təşkil olunub.
Marneuli Bələdiyyəsinin
məsul işçisi
Turac İbrahimova
turan.info.az-a bildirib ki, görüşdə Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili, müavinləri, Marneuli Bələdiyyəsinin rəhbər şəxsləri və Marneulinin təhsil ehtiyat mərkəzinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Özünüidarəetmənin rəhbər şəxsləri dəvət etdikləri gənclərə müraciət edərək, onları həyatlarının yeni mərhələsinə keçmələri münasibəti ilə təbrik ediblər və uğurlu tələbəlik illəri keçirmələrini azrulayıblar.
Görüşdə Marneulidə sona çatmış, eləcə də davam edən və planlaşdırılan layihələr haqqında təqdimatlar da təşkil olunub.
Görüşün ikinci hissəsi sual-cavab qaydasında keçib.
Tələbələr onları maraqlandıran sualları yerli hakimiyyət nümayəndələrinə ünvanlayıb və ətraflı cavab alıblar.
Eyni zamanda, tələbələr aktual mövzulardan söz açaraq öz fikirlərini bölüşüblər və bələdiyyənin inkşaf planını müzakirə ediblər.
Qeyd etmək lazımdır ki, bu il Marneuli Bələdiyyəsindən 300-dək tələbə ali təhsil ocağına qəbul olub.