Mirağa Qasım oğlu Mustafayev - 1954-cü ildə
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Marneuli rayonundakı Yuxarı Saral kəndində anadan olub.
Orta təhsilini Aşağı Saral orta məktəbində alıb.
1970-ci ildə orta məktəbi bitirdikdən sonra
Azərbaycana gedərək, Gəncə şəhərindəki ali məktəbə -
H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun
(indiki Gəncə Dövlət Universitetinin) riyaziyyat fakultəsinə
daxil olub. 1974-cü ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirib
və elə həmin ildə də doğma kəndinə qayıdaraq, Yuxarı Saral
kənd məktəbində müəllim kimi ilk əmək fəaliyyətinə başlayıb.
Mirağa müəllim 1996-cı ildə Qoqebaşvili adına
Gürcüstan Pedaqoji Cəmiyyətinə üzv də seçilib.
O, 1998-2002-ci illərdə iki çağırış Şülaver kənd məclisinin
idarə heyətinin deputatı olub.
Onu da qey edək ki, Mirağa Mustafayev həm də dini təhsillidir. O, ərəb və fars dillərində sərbəst yazıb, oxuyur.
Mirağa Qasımoğlu həm də bədii yaradıcılıqla məşqul olur. O, səkkiz kitab müəllifidir.
Mirağa Qasımoğlunun “Haqqın yolunda”, “Haqqın yolu” adlı dini hədislər kitabları ilə yanaşı
“Boynu bükük bənövşə”, “Unuda bilsəm”, “Ömür dedikləri bir karvan yolu”, “Son beşik” və s.
adlı bədii hekayələr və şeirlər kitabları da oxucular tətəfindən böyük maraqla qarşılanmıdır.
Mirağa Mustafayev Azərbaycanda, eləcə də Türkiyədə, İranın Təbriz şəhərində keçirilən
bir çox beynəlxalq konfranslarda da iştirak etmişdir.
Dəyərli ziyalımızın yaşadığı kənddə qazandığı böyük hörmət və nüfuzu nəzərə alınaraq onu
Yuxarı Saral kəndində Ağsaqqallar Şurasına sədr də seçiblər.
Mirağa Qasımoğlu həm də 3 ildir ki, fəaliyyət göstərən Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının Marneuli rayonu üzrə rəhbəridir. O, təşkilatın həyata keçirdiyi regional layihələrdə olduqca fəal iştirak edir, eləcə də, tədrisimizin, gənc nəslin təlim-tərbiyəsi işlərində yüksək aktivlik göstərir. Ona görə də Mirağa müəllimin xidmətləri nəzərə alınaraq, ittifaq tərəfindən Fəxri Fərman və Təşəkkürnümələrlə də təltif edilmişdir.
Mirağa müəllim həm də gözəl ailə başçısı, qayğıkeş ata və mehriban babadır. Onun 3 övladı və 6 nəvəsi var.
Bu günlərdə Mirağa Mustafayevin pedaqoji fəaliyyətinin 45, anadan olmasının isə 65 ili tamam olur.
Bu münasibətlə Mirağa müəllimi, şəxsən öz adımdan, eləcə də rəhbərlik etdiyim təşkilatın
idarə heyəti adından təbrik edirik!.. Ona can sağlığı və müqəddəs peşəsində
yeni-yeni uğurlar arzulayırıq!..
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri
REDAKSİYADAN:
Biz də "ZİYA" qəzetinin
və "turan.info.az" saytının bütün
yaradıcı heyəti adından
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri
Səadət Zeynalqızının bu səmimi təbrikinə qoşuluruq.
Dəyərli soydaşımız
Mirağa Mustafayevi
pedaqoji fəaliyyətinin 45 illik
və anadan olmasının isə
65 illik yubileyi münasibətilə
ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
Taleyimin yazıldığı gun!..
Dünyadan vaxtsız köçmüş əzizim Kərəmin xatirəsinə
ALLAH-Tala insanları yaradanda onun taleyini də bəxtini də özü ilə bərabər yazırmış. Bəxti də taleyi də ilahi özü yazır,özü dəyişir. Böyük yaradan yaratdığı hər bir insana sayılı ömür bəxş edib. Heç kəs bu əmrdən xənara çıxa biməz.Əvvəllər alın yazısı dediyimiz bu sözlərin fərqinə varmazdım.Sonralar inandım ki,bu deyilənlər doğru imiş. Bəzən həyatda elə hadisələr olur ki, sən istəsəndə istəməsəndə bu baş verir. Tabe olub səbr etməkdən başqa çarəmiz qalmır. Allahın bizə verdiyi bu ömür payı çox qısa imiş sən demə...
Kərəmin ölümündən sonra sənsizliyə qapılaraq öz taleyimizi,həyatın bizə bəxş etdiyi alın yazmızı yaşayır...bu çətinliyə dözürük.
Onunla gənclik illərində tanış olmuşdum.Universitetdə bir qrupda oxuyurduq.Uca boy,qara-qaş,qara-göz bir oğlan idi.Şux qaməti vardı. Yerişi, duruşu gözəl idi. Nəzakətli bir davarnış tərzi var idi. Günlər keçdikcə hiss edirdim ki,mən ona biganə deyiləm.Onunla ilk tanışlığımızdan öyrəndim ki Qərbi Azərbaycanın Zəngibasar bölgəsindəndi. O dağların havası.suyu kimi təmiz,saf,incə bir qəlbi vardı.O gündən sonra dərslərə,tədbirlərə Onunla birgə gedərdik.Bəzən kinoya, teatra, gəzintiyə çıxardıq. Günlər keçdi.beləcə könül verdik bir-brimizə. Məktəbi qurtaranda ailə qurduq onunla.Valideyinlərmizin məsləhəti ilə Gəncə şəhərində yaşamalı olduq. Ailə həyatımız şən keçdi. Üç övladımız oldu. iki qız, bir oğlan Günlərmiz bir-birindən gözəl keçirdi.Aramızda söz-sohbət olmasada bəzən hiss edirdim ki,nəyinsə xiffətini eləyir. Nəyisə məndən gizlədir. Düşündüm ki,yəqin bir gün özü açıb söyləyər. Amma günlər keçsədə heç nə söyləmirdi. Axır bir gün dilə gəlib soruşdum:
- Kərəm,qadan alım! Bir şeymi var.Sənə nə olub.Nədən belə qayğılı görünursən!
- Yox bir şey. Sən canını sıxma. Yadıma bizim tərəflər, Göyçənin dağları düşüb. Atam-Anam düşüb. Onlar üçün darıxmışam. Doğmalarımın bir qisimi orda, bir qismi Borçalıda,məndə burda...
...Sonra məlum olaylar başladı.Qərbi Azərbaycanda yaşayan soydaşlarmız doğma yurdlardan zorlaqovuldular.başqaları kimi Onun valideyinləri də köçürüldü. Bu baş verən hadisələrdən sonra tez-tez əsəbləşirdi.
- Artıq dözə bilmirəm,bu qisası onlarda qoymayacağam! - deyərdi.
Ertəsi gün könüllü olaraq cəbhəyə yola düşdü.
Çox yalvardım,çox ağladım,faydası olmadı. Ağ dərə bölgəsində döyüşdü.Ehtiyatda olan zabit idi. Tez-tez zəng vurudu.Həmən döyüşdə yaralanıb qayıtdı.Bir müddət sonra onun xahişi ilə valideynlərinə yaxın olaq deyə Mərdəkan qəsəbəsinə köçdük.Orda yaşamalı olduq.Artıq qızlar böyüyüb gəlin köçmüşdülər. Tez-tez bizə baş çəkirdilər. Vaxtını nəvələri ilə keçrirdi.Onları dəniz kənarına aparmağı çox sevirdi.O,Burda da dərdlərini unda bilmədi.Dünyalar qədər sevdiyi atası avtomobil qəzasının qurbanı oldu.Yeganə bacısı xəstəlikdən dünyasını dəyişdi.Onların ayrılığına dözə bilmirdi. Ağrıları getdikcə coxalırdı.Yuxusuzluq onun haldan salırdı.Son günlər yataq xəstəsi olmuşdu.Həkimlərin də köməyi dəymirdi.Bütün bu ağrı-acıları O,içindəcəkirdi. Bir dəfə də olsun dərdindən şikayət etməzdi.Həmin gün tezdən oyanmışdı.Əkdiyi ağaclara,güllərə tamaşa edirdi.Birlikdə səhər yeməyi yedik.Məni işə hər səhər O,Ötürərdi.Bugün ilk dəfə olaraq qoluma girib darvazaya qədər mənimlə addımladı.Hiss edirdim ki,məni ləngidir.Sözlü admlar kimi nə isə deməkistəyirdi...Mənimlə görüşüb üzümə qəribə bir nəzər saldı.Dayanacağa tərəf addımladım.Dayanacağa çatanda arxaya çevrildim. Durduğu yerdən tərpənməmişdi. Arxamca baxırdı. Sən demə bu bizim son görüşümüz imiş...
İş yerinə yenicə çatmışdım.Telefon zəng çaldı.Onun nömrəsi idi.
- Alo!-deyə səsləndim,cavab gəlmədi... Qısa bir fasilədən sonra iknci zəng çalındı. Telefonu açdım,oğlum idi.
- Atamın halı pisləşdi,tez gəl!-deyə ağladı...
Evə qədər yolu necə gəldim bilmirəm.İçəri keçəndə dəhşətə gəldim.Kərəm çarpayıda uzanmışdı.Həkim də yanında idi.Ətrafında uşaqlarım dayanmışdı.Məni görcək dikəlmək istədi,bacarmadı.Ağlamaq,göz yaşları məni boğurdu.O,bir əli ilə məndən bir əli ilə oğlumdan yapışdı.Sözümü kəsmə-deyib qırıq-qırıq kəlmələrlə danışmağa başladı.
Mənə hallalıqverin.Bilirəm öləcəyəm.Ölüm Allah işidi.Ölməkdən qorxmuram.Həyat çox şirindi.Yaşamaq istəyirəm...İndi isə sizdən,eldən-obadan,qohum-qardaşdan ayrılıram.Oğuldan-qızdan,Vəfalı yardan ayrılıram.Məndən sonra sizə çətin olacaq,bilirəm.Qızların xətrinə dəyməyin.Durnalara bənzəyir qızlar.Durnaların iki vətəni var. Qızların iki yurdu,iki evi var.Ata evi və ər evi.Orda olanda bizim üçün darıxır.Burda olanda ər evi üçün tələsir. Məni unutmayın. Unudulmaq böyük dərddir. Siz hərdən qəbrim üstə ziyarətə gələrsiz.Mənimlə danışarsız.Mən sizi eşidəcəyəm.Ruhum sizinlədir...
Yadındamı?! Son günlər Əli Abbasın yazdığı bir şeri tez-tez sənə oxuyardım.
Bu gündən O şeri qəbrim üstə gələndə məzar daşındakı şəklimə baxıb sən mənim üçün oxuyarsan!...
Bir budaqda iki qoşa gül idik,
İki can,bir ürək,bir könül idik.
Tale yollarında tapışmaq üçün,
İsak-musaq idik Ana dil idik.
Həyatın dolanbac yollarında biz,
Çətinmi,asanmı deyə bilmərəm-
Axtarıb tapmışdıq bir-birimizi,
Allahım,nə üçün ayırdın bizi?.
***
Gülü xəzan vurmuş bir bülbüləm mən,
Bülbülü perikmiş qızılgüləm mən.
Tale elə oyun oynadı mənlə,
Çətinki, danışam,bir də güləm mən...
Neçə ömür ötsə qərinə keçsə
Çətinki, unudaq bir-birmizi -
Allahım, nə üçün ayırdın bizi!?
***
Mənim taleyimin kamiliyinə bax,
Doğulduğum il də nəhsə düşübdü!
Özümə bir ömür yoldaşı seçdim,
Ounun da körpüsü kəsə düşübdü...
Salmışam əlimdən, qırılıb,
Tale güzgüsünün ağ sifətinə -
Ləkəmi, kölgəmi, nəsə düşübdü?
Əzrayıl aparır yaxşı canları,
Elə bil mənimlə bəhsə düşübdü!...
Ayların, illərin o tərəfdə -
Mənimlə yaşayan gül nəfəsini -
Unuda bilmirəm gülüş səsini -
Axtarır, axtarır səslər içində
Qulağım elə bil səsə düşübdü!!!
***
Atım ölüb, yollar çətin ölüb yaş -
Çox ağırdır, əyağıma dəyən daş!
Hava zülmət, gözlərimə çən çöküb!
O vaxt mən də, öləydim kaş, mən də kaş.
Neçə ildi isti nəfəs bilmirəm!
Niyə belə?
Vallah bilə bilmirəm!
Zəhər olub qabağımda xörək-aş!
***
Yada düşən hər söz onun andırır…
Sevinc məndən uzaq qaçır,yan durur!
Atəş olub ürəyimi yandırır,
Gözlərimdən ürəyimə axan yaş!!!
***
İtirmişəm neçə vaxtdı,
Hamıdan çox qara baxtdı bir insan…
İtirmişəm taleyimin, qismətimin, ismətimin
Tacı olan bir insan…
İtirmişəm həyatımın ulduzunu…
İtirmişəm damağımın həm dadını,
Həm duzunu…
turan.info.az
.