Məktəbin ilk direktoru qoca babam Əmirxan Əliyev olubdur. Ömrünün önəmli hissəsini məktəbə hərs edibdir. Hətta şagirdləri nəzarət altında saxlayıb onların təhlükəsizliyindən əmin olmaq üçün ailəsi ilə birlikdə uzun illər məktəbin yataqxanasında qalmağı qərar verib. Bu gün tədbirdə qoca babamın direktor olduğu dövrdə onunla birgə çalışan müəllimlər, şagirdlər iştirak edərək onun haqqında xoş xatirələri mənimlə paylaşdılar. Onun sahəsində məktəbin inkişafından, həmin dövrdə məktəbin nizam-intizamından və şagirdlərə qarşı olan davranışından danışdılar.
Mənə onun haqqında danışmaq üçün və onu təmsil etmək üçün söz verdilər. İnanın ki, həyatımda bu qədər həyacanlı olmamışdım. Mənim üçün bu çıxış bu günədək etdiyim çıxışların hamısından önəmli və həyacanlı idi, çünki mən hər zaman ona bənzəmək istəmişəm, onun adını uca tutub yaddaşlarda saxlamaq istəmişəm. Həyatda olsa mənimlə fəxr edərdi deyə düşünürəm, mənim uğurlarıma ən çox o sevinərdi. Sənsiz çox darıxıram dədə. Keşkə həyatda olsaydın, sənin məsləhətlərinə o qədər çox etiyacım var ki, hər səni tanıyan insan sənin haqqında danışanda həvəslə diqqətlə izləyib dinləyirəm, səni axtarıram hər yerdə dədəm. Məktəb tarixində məktəbdə çalışan müəllimlərin əksəriyyəti nəslimin nümayəndələri olub, mamalarım, nənəm hamısı bu məktəbə can verib. O üzdən bu məktəb mənim üçün doğmadır.
Bu gün sənin sayəndə mənə göstərilən diqqət və qayğıya görə məktəbin direktoru Gülnara xanım Darğallı başda olmaqla, Elmira Yusubovaya və bütün məktəb kollektivinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sağolun ki, varsınız.