ZİM.Az saytı Marneuli TV-nin müxbiri Aidə Veysəlovanın məlumatına əsasən xəbər verir ki, görə, hazırda Ceyhun Çovdarovun vəziyyəti yaxşıdır:
“C.Çoydarova baş çəkən Marneuli meri Temur Abazov bizə açıqlamasında GEO Hospitalda yatan C.Çoydarovun və V.Bayramovun özlərini ötən daha yaxşı hiss etdiklərini, C.Çoydarovun tezliklə palataya köçürüləcəyini bildirib.
Marneuli meri C.Çoydarovun qohumları ilə də görüşüb.”
Qeyd edək ki, Marneuli meri T.Abazov həmçinin Marneulinin yeni bələdiyyəsinə üzv seçilən Ceyhun Çoydarovu seçkilərdə qələbə qazandığı üçün təbrik edib.
C.Çoydarovun qohumlarının ZİM.Az saytının müxbirinə verdiyi məlumata görə, o, sabah palataya köçürüləcək.
Nizami MƏMMƏDZADƏ,
turan.info.az
.