Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb istifadəyə verilib

Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb istifadəyə verilib Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb istifadəyə verilib 04.03.2016

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Lecbəddin kəndində SOCAR-ın maliyyə yardımı ilə yenidən qurulan orta məktəbin açılışı olub.

Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın elm və təhsil naziri Tamar Sanikidze, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xzinaşvili, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, parlamentin deputatı Mahir Dərziyev, səfir Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyinin xeyriyyə layihəsi çərçivəsində azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Lecbəddin kəndindəki orta məktəbdə tikinti-yenidənqurma işlərinə 2015-ci il iyulun 10-da başlayıb.

İkimərtəbəli məktəbin təmirə qədər ümumi sahəsi 720 kvadratmetr olub. Yenidənqurma işlərindən sonra bu təhsil ocağının sahəsi 960 kvadratmetr olub. Məktəbdə 19 sinif otağı, kitabxana, müəllimlər otağı, yeməkxana, kabinet və informatika otağı var. Burada 130 şagird təhsil alır.

Müasir istilik sistemi ilə təmin olunmuş məktəbin həyəti də yenidən qurulub, idman meydançası salınıb, kənddə yaşamış Böyük Vətən müharibəsi veteranlarının və Qarabağ müharibəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun xatirəsinə ucaldılmış abidə də bərpa olunub.

Rövnəq Abdullayev deyib ki, Azərbaycan Prezidenti Gürcüstana səfəri zamanı bu ölkədə azərbaycanlıların təhsil aldıqları məktəblərin hamısının təmir olunacağını bildirib. Bu məktəbin binası da məhz Azərbaycan dövlətinin tapşırığına əsasən SOCAR tərəfindən təmir olunub. Azərbaycanlıların təhsil aldıqları digər məktəblər də təmir olunacaq.

Nazir Tamar Sanikidze göstərilən diqqət və qayğını yüksək qiymətləndirib və Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Deputat Mahir Dərziyev və digər çıxış edənlər Azərbaycanın çətin günlərdə Gürcüstana daim yardım etdiyini söyləyib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstandakı soydaşlarımıza 8 traktor h ...

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstandakı soydaşlarımıza 8 traktor h ...

Gürcüstan, Borçalı
Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub

Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub

Qaraçöp
“SOCAR-Georgia Gas” şirkətinin azərbaycanlı direktor müavini

“SOCAR-Georgia Gas” şirkətinin azərbaycanlı direktor müavini

Borçalı
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Mədəniyyət, Tiflis
Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Tiflis, Borçalı
Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Borçalı, Diaspora
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan, Borçalı
Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Borçalı
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus
Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, Bolus, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolus
Marneulidə yeni uşaq bağçası açılıb

Marneulidə yeni uşaq bağçası açılıb

Borçalı
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub,  ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub, ...

Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Qarayazı, Diaspora
Deputat:

Deputat: "Gürcüstanın ali təhsil ocaqlarında 2000-dən artıq azərbaycanlı t ...

Borçalı
BORÇALIDA YENİ UŞAQ BAĞÇASI İSTİFADƏYƏ VERİLİB

BORÇALIDA YENİ UŞAQ BAĞÇASI İSTİFADƏYƏ VERİLİB

Borçalı
MARNEULİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

MARNEULİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

Borçalı, QHT
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Bolus
Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərb ...

Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərb ...

Tiflis, İqtisadiyyat
Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

MEDİA, Gürcüstan
Rəy yazın: