Marneulidən Turac İbrahimova turan.info.az-a bildirib ki, İnteraktiv xarakterli görüşdə 40 nəfər məktəb şagirdi və fəal gənc iştirak edib.
Tədbir prezentasiyadan, mövzu ilə əlaqədar vokrşopdan və qrupla işdən ibarət olub.
Tədbirin sonunda iştirakçılara treninqdən keçdiklərini təsdiqləyən sertifikatlar da təqdim olunub.
Qeyd edək ki, “Gənc Refleks” layihəsi “Gənc Qafqaz İttifaqı” və “Açıq Cəmiyyət Gürcüstan” fondunun dəstəyi ilə müxtəlif Munisipalitetlərdə həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd isə Gənclərin hüquq ilə əlaqədar problemlərinin araşdırılması, analizi və mövzunun sistematik çərçivəyə salınması, müvafiq reaksiya, problemin həlli yollarına gənclərin cəlb olunmasıdır.
turan.info.az
.