rəhbərliyi və nümayəndələri
1990-cı ilin Qanlı 20 Yanvar
faciəsi zamanı Şəhid olmuş
İlqar Hümmət oğlu Əhmədovun
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonunun
Faxralı kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər.
GAK-ın nümayəndələri
şəhidin məzarının üzərinə
əklil qoyublar.
Anım mərasimində GAK-ın sədri Hüseyn Yusubov,
GAK-ın Faxralı kəndi üzrə nümayəndəsi Alı Xuduyev, GAK-ın nümayəndələri - Fatimə Aslanqızı, Hacı xanım Validə Xəlilova, kəndin ziyalılarından
Cümşüd Gülməmmədov,
Sayad Allahverdiyev,
Şəhid İlqar Əhmədovun
ailə üzvləri, həmçinin
Faxralıdakı 1 nömrəli
məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Anım mərasimində mərhumun ruhuna dualar oxunub.
Faxralı ziyalıları
İlqar Əhmədovla bağlı xatirələrini danışıblar.
Şagirdlər şəhidə həsr olunmuş şeirlər oxuyublar.
Anım mərasimi şəhidin doğulduğu evin ziyarətilə başa çatıb.
Yaşar ƏSGƏROV,
Tbilisi Dövlət
Universitetinin tələbəsi,
Professor
Mədəd Çobanov adına
Fəxri təqaüdçü,
turan.info.az-ın xüsusi müxbiri
.