürküsündə sazaq olmusan,
Qəlbimdə bilinməz sızaq olmusan...”

Həmin şeirin son bəndində isə, Məşuqə Aşiqə cavab müraciə­tin­­də deyir:
-“Səninlə eşq adlı dünyadayam mən,
Əlçatmaz, ən ülvi sevdadayam mən,
Daşlara çırpdığın boş badəyəm mən.
Əhdinə vəfalı Azadəyəm mən.
Məni sevdiyinə peşman deyilsən?”.
Yuxarıda qeyd olunan lirik nümunələri və ümumilikdə, müəl­lifin, demək olar ki, bütün lirik şeirlərinin ümumi məzmunu və müdərəcəsi poetik “Mən” və “Sən” dramatiq persoajları üzərin­də elə incə tellərlə bir-birinə bağlanmışdır ki, bəlkə də, ilk anda oxucuların əksəriyyəti bunu anlaya bilməsin. Məhz bunun nəti­cə­sidir ki, Azadə xanımın lirik şeirləri öz səciyyəvi xüsusiy­yətlərinə görə, həmkarlarının lirik şeirlərindən əsaslı halda fərq­lənir və tələbkar oxucularını daim intizarda saxlayır... Onları, san­ki, ovsunlayır...
Oxucuların marağına səbəb olan bu şeirlər toplusunun üçüncü - “Giley” (“Giley-Güzar” adlandırılması daha münasib olardı. -M.Ç.) bölməsindəki “Ümidim qalmayıb, artıq, heç kəsə”, “”Özü­mə qapanıb şeir yazıram” və “Kimə gərəkdir?” adlı şeir­lərində də “giley-güzar” etməyə həqiqi dost-tanış olma­dığın­dan şai­rənin əsərlərinin əsas qəhrəmanı da, müdrik ağ­saqqal məslə­hətçisi də, ümid verəni də, təskinlik verəni də, inam və etibar edə­ni də Şairənin özüdür...
Şairənin “Bahar çağında üşüməsi də, dərd-kədərin onun qəlbi ilə bəhsə girməsi də, onun içini didib parçalaması da; bir ülvi söhbətə-sözə möhtac olması da; ağrıya qənim, sevincə tac ol­ma­sı da; özünü uzaqdan görünən tənha ağaca bənzətməsi də; dost­­larının, tanışlarının saxta alqışları da, həyatda ümidgahı ol­madığını da, dünyadan əl çəkmək xəyalına düşməsi də”; “dos­tun-dosta biganəliyi də, namərdlərin çoxalması - mərdlərin azal­­ması da, hörmət-izzətin unudulması da” Şairənin həyata ba­xışlarının dairəsindən kənarda qalmayıb, müəllifin lirikasında açıq-aydın şəkildə özünü büruzə verir:

“Azadə, haqqını kim anlayır, kim?
Gecələr şairsən, səhərlər həkim,
Deyirəm, dünyadan, bəlkə, əl çəkim-
Ümidim qalmayıb, artıq, heç kəsə...”.

***
“Azadə, xəlvəti tutduqca xəbər,
Qəlbini yandırır yenə qəm-kədər.
Bilir ki, zəhməti gedəcək hədər,
Zəhmətsiz bu dünya kimə gərəkdir”.

Azadə xanımın geniş oxucu kütləsinə təqdim olunmuş “Hə­­­qiqətin təşnəsiyəm” kitabında Folklor-şifahi xalq ədəbiy­yatı janrlarında yazılmış “Deyişmələr”ə də yer verilmişdir. On­lardan “Dərviş Osmanla Azadə-Taleh Abbasqızının deyiş­məsi” (1999), “Elmira Mahalqızı ilə Azadə-Talehin deyişməsi” (2003) və “Məleykə Göyçəli ilə Azadə-Talehin deyişməsi”ni (2005) xüsusi qeyd etmək olar.
Bəs, Deyişmə nədir?
Azərbaycan Şifahi Xalq Ədəbiyyatının ən qədim janrlarından biri də “Deyişmə”dir. “Deyişmə” qədim dövrlərdən üzübəri Aşıq­lar arasında plansız olaraq, Məclislərdə Aşıqların öz iste­dadını sınamaq və yaymaq məqsədilə bir neçə Aşığın (ən azı iki nəfərin) saz çalmaqla şeirləşməsi və ya yarışmasıdır. Onu da qeyd edək ki, Poeziyada “Deyişmə” janrında yazılmış şeirlərə nadir hallarda təsadüf olunur...
“Elmira Mahalqızı ilə Azadə-Talehin deyişməsi”nə nəzər salaq.

Elmira Mahalqızı
Nə müddətdir Borçalıdan ayrıyam,
Qalmayıb canımda dözüm Azadə.
Bir şair nəfəsli söz soraqlıyam,
Odlanan ürəyim, gözüm Azadə.

Azadə-Taleh Abbasqızı
Bilirəm ki, Borçalıdan ayrısan,
Bir qəribsən, haraylısan, haylısan.
Şairəsən şeir, sənət paylısan,
Mən darda qoymaram səni, Elmira.

Elmira Mahalqızı
Borçalıdan “Borçalıya” gəlmişəm,
Bu ocağı duz-çörəkli bilmişəm.
Ağlamışam, qəmlənmişəm, gülmüşəm,
Sən olmusan mənə dayaq Azadə.

Azadə-Taleh Abbasqızı
Borçalı ocağı mənə əzizdir,
Hər kim Borçalısa safdır, təmizdir.
Bu sevgi qəlbimdə ümman, dənizdir,
Mən darda qoymaram səni, Elmira.

Elmira Mahalqızı
Uzaq idim öz elimdən-obamdan,
Təklənmişdim, həmdəm oldun o andan.
Sənə dayaq olsun Böyük Yaradan,
Məşhədi, Kəbleyi, Hacı Azadə.

Azadə-Taleh Abbasqızı
Allahı sevənlər mənim canımdır,
Şair nəfəslilər isti qanımdır.
İbadət ömrümün ən xoş anıdır,
Tutmuşam Allahın yolun, Elmira.

Elmira Mahalqızı
Yaxşı ki, dünyada yaxşılar varmış,
Sanıram bir şaham yanında sənin.
Yoxsa, yamanların qulu olardım,
Sənsən, gələcəyin yolu, Azadə!

Azadə-Taleh Abbasqızı
Əl tutmaq Əlidən qalıb deyirlər,
Dünyada yaxşılıq qalar deyirlər,
Sən zirvəyə qalx, mən də ordayam,
Bir bahar ömrümün gülü Elmira,
Şairin söz adlı dili Elmira.
(2003)
Müasir Azərbaycan şairləri arasında həyata baxışları, həyatı müşahidəetmə qabiliyyətinə, poetik mövzu və mündərəcə seç­məsinə görə, öz səsi və nəfəsi ilə fərqlənən şairələrimizdən biri də Azadə-Ta­leh Abbasqızıdır. Onun yaradıcılığının bir sa­həsini də it­ha­f­lar - müəyyən bir mövzuya həsr olunmuş şeir­lər (bu sa­hə­­də 20 şeir vardır) təşkil edir.
Bəs, ithaf nədir?
“İthaf” sözü ərəb dilində “hədiyyə, hədiyyə etmək, hədiyyə vermək” mənalarını bildirsə də, Azərbaycan-türk dilinə keçdik­dən sonra bu söz özünün ilkin leksik mənasından uzaqlaşmış və Azərbaycan-türk dilinin lüğət-tərki­bində nisbətən yeni-məna kəsb etmişdir. Yəni, “İthaf” sözü ümum­xalq ünsiyyət prosesin­də, cəmiyyət üzvləri arasında özü­nün həyata baxışları, mədə­niy­yə­tin və milli dəyərlərin, həmçi­nin, ictimai işlərdə, elmdə, elm-texnika­nın inkişaf etdirilməsi sahəsin­dəki fərqləndirici fəaliy­yətini, insani-etik keyfiyyətləri ilə geniş nüfuz və hörmət qa­zan­mış insanlara ayrı-ayrı fərdlərin bədii-poetik obrazını əks et­dirən poetik əsərlərdir... Bu janrda Azadə xanım öz qələmini sınaq­dan keçirmiş və əsasən, məqsədinə nail ol­­muşdur. Onun bu sahədə Akademik Kamal Talıbzadəyə, prof. C.Musta­fayevə, Knyaz Aslana, Giviyə, Hacı Qurbana, Ha­cı Mirnazimə, Oğlu Talehə, Narunc Xatuna, Səadət Butaya, Aşıq Əhməd Sa­dax­lıya, Aşıq Kamandara, Həyat yoldaşına və baş­qalarına poe­tik ithaflar həsr etmişdir... O cümlədən:

Akademik Kamal Talıbzadəyə:

Şair ocağının sönməz ulduzu,
Sarvanın əbədi vətəndaşısan.
Qədim Tiflisin yanar çırağı,
Kamal adlı, kamil Vətəndaşısan...

Alimlik zirvəndir bizə nur verən,
Xeyir-duan bizə düz yol göstərən.
Sadədən sadəsən, ucadan uca,
Azada-Talehin min söz payısan,
Kömək diləyənin hay harayısan.

Knyaz Aslana:

Qardaş dedim, harayıma hay verdin,
Mənim şeir çələngimə pay verdin.
“Borçalı”tək bir qəzetə pay verdin,
Sağlığında heykəlləşdin ay Knyaz...

Şair Giviyə:

İşlərimin sağ əli
Elə bəlli əməli.
Yaxşılıqdır təməli,
Mənim gürcü qardaşım.

Hacı Qurbana:

Vətənpərvərlik misallı,
Xeyiriyyəçilik timsallı.
Səndən razı çox zavallı,
Hacı Qurban, Hacı Qurban.

Oğlu Talehə:

Sən qırılmaz qanadımsan,
Əyilməyən inadımsan.
Taleyimin öz adısan,
Böyü, balaca rəssamım,
Ucadan uca rəssamım.

Babanın bal dənəsisən,
Nənələrin xanəsisən,
Ananın bir dənəsisən,
Böyü, balaca rəssamım,
Ucadan uca rəssamım.
Rəfiqələrinə:

...Bir zaman çörəyə yetirdiklərim,
“Yaxşılıq silləsi” vururlar mənə.
Zirvəyə aparan şöhrət yolunda,
Namərdlik torları qururlar mənə.

Narınc Xatuna:

Elimizin təmiz adı,
Sazımızın söz qanadı.
“Aşıq Pəri”nin ustadı,
Daim cavan Narınc Xatun.

Borçalıdan ucalmısan,
Azaflıdan güc almısan.
İnanma ki, qocalmısan,
Daim cavan Narınc Xatun...

Səadət Butaya:

Dağlara gəl, ay Buta,
Dağlar-səni gözləyir.
Bala dönüb meyvəsi,
Bağlar-səni gözləyir.

Zirvənin ağ cunasında,
El köçünün binəsində.
Başkeçidin sinəsində.
Dağlar-səni gözləyir...

***

Sonda onu da qeyd etməliyəm ki, şairənin poetik əsərlərinin əksəriyyəti nikbinlik-bədbinlik, inamlıq-inansızlıq, sədaqətlik-sədaqətsizlik notları üzərində köklənmişdir... Biz ümidvarıq ki, Borçalının həmişə alnı-açıq, gülərüzlü qızı Azadə xanımın poeziyası bundan sonra Borçalılara məxsus olan nikbinlik, qəhrəmanlıq, mübarizlik, inamlılıq, sadəqətlik notları üzərində köklənəcəkdir ki, Oxucu, elə ilk andan, şairəyə Eşq olsun! ifa­dəsi ilə Alqışlaya bilsin...
Borçalının həmişə alnıaçıq, gülərüzlü qızı Azadə xanıma bədii yaradıcılığında, jurnalistik-publisistik, həmçinin, həkimlik fəaliyyətində yeni-yeni Uğurlar Arzusu ilə!...

M.N.Çobanov,
filologiya elmləri
doktoru, professor.
23.XI.15
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azadə-Taleh ABBASQIZIna Başsağlığı

Azadə-Taleh ABBASQIZIna Başsağlığı

Nekroloqlar
Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

"Borçalı" Cəmiyyəti
Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Elmira MAHALQIZI (1965)

Elmira MAHALQIZI (1965)

Müsabiqə
Hacı Azadə Talehin 55 illik yubileyi Dərbənddə qeyd olunub

Hacı Azadə Talehin 55 illik yubileyi Dərbənddə qeyd olunub

Təbriklər

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
Tanınmış həkim-jurnalist, şair-publisist və ictimai xadim Azadə Taleh Abbas ...

Tanınmış həkim-jurnalist, şair-publisist və ictimai xadim Azadə Taleh Abbas ...

Gəncə, "SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Nekroloqlar
Yeni poetik toplu:

Yeni poetik toplu: "HƏKİMLƏRİN SÖZ DÜNYASI"

Səhiyyə, MEDİA
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı

"1001 Gecə" restoranında XalqTV-nin növbəti verilişi çəkilib

Mədəniyyət, Tv
KEÇMİŞƏ BOYLANIB,  GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

KEÇMİŞƏ BOYLANIB, GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

Darvaz
Xalq şairi  Nəriman Həsənzadə:

Xalq şairi Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası"

Ramiz Abdullayev
11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

QHT, Turan
Gənc müğənni İlahə Mələklə müsahibə

Gənc müğənni İlahə Mələklə müsahibə

Şou
Dərbənddə bir gün

Dərbənddə bir gün

Tv, Rusiya, Diaspora
Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Regionlar, Təbriklər
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

MEDİA, Şou

"Aşıq Pəri" məclisi, Narınc Xatun...

Folklor
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
MƏHƏBBƏT MÖVZUSU AYNUR QAFARLI YARADICILIĞININ İLAHƏSİ KİMİ

MƏHƏBBƏT MÖVZUSU AYNUR QAFARLI YARADICILIĞININ İLAHƏSİ KİMİ

Müsabiqə
Rəy yazın: