dəstəyi ilə nəşr olunan
"Haqqa sarı" kitabının
təqdimatı keçirilib.
Tədbirdə GMİ-nin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Yasin Əliyev, kitabın tərtibçisi, yazıçı Əli Abbas, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəsi Hacı Davud Qəşəmli, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, kitabın redaktoru Nizami Məmmədzadə, Axund Mirağa Mustafayev, "Ümid" qəzetinin redaktoru Əlixan Yəhyaoğlu, şairlərdən Fatma Aslan, Əflatun Keşəli, Qurban Əzizli və digər din xadimləri, ziyalılar çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.
Qeyd edək ki, 5 bölmədən ibarət kitabda dini şeir və qəzəllər,
hekayələr və şəhidlərə həsr olunan
"Şəhid qanı yerdə qalmaz" adlı
dram əsəri çap olunub.
Kitabda həmçinin görkəmli aşıqların,
o cümlədən Aşıq Ələsgərin, Aşıq Şenliyin, Axısqalı Xəstə Hasanın müxəmməsləri, qıfılbənd, deyişmə, gəraylı, təcnis və divaniləri, həmçinin Şəhriyarın və Zəlimxan Yaqubun dini şeirləri, İsgəndər Ağbabalının və Borçalı aşıqlarından Aşıq Nurəddin Qasımlının, Aşıq Məhəmməd Sadaxlının qoşmaları dərc olunub.
Kitabın "El şairləri" bölməsinə məşhur Borçalı şairi olan Nəbi Faxralının, Şair Ağacanın, Güllər Pərinin, Həsən Məcruhun, Əli Faxralının, Abbasquli Eləbağlının, Sədi bəy Arif Mustafazadənin, Təhləli Novruzun və başqa şairlərin şeirləri daxil edilib.
Tədbirdə İran, Türkiyə və Azərbaycan səfirliklərinin nümayəndələri, həmçinin Tiflis, Qardabani, Rustavi, Marneuli, Dmanisi və Bolnisidən gələn din xadimləri, şair və yazıçılar iştirak ediblər.
Tədbirin sonunda gənc Aşıq Məsim dini mahnılar səsləndirib.
APA-nın Gürcüstan bürosunun rəhbəri Nizami Məmmədzadənin məlumatına görə,
"Haqqa sarı" kitabı İslam dininə həsr edilib və Gürcüstan Müsəlmanları İdarəsinin nəşr etdiyi ilk kitabdır.
GMİ-nin sədri Hacı Ramin İgidov APA-ya açıqlamasında belə məzmunlu dini kitabların nəşrinin davam etdiriləcəyini bildirib.