Dilsuz Musayev: SARACLI

Dilsuz Musayev: SARACLI SARACLİ KƏNDİ HAQQINDA ŞERLƏR

Qoynunda boy atdım bir övlad kimi,
Solmayan baharım,yazım Saraclı!
"Göllücə” meşəsi,”Gözəldərə”si
"Koroğlu qayası”izim Saraclı!

"Nəsibin yurdu”nu bir vaxt dolaşdim,
"Ağalıq bağı”nda süfrə də açdım,
"Şiş Güney”dən keçdim,”Gəzdək”dən aşdım,
Dünyaya açilan gözüm Saraclı!

Saz dünyanda Hüseyn əmi birinci,
Əflatun da söz mülkində bir inci,
Qəlbimin fərəhi, nuru, sevinci,
Şirin nəğmələrim, sazım Saraclı!

Elmin ziyasından dünya nurlanar,
Səni övladların məbədgah sanar,
Zahid,Abdullatək alimlərin var,
Uca zirvələrdə sözüm Saraclı!

Demə övladlarım səndən uzaqdı,
İlqarlar yolunda yanan çıraqdı,
Həmişə, hər yerdə elə dayaqdı,
Bax, bu məhəbbətdən yazım, Saraclı!

Əzizdir hər qarış torpağın,daşın,
Qədimdir ellərin, qədimdir yaşın,
Çoxdur ər oğulun,igid sirdaşın,
Bükülməz biləyim, dizim Saraclı!

İndi göylərində səksəkə, duman,
Adını dandılar, dəyişdi dövran,
Könüllər pərişan, qəlblər nagüman,
Tanrı sənə versin dözüm, Saraçlı!

Dilsuzam, lütfünü haqdan dilərəm,
Sənlə ağlayaram, sənlə gülərəm,
Sorsanız hardanam, hansı eldənəm –
Yurdum Borçalıdı, özüm Saraçlı!

VƏTƏN

Tarixin qədimdir kainat qədər,
Nəğməni ozanlar yazıbdı,Vətən!
Babəklər yadların,şərin qəbrini
Qeyrət qılıncıyla qazıbdı,Vətən!

Dilini dandılar,bəli,bir zaman,
Dilin öz evinde yasaq edildi.
İstiqlal yolunda ne qeder insan
Qanlı zindanlarda dustaq edildi.

Seni yağmaladı yağı əlleri,
Başın çox qovğalar çəkəsi oldu.
İkiyə bölündün,o vaxtdan bəri
"Gülüstan”tarixin ləkəsi oldu.

Nə qədər bəlalar çəksə də başin
Fəqət sarsılmadı vüqarın sənin
Müqəddəs andımdır torpağin,daşın,
Gül açdı hər yanda baharın sənin.

Bir de,nəyim var ki,bu yer üzündə,
Çağlayan eşqimdi buz bulaqların.
Gülər arzularım al gündüzündə,
Al-əlvan xalımdı göy yaylaqların.

Ən uca dağların tacısan,Vətən!
Hamar olmayıbdır heç də yolların.
Bizlərə anasan bacısan,Vətən!
Çəkər keşiyini mərd oğulların.

QIZLAR

Eşqiniz olmasın axar su kimi,
Hər dürlü kəlməni sevgi sanmayın.
Yaşayın,ən şirin bir arzu kimi
Məhəbbət oduna vaxtiz yanmayın.

Ağıldan güc alsın ürəkləriniz,
Könül dünyanıza nur səpələnsin.
Həyat yollarında büdrəməyin siz,
Sevginiz çiçəyə,gülə bələnsin.

Büllur saflıgı var hər təmiz adda,
Sevgi səmanızı duman almasın,
Bir Məcnun eşqiylə yaşamasanız da
O Leyli taleyi sizin olmasın.

Bir zərif çiçəksiz şaxta döyməsin,
Qəmli görünsəniz qəlbiniz sizlar.
Zaman qəddinizi vaxtsız əyməsin,
Sevgi, məhəbbətlə ucalın qızlar!
Sevgi, məhəbbətlə qocalın qızlar!

ADSIZ ŞEİR

Adını vermədim qızıma sənin,
Adın ürəyimin parasındadır
Köksümə sığınıb gülümsər əksin,
Gözüm gözlərinin qarasındadır.

Səhəngin yenə də bulaq başında,
Həmin görkəmində,həmin yaşında,
Bax belə qalmısan sən yaddaşımda,
Xatirən qəlbimin yarasındadır.

Bələndim yenə də çiçək ətrinə,
Yasəmən ətrinə,mixək ətrinə,
Bildim gözəlliyin bildim ətri nə?
Yerin qollarımın arasındadır.

Keçdin qənşərimdən gülə-gülə sən,
Nazlandın qarşımda bilə-bilə sən,
Əritdin ömrümü gilə-gilə sən,
Bu sevgi dünyanın harasındadır?

Yaşa, Dünya!

Göylərimdə ağ buludlar azalıb,
Ömrümüzün yanan şamı sozalıb.
Dünənimdən bu günümə nə qaldı?
Daha gəlməz o yerlərdən sorağım,
İndən belə xatirələr qonağım.
Deyən bir vaxt "alov”muşam,”od”muşam,
O günləri sapand edib atmışam,
Demirəm ki,hər arzuma çatmışam,
Hanı məni məndən alan günlərim?
O doqqazda qelbi talan günlərim?
Bir sevdanın ocağında köz oldum,
Bir gözələ gözmuncuğu,göz oldum,
Neyləyim ki,ağızlara söz oldum,
Söylə, anam, bu nə söz-sov,nə qeybət?
O balaca Dilsuz hanı,bir oyat...
Dünənimdə yarpaq-yarpaq xəzəlim,
Sabahımı nə gözləyir,nə bilim,
Gündogandan günbatana mənzilim.
Bu həyatdır yoxuşunda enişi,
Əzəl gündən belə olub gərdişi.
Demirəm ki,ötənləri unudaq,
Qoy kök üstə pöhrələnsin hər budaq.
Kökümüzü,soyumuzu yaşadaq.
Tanrı özü qoy bizlərə yar olsun.
Yaşa,dünya,ağ günlərin var olsun!

Dilsuz Musayev: SARACLI LALƏ
Dağ döşündən lalə dərdim,
Artdı qəmim,artdı dərdim.
Niyə səni üzüb dərdim,
Gözüm yaşla doldu,lalə!

Deyiləm mən sənə yağı,
Kim çəkib sinənə dağı,
Nakam eşqin söylər ağı,
Bağrın başı xaldı,lalə!

Necə qıydım gözəlliyə,
Yaşayaydın gərək hələ,
Bacımın da adı Lalə,
Günah mənə qaldı,lalə!

Dedim bəlkə dilək oldu,
Bir sevdaya gərək oldu,
Niyə belə kövrək oldu,
Əlimdəcə soldu lalə.

Təbiətin zərif qızı,
Ləçəkləri al-qırmızı,
Bağışlasın Tanrı bizi,
Neylim,olan oldu,lalə...

(Dilsuz Musayevin şeirlərini təqdim etdi:
SARAÇLI RENAR EMİNOV.30.06.2013)




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI  (15.IX.1968-14.06.1994)

ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI (15.IX.1968-14.06.1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Əflatun Saraçlı (1936-2008)

Əflatun Saraçlı (1936-2008)

TDPİ-nin Azərbaycan bölməsi, Bolus
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Bolus, Hüquq
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Maya FEYRUZ QIZI İSMAYILOVA (1969):

Maya FEYRUZ QIZI İSMAYILOVA (1969): "MƏN DƏ BİR GÜLƏM..."

Müsabiqə
Yunis Qaraxanov: İNDİ BAĞIŞLARMI BU VƏTƏN BİZİ?..

Yunis Qaraxanov: İNDİ BAĞIŞLARMI BU VƏTƏN BİZİ?..

Qarayazı, Müsabiqə
Borçalıdan ucalan səs   (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Borçalıdan ucalan səs (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Bolus
RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998)

RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998)

Bolus
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Rəhman BAYRAMın ŞEİRLƏRİ

Rəhman BAYRAMın ŞEİRLƏRİ

Qarabağ, Poeziya, Müsabiqə
Sədi YARADANQULU: -

Sədi YARADANQULU: - "ATA YURDDU, ANA OCAQ!..." "HAVALANIB YENƏ KÖNLÜM... ...

Poeziya, Müsabiqə, Başkeçid
Cəvahir QARAQIZI:

Cəvahir QARAQIZI: "TURANA DOĞRU!.."

Müsabiqə, Bolus
Nizami Saraclı:

Nizami Saraclı: "BİZİM MÜŞFİQ BORÇALI"

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
DƏNİZ RÜZGAR (1991)

DƏNİZ RÜZGAR (1991)

Naxçıvan, Poeziya, Müsabiqə
Gilə ƏLİQIZI (1976):

Gilə ƏLİQIZI (1976): "Laçınsız burnumun ucu göynəyir... İndi oralarda la ...

"SAZLI-SÖZLÜ BORÇALI", Qarabağ, Poeziya, Müsabiqə
YUSİF RZA (1951)

YUSİF RZA (1951)

Müsabiqə
ŞƏRQİYYƏ SEYİDOVA:

ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM"

Poeziya, Müsabiqə
Rəy yazın: