AYORTA kəndi:

AYORTA kəndi: AYORTA (AKAURT-AKAYURD) - Qədim Borçalı mahalının Bolnisi rayonunda Maşaver çayının sol tərəfində, rayon mərkəzindən 12 km günbatarda, dəniz səviyyəsindən 720 m yüksəklikdə yerləşən kəndin adıdır.

Bu oykonimi Ağa yurdu deyimiylə, yaxud türk dilindəki «aka» (böyük qardaş)yurd sözləriylə əlaqələndirirlər.

Bu kəndin adı rəsmi sənədlərdə Akaurt kimi rəsmiləşdirilib.

Yaxınlıqda V-VIII əsrlərə aid iri dördkünc daşlarla hörülmüş memarlıq abidəsi aşkarlanıb.
Əhalisi 1886-cı ildə 17 ailədə 110 nəfər; 1918-ci ildə 215 nəfər;
2002-ci ildə 286 ailədə 1174 nəfər, 2006-cı ildə 260 ailədə 1073 nəfər olub. Hazırda 1100 nəfərdir.

Kənddə Azərbaycan məktəbi 1922-ci ildə yaradılıb. Hazırda təxminən 150 nəfər şagird təhsil alıb.

Filoloq-alim Razim Məmmədli, Əməkdar müəllimlər Əli və Nofəl Məmmədovlar,
ictimaiyətçilər Əli Xəlilov, Vaqif Mustafayev, Veysəl Məmmədov,
hüquq-mühafizəçiləri Abdulla və Hacı Məmmədovlar və b. bu kəndin yetirmələridir.





AYORTA KƏNDİndən Video görüntülər...


AYORTA kəndi: P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

[email protected]

və ya:

[email protected]




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: