APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayon icra hakimiyyətindən verilən xəbərdə bildirilib ki, uşaq bağçasının binası Polşa və Yaponiyanın maliyyə dəstəyi ilə bərpa olunub və müasir standartlara cavab verir.
Tikinti işləri Marneuli rayon icra hakimiyyətinin nəzarəti ilə icra olunub. 90 yerlik olan bağçada uşaqlar üçün istənilən şərait yaradılıb. Bağça müasir inventarlarla, idman qurğuları ilə təchiz edilib, həyət yaşıllıqla və ağaclarla əhatə olunub. Uşaq bağçası yerli icra hakimiyyətinin büdcədən ayırdığı maliyyə ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, bağçanın yenidən təmiri və bərpa olunması layihəsi "Demokratik Qadın Cəmiyyəti"-nin təşəbbüs ilə həyata keçirilib.
Marneuli. Nizami Məmmədzadə-APA.