gənc yazar
Atif Abbasovun
“Qaranlıqdan aydınlığa”
adlı ilk kitabının
təqdimatı keçirilib.
turan.info.az-ın Marneulidəki müxbiri Amil Məmmədov bildirib ki, təqdimatda
Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernatoru
Paata Xizanişvili,
Marneuli rayonunun
icra başçısı
Merab Topçişvili,
Gürcüstanın parlamentinin
deputatları Ruslan Hacıyev
və Tamaz Naveriani, ictimai təşkilatlar nümayəndələri, yazarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəllif romanın yaranma tarixinə toxundu, o qeyd etdiki, əsas məqsədi dünyada baş verən ədalətsizliklərə, müharibələrə və haqsızlıqlara üsyan olaraq bu romanı ərsəyə gətirib.
Tədbirdə çıxış edən qonaqlar kitabın gürcü dilinədə tərcüməsinin zəruri olmasını vurğulayıblar.
Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, ilin ilk tədbirinin bir gəncin ədəbi uğuruna həsr olunması üçün sevindiyini deyərək, bu ili ədəbiyyat ili kimi görmək istədiyini vurğulayıb. O söz verib ki, gənclərin bu cür təşəbbüslərini hər zaman dəstəkləyəcəkdir.
Marneuli rayonunun icra başçısı Merab Topçişvili isə çıxışında qeyd edib ki, gənclərin ədəbi məclislərinin, təşəbbüslərinin icrası üçün şəhərdə yeni açılacaq kitabxanın rolu mühüm olacaqdır. O, gənclərin bu tipli təşəbbüslərlə çıxışlarını dəstəkləyib.
Qeyd edək ki, bu roman müəllifin ilk kitabıdır.
Biz də gənc yazar Atif Abbasovu ilk kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
“turan.info.az”
.