Dərdliyəm, dərdimi kimə söyləyim?!
İçimdə sızlayır bu yara mənim.
Axır damla-damla bu göz yaşlarım.
Heç vaxt inanmazdım ki, Xala oğlunun, oğlunun ölümünü görərəm.
Sən demə, qismətimdə bu ağır faciəni görmək də varmış...
Gənc yaşlarında ölüm pəncəsindən xilas ola bilmədin.
Kabus kimi ölkəni bürüyən bu pis xəstəlik səni ata-anandan, balaca körpə balalarından ayırdı.
Nə edək, fələk belə istədi...
Borçalı obamın Saraçlı kəndinin böyük nəsli olan Mehrabovlar nəslinə baş sağlığı verirəm.
Xala oğlu Təbriz, əziz bacım Mahirə sizlərə səbr diləyirəm.
Başınız sağ olsun.
Allah rəhmət eləsin, Zamir. Məkanin cənnət olsun.
Qəbrin nurla dolsun, çox heyif...
Səni cavan - 33 yaşında itirdik...
Qəlbləri sizlatdın, urəkləri yandırdın.
Allah qəni-qəni rəhmət eləsin.
Nur içində yat...
Rafiq DAŞDƏMİRLİ,
turan.info.az
.