qədim Borçalı mahalında
- indiki Gürcüstanın
Bolnisi rayonunda,
uca dağlar qoynunda yerləşən Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olub.
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o vaxt bu ali məktəb V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanırdı) tarix fakültəsini bitirib. 1990-cı ilə qədər doğma kəndində tarix müəllimi işləyib.
Sonra ailəsi ilə birlikdə Bakıya köçüb, biznes fəaliyyəti ilə məşğul olub.
2002-ci ildə Bakıda fəaliyyət göstərən “Kəpənəkçi” xeyriyyə cəmiyyətinin sədri seçilib və ömrünün son günlərinə qədər bu vəzifədə işləyib.
Rəşid Bədəlovun bütün fəaliyyəti Gürcüstan və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, bu dostluğun əbədi və sarsılmaz olmasına, gələcək nəsillərə çatdırılmasına yönəlmişdi.
Rəşid Bədəlov “Kəpənəkçi” xeyriyyə fondunun sədri olduğu müddətdə öz kəndi üçün çox işlər görüb. O, fondun vəsaiti hesabına kəndin küçələrini abadlaşdırıb, kənddəki iki məktəb binasını əsaslı təmir etdirib, kəndin mərkəzində 200 nəfərlik istirahət guşəsi inşa edib, öz pulu hesabına xeyriyyəçiliklə məşğul olub.
Kəpənəkçi kəndində içməli su məsələsi həmişə problem olub. R.Bədəlov çox çətinliklə də olsa, özünün ən böyük arzusunu həyata keçirib – 11 kilometr məsafədən çətin keçilən dağ yolları ilə kəndə içməli su və suvarma suyu, 27 bulaq çəkdirib. Bakıda yaşayan Kəpənəkçilər üçün Fond-un hesabına qəbirsanlıq inşa etdirib. Bütün bu sadalananlar hamıya aşkar olan xeyriyyəçilik işlərinin bir hissəsidir. Bizə məlum olmayan, öz hesabına etdiyi xeyriyyəçilikləri isə yalnız özü və ALLAH bilirdi.
R.Bədəlovun fəaliyyəti təkcə “Kəpənəkçi” cəmiyyətində sədr olması ilə məhdudlaşmırdı.
O, həm də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı sədrinin birinci müavini idi.
Rəşid Bədəlov 2013-cü martın 20-də haqq dünyasına köçüb.
ALLAH RƏHMƏT ELƏSİN !..
turan.info.az
.