Planlaşdırılmış tədbirdə Marneuli Munisipalitetinin Meri Temur Abazov həyat yoldaşı və övladları ilə birlikdə iştirak edib.
Tolerantlıq həftəliyi çərçivəsində keçirilən tədbirə Marneuli Sakrebulosunun üzvü Amiran Qiorqadze və Gürcüstan Parlamentin Deputatı Ruslan Hacıyev ailəsi ilə birlikdə qatılıb. Kvemo Kartli Qubernatorunun müavini Zaur Darğallı və Özünüidarəetmənin əməkdaşları da tədbirdə yer alırıblar.
Görüş iştirakçıları Mədəniyyət Mərkəzinin həyətində, tolerantlıq prinsiplərinə hörmət əlaməti olaraq rəngli uçurtmalar da uçurublar. Uçurmalara tolerantlığa aid sözlər yerləşdirilibi.
Elə bu gün, Marneulinin ictimai kitabxanasının konfrans salonunda insan hüquqlarının tətbiqi və sülhə nail olmaq üçün tolerant olmağın əhəmiyyətindən bəhs edən treninq keçirilib.
Tədbirin sonunda, təqdimat iştirakçıları mövzu ilə əlaqədar poster də yaradıblar.
Qeyd etmək lazımdır ki, Kvemo Kartlidə Dövlər Müvəkkili-Qubernator Administrasiyasının təşəbbüsü və dəstəyi ilə bölgədə Beynəlxalq Tolerantlıq Həftəliyi çərçivəsində hər bir Munisipalitetdə tədbirlər təşkil olunur.
turan.info.az
.