Qəşəm Hacalı oğlu Bayramov (SARAÇLI)

Qəşəm Hacalı oğlu Bayramov (SARAÇLI)Auditorlar Palatası Aparatının rəhbəri

Qəşəm Hacalı oğlu Bayramov
03.01.1952-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Saraclı kəndində anadan olub.
1968-ci ildə orta məktəbi, 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakultəsini bitirib və iqtisadçı ixtisasına yiyələnib.

1972-ci ildən 1977-ci ilədək Tikinti Materialları Sənayesi Nazirliyi sistemində iqtisadçı və böyük mühəndis, 1977-ci ildən 1996-cı ilədək Maliyyə Nazirliyində nəzarətçi-müfəttiş vəzifəsindən şöbə rəisinədək müxtəlif vəzifələrdə işləyib. 1996-cı ildən 2007-ci ilin 08 yanvar tarixinədək Auditorlar Palatasında şöbə rəisi və departament direktoru vəzifələrində çalışıb. Hal-hazırda isə Auditorlar Palatası Aparatının rəhbəri vəzifəsində işləyir.

1992-ci ildə Maliyyə Nazirliyindən, 1996-cı, 2001-ci, və 2006-cı illərdə Auditorlar Palatasından auditor xidməti göstərilməsinə icazə verən lisenziyalar və «SMEC» şirkətindən «Maliyyə menecmenti» üzrə, 1997-ci ildə TASİS proqramı üzrə «Mühasibat uçotunun beynəlxalq prinsipləri və auditin texnikası», 1998-ci ildə Almaniyada «Müflisləşmənin konstruksiyası və texnikası», 2000-ci ildə Çində ASOSAI proqramı üzrə «Sosial müdafiənin auditi», 2002-ci ildə Avstriyada «Ali audit qurumlarının kənd təsərrüfatının auditində rolu», 2007-ci ildə Hollandiyada «Peşəkar təhsil üzrə ixtisasartırma» mövzularında kursları bitirməklə beynəlxalq sertifikatlar alıb.

Azərbaycan Respublikasında ilk auditor kimi fəaliyyət göstərməklə 31.05.1996-cı il tarixli 0001№-li lisenziyanın sahibidir.
2007-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının «Fəxri auditor»u adına layiq görulüb.
1999-cu ildən Amerikanın Daxili Auditorlar İnistutunun üzvüdür.
Auditorlar Palatası Şurasının və «İqtisadiyyat və audit» jurnalının redaksiya heyyətinin üzvüdür.
«Audit» izahlı lüğət, «Auditin əsasları» kitablarının redaktoru, «Audit. Qanunvericilik və normtiv sənədlər» toplusunun Ι, ΙΙ və ΙΙΙ cildlərinin tərtibatçısı və ΙV cildinin rəyçisi, «Auditorların Peşə Etikası» Məcəlləsinin və «Sahəvi auditlərin aparılmasına dair proqramlar»ın tərtibatçısı, «Audit» dərs vəsaiti və «Azərbaycanın milli audit standartları» kitablarının müəllifi və ixtisas redaktoru, "Peşəkar mühasiblərin etika məcəlləsi. Beynəlxalq audit standartları” kitabının redaksiya heyətinin üzvüdür.

Audit və mühasib peşəsinin inkişafı ilə bağlı dünyanın 20-yə yaxın ölkəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda və digər tədbirlərdə Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir.

Azərbaycanda auditor xidmətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 15 sentyabr tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasında milli audit standartlarının işlənib hazırlanmasının təməli Bayramov Qəşəm Hacalı oğlu tərəfindən qoyulmaqla inkişaf etdirilir.
Ailəlidir və dörd övladı var.

Ünvan: Bakı şəhəri, Yeni Yasamal 1,ev 4, mənzil 25.
Telefon: mob.- 050 324-54-34, iş 465-65-35, 465-65-48

Qəşəm Hacalı oğlu Bayramov (SARAÇLI) (SARAÇLI RENAR EMİNOV.30.06.2013)








.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Borçalı, Bolus, Təbriklər
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Əsas xəbər, Təhsil, Nazirlik
Ruhun şad olsun, professor Veysəl İsayev!..

Ruhun şad olsun, professor Veysəl İsayev!..

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

Digər ali məktəblər
ASLAN MƏMMƏDOV (1952-2016)

ASLAN MƏMMƏDOV (1952-2016)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)

Darvaz
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
General-polkovnik Aydın Əliyev (1957)

General-polkovnik Aydın Əliyev (1957)

"XXI əsrin Ziyalıları"
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
İSMAYIL QƏDİR  oğlu  MƏMMƏDOV (1957)

İSMAYIL QƏDİR oğlu MƏMMƏDOV (1957)

"XXI əsrin Ziyalıları", Bolus
İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus, İqtisadiyyat
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
Rəy yazın: