"ZİYA" İnformasiya Mərkəzi - turan.info.az "Gündəlik-Gürcüstan"-a istinadən xəbər verir ki, Məsələylə bağlı prokurorluqdan "Interpressnews" xəbər agentliyinə məlumat verilib və Temur Abazovun saxlanılması təsdiqlənib.
Qeyd edək ki, onun saxlanılmasının səbəbi Tbilisidə keçirilən aksiyada Bidzina İvanişvili və Temur Abazova qarşı qeyri-etik ifadələr işlədən şəxsə qarşı qrup şəklində qeyri-insani və alçaldıcı davranışlardır.
Həmin şəxsi üzünə sidik çəkməyə məcbur edərək videosunu çəkib internetdə paylaşılması bir neçə gündür aktual müzakirə mövzusuna çevrilib. Temur Abazovu prokurorluq cinayət məcəlləsinin 144-cü (üstü 3) maddənin ikinci hissəsinin "e" bəndiylə təqsirləndirir. Həmin qanun isə insanın bir qrup tərəfindən açlaldılmasını nəzərdə tutur. Qanuna əsasən təqsirləndirilən şəxsi cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlığdan məhrum edilmə cəzası gözləyir.
* * *
Kvemo Kartli prokurorluğunda prokuror Carci Ciklauri bir neçə dəqiqə öncə keçirdiyi brifinqdə qeyd edib ki, Temur Abazovu 5 ildən 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir. Bundan başqa Temur Abazovla birlikdə həmin hadisədə iştirak edən digər şəxslər, Ramin Allahverdiyev və E.Q. adlı şəxsi iki il azadlıqdan məhrum edilmə cəzası, parlamentin üzvü Azər Süleymanovu isə ilkin mərhələdə vəzifəsindən kənarlaşdırılma və daha sonra isə iki illik azadlıqdan məhrum edilmə cəzası gözləyir.
Qeyd edək ki, zərərçəkmiş şəxs aksiyada iştirak etdiyi gün axşam saatlarında "Vahid Milli Hərəkat" partiyasının Marneulidəki əsas nümayəndəsi Rəhim Əsgərov partiyanın ofisinə çağırıb. Ofisdə eyni zamanda parlamentin deputatı Azər Süleymanov, bələdiyyə şurasının və "Gürcü Arzusu" partiyasının üzvü Ramin Allahverdiyev və Temur Abazovun qohumu E.Q. olub. Həmin şəxslər zərər çəkmiş Elçin Allahveriyevi fiziki olaraq alçaldıblar.
turan.info.az
.