Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub

Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olubAzərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinə baş çəkib.
Səfir 2021-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılan mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.


Direktor Rezo Həsənov məlumat verib ki, mərkəzdə soydaşlarımıza təmənnasız hüquqi yardım xidmətləri göstərilir və gürcü, ingilis dilləri kursları təşkil edilir.

Səfir Faiq Quliyev mərkəzin otaqlarına baş çəkib, mövcud şərait, tədris prosesi və hüquqi yardım prosedurları ilə maraqlanıb.
Soydaşlarımızın yığcam yaşadığı Bolnisidə bu cür təşkilatın fəaliyyətini müsbət qiymətəndirən səfir mərkəzə yeni nailiyyətlər arzulayıb. O, gələcəkdə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində kursların sayının artırılacağına ümidvarlıq ifadə edib, təşkilatın gələcək fəaliyyət istiqamətləri ilə maraqlanıb. Rezo Həsənov bildirib ki, tezliklə Azərbaycan dili və ədəbiyyatı kurslarının təşkili planlaşdırılıb və bu məqsədlə artıq 35-dən çox şagird qeydiyyatdan keçib.

Mərkəzlə tanışlıqdan sonra Faiq Quliyev Bolnisini təmsil edən bir qrup ziyalı və gənc müəllimlərlə görüşüb.
Görüşdə soydaşlarımızı təhsil sahəsində narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud çatışmazlıqlar və boşluqların aradan qaldırılması istiqamətində onların təklifləri dinlənilib.
Səfir Gürcüstanda yaşayan azərbaycanlılar üçün təhsil sahəsində Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən layihə və proqramlardan danışıb. Vurğulayıb ki, dəstək tədbirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən reallaşdırılır və məqsəd soydaşlarımızın təhsilli olması, Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiyasına töhfə verməkdir.
Görüşdə Gürcüstanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açılmasının vacibliyi, azərbaycanlı gənclərin ali təhsil aldıqdan sonra işlə təminatı, azərbaycandilli məktəblərdə kadr çatışmazlığı, məktəb kitabxanalarının Azərbaycan dilində bədii ədəbiyyat kitabları ilə təminatı, gənc müəllimlərin orta təhsil müəssisələrinə cəlb olunmasının stimullaşdırılması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlərin təşkili və digər məsələlər barədə geniş müzakirə aparılıb.
Müzakirələrdə iştirak edən ziyalılar görüşün keçirilməsinə görə təşəkkürlərini bildiriblər, azərbaycanlı icmanı narahat edən məsələlərin daim diqqət mərkəzində saxlanılmasından razılıq ifadə ediblər.

Sonda səfirlik adından Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinə xatirə hədiyyəsi təqdim edilib, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulanıb.


turan.info.az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Səfir FUAD QULİYEV:

Səfir FUAD QULİYEV: "Dünya azərbaycanlıları builki müqəddəs Ramazan bayram ...

Gürcüstan, Borçalı
Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Tiflis, Qarayazı, Diaspora
Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Borçalı, Diaspora
Gürcü və İngilis dili fənnlərindən ödənişsiz kurslara start verilir

Gürcü və İngilis dili fənnlərindən ödənişsiz kurslara start verilir

Borçalı, Bolus, Elanlar, QHT
Pakistanın Azərbaycandakı səfiri AzTU-da olub

Pakistanın Azərbaycandakı səfiri AzTU-da olub

AzTU
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub,  ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub, ...

Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Qarayazı, Diaspora
Cənab səfir, görüm payın çox olsun!..

Cənab səfir, görüm payın çox olsun!..

Başkeçid
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə 1+4 proqramı üzrə hazırlıq kursl ...

Bolus, Elanlar
Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Tiflis, Diaspora
Dmanisi rayonundakı Azərbaycan dilli məktəblilər arasında olimpiada keçiril ...

Dmanisi rayonundakı Azərbaycan dilli məktəblilər arasında olimpiada keçiril ...

Başkeçid
Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Mədəniyyət
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
Türkiyənin Azərbaycandakı səfiri AzTU-da olub

Türkiyənin Azərbaycandakı səfiri AzTU-da olub

AzTU, Turan
Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Borçalı, "Region-Press"
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Avropa, Diaspora
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie AzTU-da tələbələrlə  ...

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie AzTU-da tələbələrlə ...

AzTU, Dünya
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
Rəy yazın: