Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu idi

Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu idi Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar parlaq şəxsiyyət, əsl ziyalı, xalqına vicdanla və ləyaqətlə xidmət etmiş Ayvaz Həsənovun xatirəsini ehtiramla anırlar.

Gürcüstanın dövlət və partiya xadimi, Ali Sovetin deputatı olmuş, dəfələrlə bu dövlətin ali mükafatlarına layiq görülən, bu ölkənin kənd təsərrüfatı nazirinin müavini işləmiş Ayvaz Dursun oğlu Həsənov 1929-cu il mayın 2-də Marneuli rayonunun Meçidli Gorarxı kəndində anadan olub. Onun ömür salnaməsi bütün Gürcüstanı əhatə edib.

Ali təhsil aldıqdan sonra əmək fəaliyyətinə Qullar kəndindəki atçılıq sovxozunda müdir kimi başlayan Ayvaz Həsənov o vaxtlar heç kimin düşünmədiyi, ağlına belə gətirmədiyi bir iş görür. Sovxozda Azərbaycanın cins atlarının yetişdirilməsi məsələsini qaldırır. Yerli Azərbaycan atlarının qədim cinslərindən biri olan və o zamanlarda “Qazax” atı kimi tanınan Dilbaz atlarını tanıtmağa və yetişdirməyə nail olur. Bu nailiyyəti onu tez bir zamanda təkcə rayon ictimaiyyətinə deyil, bütün respublikada və qonşu Azərbaycanda da tanıdır.

O, 1958-ci ildən 1975-ci ilədək Qarayazı, Qaçağan, Marneuli, Alget kimi böyük təsərrüfatlara rəhbərlik edib, ən geridə qalmış təsərrüfatları qabaqcıllar sırasına çıxarıb. Hətta ovaxtkı Gürcüstan rəhbərliyi deyirmiş: “Onu geridə qalmış təsərrüfatlara rəhbər göndərin, o təsərrüfatları yalnız Ayvaz Həsənov düzəldə bilər”.

Qazandığı uğurlar, yüksək idarəçilik qabiliyyəti, gərgin əməyi diqqətdən kənarda qalmayan Ayvaz Həsənov 1975-ci ildə Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunur. Bacarıqlı mütəxəssis, kənd təsərrüfatının bütün sahələrini gözəl bilən Ayvaz Həsənov bu vəzifədə çalışarkən bir sıra uğurlar qazanır. Onun mahir siyasətçi, el ağsaqqalı olduğu özünü 1989-cu ildə bir daha göstərir. Antiazərbaycan qüvvələrin fəaliyyəti nəticəsində vəzifəsindən uzaqlaşdırılsa da, elə həmin hökumət 1989-cu ilin qorxulu, təhlükəli dövründə onu yenidən Marneulu rayonuna İcraiyyə Komitəsinin sədri təyin edir. Bu vəzifədə çalışarkən Ayvaz Həsənov təkcə Marneulidə deyil, bütöv Borçalı bölgəsində yaşayan soydaşlarımızı təqib və təzyiqlərdən qoruyur. Bununla da əsl xalq atası adını alır.

Ayvaz Həsənovu Azərbaycanda da yaxşı tanıyırdılar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin onunla yaxşı münasibətləri olub. Ümummilli Lider Ayvaz Həsənovu gürcüstandakı azərbaycanlıların ağsaqqalı adlandırırdı.

Ali Sovetin deputatı olduğu müddətdə də Ayvaz Həsənov xalqı üçün əlindən gələni əsirgəməyib. Daim soydaşlarımızın qayğıları ilə maraqlanıb, müəyyən tövsiyələr, məsləhətlər verib, kömək göstərib. Onun yaxından köməyi ilə Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc xaricdə təhsil alıb. İndi həmin gənclər Rusiyada, Ukraynada, Belarusda və digər ölkələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Tanınmış dövlət və hökumət xadimləri vaxtilə onun haqqında xoş sözlər söyləyiblər. Məsələn, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze deyib: “Ayvaz Həsənov çox prinsipial insan idi. Onu fikrindən döndərmək çox çətin idi. O, çox işgüzar, ağıllı, düşüncəli, təşəbbüskar insan, gözəl təsərrüfatçı idi. Belə şəxsiyyətlər tez-tez yetişmir”.

Gürcüstan Kommunist Partiyasının keçmiş birinci katibi Cumber Patiaşvili isə belə deyirdi: “O, işini dərindən bilən, yenilikçi insan idi. Onun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının qardaşlıq və dostluq etalonu idi”.

Ayvaz Həsənov 1990-cı ildə vəfat etsə də, əziz xatirəsi bu gün də gürcü və Azərbaycan xalqlarının qəlbində yaşayır. Övladları Dursun və Ramiz Həsənovlar atalarının yolunu layiqincə davam etdirirlər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahi ...

Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahi ...

Rəsmi Xəbərlər, Gürcüstan, Tiflis, Təbriklər, Diaspora
Həyatını xalqına həsr etmiş dahi - AYVAZ HƏSƏNOV

Həyatını xalqına həsr etmiş dahi - AYVAZ HƏSƏNOV

UNUTSAQ, UNUDULARIQ!....
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalı, Nekroloqlar
“SOCAR-Georgia Gas” şirkətinin azərbaycanlı direktor müavini

“SOCAR-Georgia Gas” şirkətinin azərbaycanlı direktor müavini

Borçalı
Təbrik edirik, hörmətli Dursun müəllim!..

Təbrik edirik, hörmətli Dursun müəllim!..

Gürcüstan, Tiflis, Borçalı, Təbriklər, Diaspora
Gürcüstanda 20 Yanvar şəhidinin ailəsinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidinin ailəsinə yardım edilib

ŞƏHİDLƏRİMİZ, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Marneuliyə səfər edib

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Marneuliyə səfər edib

Borçalı
Bolnisi rayonunda 20 Yanvar faciəsi anılıb

Bolnisi rayonunda 20 Yanvar faciəsi anılıb

Gürcüstan, Bolus, Diaspora
Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis
Məşhurların övladları: HƏSƏN HƏSƏNOVun alim oğlu - ZAUR HƏSƏNOV

Məşhurların övladları: HƏSƏN HƏSƏNOVun alim oğlu - ZAUR HƏSƏNOV

İctimai elmlər, Tarix, Avropa
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Marneulinin rəhbər şəxsləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli ...

Marneulinin rəhbər şəxsləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli ...

Tiflis, Rustavi, Borçalı
Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anı ...

Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anı ...

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Borçalı
Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Tiflis, Diaspora
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan, Tiflis, Diaspora
Gürcüstan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan, Tiflis, Diaspora
Rəy yazın: