El-obamızın sevimlisi Şahsənəm xanımı siz də tanıyın

El-obamızın sevimlisi Şahsənəm xanımı siz də tanıyın TƏBRİK EDİRİK!..

Bu il el-obamızın sevimlisi, çox hörmətli
Şahsənəm xanım Həsənovanın Yubiley ilidir!..


Şahsənəm Nəbi qızı Həsənova (Şahbazova) -
1949-cu il avqustun 1-də qədim Borçalı mahalında -
indiki Gürcüstanın Bolnisi rayonundakı
uca dağlar, yaşıl meşələr qoynunda yerləşən,
təbii və füsunkar gözəlliyi ilə məşhur olan
Dəmirli kəndində anadan olub.
Atası Nəbi Şahbazov nəinki döğma kəndində,
eləcə də bütün bölgədə xeyirxah bir adam kimi tanınıb.
Anası Münəvvər Hüseyn qızı Şahbazova (Şabanova) öz dövrünün ilk savadlı qadınlarından olub. Müharibə vaxtı kənddə yaşlı adamların təhsil almaları üçün yaradılmış məktəbdə müəllim işləyib. Müharibədən sonra isə kolxozda briqadir işləyib.

Ailənin ilki, yeddi bacının və iki qardaşın
ən böyüyü
olan Şahsənəm Nəbi qızı ilk təhsilini
doğma Dəmirli kəndindəki ibtidai məktəbdə alıb.
5-8-ci sinifləri qonşu Aşaği Güləver kəndindəki
məktəbdə oxuyub. (Şahsənəm xanım ilk müəllimlərini indi də hörmətlə xatırlayır. Çəlal müəllim onun sinif rəhbəri olduğunu, Yəyha müəllim, Kamal müəllim, Əbdürrəhman müəllim, Tamara müəllimə, Baxçali müəllim, Həmid müəllim və başqalarının ona dərs dediklərini böyük qürurla qeyd edir.)

Şahsənəm Həsənova 1967-ci ildən sonra təhsilini Bakıdakı 126 saylı orta məktəbdə davam etdirib.
Həmişə də dərs əlaçı olub. Nümunəvi tərbiyəsi ilə fərqlənib.
Daha sonra isə Bakı Dövlət Universitetinin (BDU-nun) biologiya fakultəsində ali təhsil alıb.
1972-ci ildən əmək fəaliyyətinə başlayıb. 44 il Azərbaycan Tibb Universitetində çalışıb;
Əvvəlcə fiziologiya kafedrasında laborant, sonra isə mərhum Məhər Aşirovun rəhbərliyi ilə
elmi-tədqiqat şöbəsində baş laborant işləyib.
Kollektivdə böyük hörmət və nüfuz qazanıb.
Dəfələrlə rəhbəlik tərəfindən mükafatlandırılıb.
2016-cı ildən təqaüdə çıxıb.

Şahsənəm xanım həm də gözəl ana, mehriban nənədir.
O, hələ ali məktəbin 5-çi kursda oxuyanda qonşu Başkeçid (indiki Dmanisi) rayonundakı
Qıziıhacılı kəndindən olan Müsəllim Həsənovla ailə qurub.
İki oğlu, bir qızı var. Ücü də ali təhsillidir.

Böyük oğlunun 40 yaşı var, evli deyil. 2-çi qrup əlildir.
20 il bundan əvvəl Fizüli bölgəsində hərbi xidmət zamani xəstələnib.
Cox savadli, ləyaqətli, qohum, qonşu, dostlari, müəllimləri arasinda hörmətə malikdir.

İkinci oğlu Aviasiya Akademiyasını bitirib. 3 və 5 yaşında iki uşağı var.

Qızı Gənçədə ali məktəbi bitirib, Gənçə Hidromelorasiya idarəsində mühəndis işləyir.
Ailəlidir, 5 yaşında bir qızı var.
El-obamızın sevimlisi Şahsənəm xanımı siz də tanıyın
Şahsənəm xanım hazırda təqaüddədir.
Bakıdakı 7-ci mikro-rayonda
oğlanları ilə birlikdə yaşayır.
Elimizin-obamızın sevimlisidir.
Avqustun 1-də onun 70 yaşı
tamam olacaq.

Biz də fürsətdən istifadə edərək,
turan.info.az-ın bütün yaradıcı heyəti adından
çox hörmətli Şahsənəm xanımı
qarşıdan gələn yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür və
möhkəm cansağlığı arzulayırıq!..


Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: