D E Y İ R
Altımış yaşın da öz gözəlliyi-
İnsan müdrükləşir, buna az deyir
Görüb, götürdüyü əlindən tutur,
Dindirəndə söz cavabın saz deyir.
Ağrılı ürəklə dayandım, durdum
Xırda çırpılardan bir ocaq qurdum
Sənin qucağında ay ana yurdum
Allaha ibadət yaşa, yaz deyir.
Şükürlər olsun ki, nəvə də gördüm
Al-əlvan güllərdən telinə hördüm
Dünyanın işini mən ondan sordum
Gördüm uşaq qızıl kimi söz deyir.
Biz də fürsətdən istifadə edərək
turan.info.az -ın bütün yaradıcı heyəti adından
el ağsaqqalı Bayram Qaralovu
həm anadan olmasının
60 illik Yubileyi
və həm də BABA olması
münasibəti ilə
ürəkdən və səmimi qəlbdən təbrik edirik!..
Ona uzun ömür, möhkəm cansağlığı,
çoxlu-çoxlu nəvə-nəticələr,
şəxsi həyatında və bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!...
Dərin hörmətlə,
Müşfiq BORÇALI.