Abbas Abdulla: Borçalı elləri haqqında

Abbas Abdulla: Borçalı elləri haqqındaQədim Borçalı mahalında,
Bolus (indiki Bolnisi) rayonundakı
Kəpənəkçi kəndində doğulub böyümüş
şair, tərcüməçi Abbas Abdulla
Borçalı elləri haqqında


Qədim Borçalı


“Borçalı böyük bir mahaldır və üç yerə ayrılır. Aran Borçalı, Bağ Borçalı, Dağ Borçalı. Aran Borçalı Sınıq Körpüdən başlayıb Bala Muğanlı kəndində qurtarır. Bala Muğanlıdan Bağ Borçalı başlayır, Dmanisdə qurtarır. Dmanisdən də Dağ Borçalı başlayır, Türkiyə sərhədlərinə qədər davam edir. Bu saat Borçalının bir hissəsi Ermənistandadır, bir hissəsi də Gürcüstanda. Borçalı əsl türk məskənidir, onun sakinləri də həmişə yerli türklər olub. Düzdür, onların tarixi keçmişi haqqında elmə məlum olmayan bəzi anlaşılmazlıqlar mövcuddur, amma o yerlərdə eradan əvvəl türk etnoslarının yaşadığına dair faktlar var. Antik ədəbiyyatlarda az da olsa, Borçalı haqqında məlumatlar var. Kəndin on minə yaxınəhalisi var. Kəpənəkçi kəndi Borçalıda Faxralıdan sonra əhalisinin sayına görə ikinci böyük kənddir.

Sazlı-sözlü Borçalı

“Borçalı ta əzəldən aşıqlar meydanı olub. Ağacan, Şair Nəbi, Aşıq Sadıq, Xındı Məmməd, Aşıq Söyün, Aşıq Əmrah, Aşıq Kamandar kimi say-seçmə aşıqları olub. Bu aşıqlar el məclislərində yeddi gün yeddi gecə dastan deyərdilər. Borçalı camaatında kişilik, mərdlik var idi. Saz qəribə bir alətdir. Onda mərhəmət də güclüdür, nifrət də. Bizim tərəflərdə aşıqlar saz çalanda tək çalırdılar, yəni zurna, balaban olmurdu. Toyları aşıqlarsız təsəvvür etmək olmazdı”.

Borçalıda toy, bayram adətləri

“Bütün adətlərimiz türk, Azərbaycan adətləridir. Qədim adət-ənənələr indi də Borçalıda qorunub saxlanılıb. Bayramlar çox şənliklə keçərdi. Əsasən Qurban bayramı, Novruz bayramı, Ramazan bayramı xüsusi diqqətlə keçir. Hələ Sovet dövründə Novruz bayramı çox yerlərdə keçirilmirdi, amma Borçalıda bu bayram həmişə qeyd olunub. Novruz bayramında Azərbaycanın digər bölgələrindən fərqli olaraq Borçalıda tonqalın üstündən yeniyetmə uşaqlar tullanardı.
Qurban bayramında kəsiləcək erkək 40-50 gün əvvəl nişanlanardı və yaxşı yemlənib bəslənərdi. Qurbanlıq erkəyin yaşı 2-3 arası olmalı idi. İki yaşından kiçik, gözünün biri kor, axsaq, dişləri tökülmüş və ya burnu kəsik erkək kəsmək günah sayılırdı. Ən spesifik və təkrarolunmaz maraq doğuran hadisələrdən biri qurban kəsilən qurbanlığın qanını təmiz qaba tutmaq idi. Həmin qanı laxtalandıqdan sonra basdırır və ya qovurma halına salıb yeyirdilər. Söyləmələrə görə, belə qanın müalicəvi əhəmiyyəti var idi. Qurban bayramı günü kəsilən erkəyin qanının bişirilib yeyilməsi adəti Azərbaycanda indiyədək qeydə alınmayıb. Çox güman ki, bu adət Borçalıya, İslamdan çox-çox əvvəlki dövrlərə məxsusdur.
Dinimizə bağlı olmuşuq. Hələ Sovet dövründə bizim kəndin camaatı namazında, niyazında olub. Anam gündə beş vaxt namaz qılırdı. Orucluq və məhərrəmlik aylarında toy çalınmaz. Toy mərasimlərinin çoxu əsasən payız fəslinə salınırdı. Oğlunu evləndirmək istəyən valideynlər əvvəlcə evdə yığıncaq edərdilər, məsləhətləşərdilər. Adətən belə yığıncaqlar həftənin istənilən gününə salınmırdı, həmin nəsil üçün hansı gün uğurlu idisə o günə salınardı. Elçiliyə gedəndə elçilərin arxasınca su atmaq adəti vardı. Bu da bolluq, aydınlıq əlaməti hesab olunurdu. Borçalıda qız evinə başlıq ödənilirdi. Bu bəzi yerlərdə pul ilə olurdu, bəzi yerlərdə iribuynuzlu mal-qara, gəbə, kilim və s. ilə.
Başlığın pul ilə ödənilməsi əsasən aran kəndlərinə aiddir. Bu da təxminən 50-ci illərdən sonra başladı. Bizim tərəflərin camaatı çox qonaqpərvər camaat olub. Borçalıda kimin qapısını döysən, səni qonaq qəbul edəcək. Bizim tərəflərdə gəlinlə bəy toyun sonuna qədər oynamazdılar, lap axırda gəlin bəy oynayardı, onunla da toy qurtarardı”.

Borçalı abidələri

“Borçalıda çox ciddi tarixi abidələr var. Elə Kəpənəkçinin özündə hələ də araşdırılmamış tarixi abidələr qalıb. Ümumiyyətlə, Kəpənəkçi kəndi VII əsrə qədər əsasən xristian dininə tapınıb. VII əsrdə müsəlmanlığı qəbul edib. Hazırda Kəpənəkçi kəndində xristian türklərinin tikdiyi kilsələr var. Onlardan uçub dağılanı da var, qalanları da”.

“Atam dustaq olduğu üçün məni imtahandan kəsdilər”

Uşaqlığım Kəpənəkçidə keçib. Birinci sinifdən səkkizinci sinfə qədər Kəpənəkçi orta kənd məktəbində oxumuşam. Doqquzuncu sinfi Arıxlı kəndində, on-on birinci sinifləri də Faxralı kəndində bitirmişəm. Uşaqlığım çox ağrılı keçib. Mən anadan olmamışdan bir ay əvvəl, 1940- cı ildə Stalinin əmri ilə atamı həbs edib sürgünə göndəriblər. Anam danışırdı ki, sən anadan olanda səni qucağıma alıb Tiflisdə Metex qalasına atanın yanına apardım. Əmim atamdan soruşub ki, niyə soruşmursan ki, nəyin olub? Atam deyib ki, yuxumda görmüşəm ki, oğlum olub, adını Abbas qoymuşam. Atam tutulanda beş yaşında Çoban adında qardaşımın ata deyə-deyə ürəyi partlayıb ölüb. Qohum- əqraba deyib ki, uşağın adını Çoban qoyaq. Bir başqası deyib ki, o öldü qalmadı, bunun adını Dursun qoyaq. 1958 -ci ildə Bakıya gəlmişəm. O vaxt əyani şöbəyə imtahan verdim. On səkkiz bal topladım. Amma atam dustaq idi deyə məni qəbul etmədilər. Qayıtdım bir il kəndimizdə dərs dedim”.

Təamlar

“Borçalıda hər kəndin öz yeməkləri vardı Bizdə yaxşı xəngəl bişirilirdi, xaşıl çalınırdı, sonra yarmadan isti bişirilirdi. Xörəyin adı isti idi. Borçalılıar yaxşı əriştə bişirirlər”.

Gürcülərlə münasibətlər

“Bizim kəndin gürcülərlə münasibətləri həmişə normal olub. Ümumiyyətlə, tarixdə Erməni -Azərbaycan savaşı, Erməni- Gürcü savaşı olub, amma Gürcü -Azərbaycan savaşı olmayıb. O torpaqların Gürcüstana verilməsinin də qəribə bir tarixi var. Nadir şahın dövründə Gəncə xanı Ziyad xan Nadir şahın mərasiminə getməyib, onun acığına Borçalını Gürcülərə verib. Mən çox istəyirəm ki, Güney Qafqazda daima barışıq olsun”.




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
DƏLLƏK HÜSEYİN (1926-1988)

DƏLLƏK HÜSEYİN (1926-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus, Müşfiq Borçalı
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti
Borçalıda türk mənşəli toponimlərin dəyişdirilməsində erməni məkri...

Borçalıda türk mənşəli toponimlərin dəyişdirilməsində erməni məkri...

MEDİA, Borçalı
ƏLİ FAXRALI (1926)

ƏLİ FAXRALI (1926)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
MOLLA NAMAZ (1882-1962)

MOLLA NAMAZ (1882-1962)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Ruhun şad olsun, Kərəm Nəbiyev!..

Ruhun şad olsun, Kərəm Nəbiyev!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun  xatirəsi anılıb

Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun xatirəsi anılıb

Borçalı, Qarayazı
Ziyəddin Novruzoğlu:

Ziyəddin Novruzoğlu: "Yurdum Kəpənəkçi, elim Borçalı!.."

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
NOVRUZ BAYRAMI

NOVRUZ BAYRAMI

Əsas xəbər, Regionlar, Köşə yazılar
QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ  (1924-2008)

QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ (1924-2008)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Borçalı, Müşfiq Borçalı
Borçalıdan gələn qonaq ustad aşıq...

Borçalıdan gələn qonaq ustad aşıq...

Folklor, Borçalı
Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi

Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Borçalı
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR

ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR

Darvaz
Aşıq Məsim SADAXLI (1940)

Aşıq Məsim SADAXLI (1940)

Folklor, Borçalı, Arxiv, Müşfiq Borçalı
Aşıq QUŞÇU İBRAHİM (1895-1945)

Aşıq QUŞÇU İBRAHİM (1895-1945)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Ruhun şad olsun, Rəşid Bədəlov !..

Ruhun şad olsun, Rəşid Bədəlov !..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: