Marneulidə yeni park salınacaq

Marneulidə yeni park salınacaq turan.info.az-ın Gürcüstandakı xüsusi müxbiri
Turac İbrahimova
bildirir ki, Marneuli Bələdiyyəsinin Özünüidarəetməsinin təşəbbüsü ilə Marneuli şəhərində, Rustaveli küçəsi №71/73-də yerləşən kitabxananın yerləşdiyi ərazidə yeni park salınacaq.

Yerli Özünüidarəetmə, bələdiyyədə parkın salınması qərarına şəhərdə istirahət və gənclər üçün əyləncə məkanının olmadığına görə gəlib.

Parkın abadlaşdırılması məqsədi ilə, İcra Hakimiyyəti artıq layihə işləyib hazırlayıb.
Yaxın gələcək də layihə əsasında işə başlanılacaq.

Əvvəlcə ərazi yaşıl otlar və kollar ilə örtüləcək. Həmçinin yeraltı suvarma sistemidə nəzərdə tutulub.
Skamlara gəldikdə isə parkda skamlar isə elə yerlər ayrılıb ki, orada izollaşmış və oxucular üçün rahat mühit yaransın.

Qeyd olunan layihə ərazisində eyni zamanda kiçik ölçüdə bir mərtəbəli kafenin inşaası planlaşdırılır. Kafedə yalnız hazır məhsul və spirtsiz içkilər satışa qoyulacaq. Buda parkda dincələnlər üçün daha yaxşı şərait yaradacaq.

Ən yaxşı xəbər isə sürücülər üçündür kitabxananın arxasında asfalt-betondan hazırlanmış avtodayanacağın inşaa olunmasıdır.

Bundan əlavə park ərazisində bayış işıqlarıda quraşdırılacaq.
Zibil qutuları yerləşdiriləcək, “İçəmi su göbələkləri” quraşdırılacaq, ərazidə mövcud ictimai tualet yenidən qurulacaq.

Yeni istirahət mərkəzi Marneulinin sosial və iqtisadi funksiyalarını gücləndirməyə dəstək olacaq.

Böyükmiqyaslı müassir tipli infrastruktur layihənin həyata keçirilməsi üçün yerli büdcədən 280 000 lari ayrılıb.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: