SƏNDƏN DANIŞIR

SƏNDƏN DANIŞIR Gözəl ziyalı, xeyirxah insan, qayğıkeş ata, vətənpərvər eloğlum, qeyrətli dostum,
Arıxlı kənd sakini Rza Qurbanova

Yenə dəli könlüm köklənib dəmə,
Qışım da, yazım da səndən danışır.
Səfalı yaylaqlar açıb qoynunu,
Dağım da, düzüm də səndən danışır.

Anamız günəştək sönməyir nurun,
Neçə ürəklərə yol açıb surun.
Sönmüş ocaqlara od olub qorun,
Külüm də, közüm də səndən danışır.

Minib taleyinin köhlən atına,
Qaldırdı göylərin yeddi qatına.
Oxşadın kökünə, çəkdin zatına,
Dilim də, sözüm də səndən danışır.

Bir zaman boynunu qucaqladı qəm,
Üzündə, gözündə qurumadı nəm.
Rəbbim sevincinə eylədi həmdəm,
Canlm da, gözüm də səndən danışır.

Şenəltdin elini, ata yurdunu,
Qovdun kədərini, qovdun dərdini.
Sevdin, sevindirdin neçə mərdini,
Çoxum da, azım da səndən danışır.

Yaxınlar, uzaqlar haqqa güvəndi,
Yanan ocağında qora bələndi.
Göydən qucaq-qucaq sevinc ələndi,
Ərkim də, nazım da səndən danışır.

Gözəldi əməlin, xoşdu niyyətin,
Bəllidi ellərə namus, qeyrətin.
Turana yayılıb şanın, şöhrətin,
Birim də, yüzüm də səndən danışır.

Bəlli əsli-zatın, bəlli kökün var,
Ömür yollarında eniş, dikin var.
Çiynində el adlı ağır yükün var,
Tabım da, dözüm də səndən danışır.

Yurdunda bağ salıb meyvə bitirdin,
Çəkib zəhmətini Hqqa yetirdin.
Neçə eloğluya sevinc gətirdin,
Tarım da, sazım da səndən danışır.

Dəryalar dibindən çıxan sədəfsən,
Elə xor baxana nişan, hədəfsən.
Əlixan ömrünə şöhrət, şərəfsən,
Yolum da, izim də səndən danışır.

Əlixan YƏHYAOĞLU,
30. 09. 2018.

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: