Bu oykonim «Kol arası» mənasındadır.
«Ara» və «kol» sözlərinin birləşməsindən yaranıb.
Lakin rəsmi sənədlərdə bu kəndin adı təhrif olunaraq, Arakel kimi rəsmiləşdirilmişdir.
1990-cı illərdə isə kəndin adı Bolnisi rayonundakı bir çox toponimlər kimi gürcüləşdirilmiş, "Dzedzvnariani" (?) adlandırılmışdır. (??!!)
Əslində isə kəndin qədim adı "Qızıldaşır" olub.
Əhalisi 1000 nəfərə yaxındır.
Kənddə Azərbaycan məktəbi 1928-ci ildə yaradılıb.
Aşıq Müslüm, dilçi-alim Vaqif İsrafilov, həkimlər Şaliko, Bayram və Həndəm Həndəmovlar, şair Bəhman Heydəroğlu (Əliyev) və b. bu kəndin yetirmələridir.
Bəhman Heydəroğlu
"Gözəl Arakelim mənim!"
sərlövhəli şeirində yazmışdır:
Cənnətin bir guşəsidir,
Eşq-məhəbbət təşnəsidir,
Həyatın nur çeşməsidir,
Aşıb-daşan selim mənim,
Gözəl Arakelim mənim!
Göy meşəsi, buz bulağı,
Cavanların kef oylağı,
Əysik olmasın yığnağı,
Var olsun öz elim mənim,
Gözəl Arakelim mənim!
Xalqım olsun bəxti bəyaz,
Oğlu qızı tapsın muraz,
Sinəm üstə sədəfli saz
Qoy dil açsin telim mənim,
Gözəl Arakelim mənim!
Tutub haqqın ətəyindən,
Qaçsın şərin ütəyindən,
Bəhmanam el mətəyindən ,
Şirinləşir dilim mənim,
Gözəl Arakelim mənim!..
P.S.:
ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..
Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.
Ünvanlarımız:
[email protected]
və ya:
[email protected]
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.