Bolnisi rayonundakı Bəytəkər kəndindən olan və
hazırda Bakı şəhərində yaşayıb-yaradan
QÜDRƏT XANIM KAZIMOVA son illərdə özünü
həm də istedadlı şairə kimi tanıtmışdır.
Şeirləri Azərbaycanda və Gürcüstanda nəşr olunan
bir sıra müxtəlif mətbuat orqanlarında dərc olunan,
aşıqlar və müğənnilər tərəfindən
sevilə-sevilə oxunan Qüdrət Beytəkərlinin
2014-c ü ildə Bakıdakı “BORÇALI” nəşriyyatında
işıqüzü görmüş "Vətənim Borçalı, elim Beytəkər!.."
adlı ilk şeirlər kitabı bu günlərdə oxcuların təlabatı
nəzərə alınaraq yenidən təkrarən nəfis şəkildə
çap olunaraq oxucuların ixtiyarına verilib.
(Naşiri, redaktoru və ön sözün müəllifi:
Müşfiq BORÇALI).
Müəllifin оxucularla ilk görüşü olan və oxucular tərəfindən maraqla qarşılanan bu kitabda şairənin
müxtəlif illərdə qələmə aldığı şeirlərindən nümunələr toplanmışdır. Aşağıda həmin kitaba yazılmış Ön sözü, eləcə də müəllifin bir neçə şeirini və ona həsr olunmuş şeirlərdən nümunələri oxucularımıza təqdim edirik...
Qüdrət İbrahim qızı Kazımova - 1963-cü ildə
qədim Borçalı mahalında,
indiki Gürcüstan
Respublikasının
Bolnisi rayonundakı
Bəytəkər kəndində zəhmətkeş bir ailədə anadan olub.
Orta məktəbi doğulub boya-başa çatdığı rayonda bitirib.
Hələ orta məktəb illərində modaya və muğama böyük həvəs göstərib.
Bir müddət muğam müəllimindən dərs alıb.
Lakin 1990-cı illərin əvvəllərində Borçalıda baş vermiş məlum olaylardan - Borçalıda yaşayan soydaşlarımıza qarşı törədilmiş təqib və təziqlərdən sonra Bakıya köçməyə məcbur olub.
Vətənin dar günündə, torpaqlarımızın bütövlüyü naminə erməni qəsbkarlarına qarşı vuruşan igid əsgərlərimizə əlindən gələn köməkliyi etmək üçün Qüdrət xanım da, Milli Orduya yazılıb.
Hərbi hava qüvvələrində məxvi işlər icraçısı vəzifəsində işə qəbul olunub.
8 il bu vəzifədə şərəflə çalışıb.
Sonralar isə N saylı hərbi hissədə rabitə qovşağında məxvi iş icraçısı vəzifəsinə göndərilib.
Burada da o, öz üzərində düşən vəzifənin öhtəsindən ləyaqətlə gəlib.
Hərbi hissədən təqaüdə göndərildikdən sonra isə Qüdrət xanım Modelyer məktəbini bitirib.
Hazırda milli moda ustası kimi tanınır.
Əl işləri seçiləndir.
Qüdrət xanım hazırda eyni zamanda kosmetka firmasında çalışır.
Həmçinin, "Əsrin Ziyalıları" qəzetinin xüsusi müxbiridir.
Oxunaqlı yazıları ilə özünə çoxsaylı oxucu toplaya bilmişdir.
Gənc vaxtlarından kiçik məqalələr, şeirlər yazan, həmçinin ictimai işlərdə yaxından iştirak edən Qüdrət xanım həmişə mütaliə etməklə, bədii və elmi kitablar oxumaqla öz bilik dairəsini genişləndirir.
Qüdrət xanım sözün əsil mənasında Vətənpərvərdir. O, tez-tez doğma Borçalıya baş çəkdiyi kimi, həm də Cənubi Azərbaycanı da unutmur, müntəzəm olaraq doğma Təbrizimizə baş çəkir, soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır, bacardığı və əlindən gəldiyi qədər onlara kömək edir.
Qüdrət xanım həm də gözəl anadır, ailəlidir, 4 övladı var. Övladlarının təhsil alması, onların dünyagörüşünün formalaşması üçün daim çalışır.
Övladlarının vətənpərvər ruhda tərbiyə edərək bu mövzuda söhbətlərə geniş yer verir.
Onlar da Qüdrət xanımın əməyini itirmir, hər yerdə onun adını uca edirlər.
Qüdrət Kazımova həm də xeyriyyəçi kimi tanınır.
Belə ki, o, tez-tez Bakı şəhərinin Xətai rayonundakı Əhmədli qəsəbəsində yerləşən Uşaq SOS kəndindəki Uşaq evində məskunlaşmış kimsəsiz körpələrə baş çəkir, onların problemləri ilə maraqlanır, daima onlara maddi və mənəvi köməklik göstərir, əlindən gəldiyi qədər uşaqlara dayaq olur, bütün bayramlarda və
ad günlərində
onları yada salır.
Bu günlərdə isə
Qüdrət xanım
Bakıdakı 12 saylı
uşaq evinə
baş çəkmişdir.
Həmin uşaq evindən
Elmira xanım Mügümova
Qüdrət xanımdan
razılığını bildirir.
Onu da qeyd edək ki,
Qüdrət xanımın
ömür-gün yoldaşı
Kərim Sadıqov da
xeyirxan bir insandır.
O, həmişə, hər zaman
Qüdrət xanımın
xeyirxah təşəbbüslərini
dəstəkləyir.
Bir sözlə, Kərim Sadıqov
sözün əsl mənasında,
Qüdrət xanımın arxaslı,
dayağıdır.
Biz də öz növbəmizdə bu vətənpərvər və xeyirxah insanlara -
Qüdrət xanıma və Kərim kişiyə
Ulu Tanrımız Allahdan uzun ömür, möhkəm cansağlığı
arzulayır və onlara işlərində yeni-yeni uğurlar diləyirik!..
Müşfiq BORÇALI.
“Şərqin səsi” qəzeti,
N: 58 (288) Noyabr, 2013-cü il.
P.S.:
Budur, indi isə Qüdrət xanimin ilk şeirlərindən ibarət “Vətənim Borçalı, Elim Beytəkər!..” adlı ilk kitabını oxucularımıza ərmağan edirik.
Kitabda müəllifin son illərdə qələmə aldığı Ana Vətən, Doğma Yurd, sağlam gənclik, ülvü sevgi, saf məhəbbət və s. ruhlu şeirləri toplanıb.
Bunları sadəcə şeir adlandırmaq olmaz.
Bu şeirlərin hər biri ayrı-ayrılıqda poetik nümunələrdir.
Və bu nümunələrin hər biri onun - Qüdrət xanımın
qəlbinin çırpıntıları, sevən Ürəyinin döyüntüləri,
buz bulaqlar, saf çeşmələr kimi daim
coşub-çağlayan Könlünün nəğmələridir.
Elə buna görə də əminik ki, buradakı şeirlər
oxucular tərəfindən maraqla qarşılanacaq.
Biz isə hörmətli Qüdrət xanımı
ilk kitabının işıqüzü görməsi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansaqlığı, şəxsi həyatında
və bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!
Müşfiq BORÇALI.
Haqqın ədalətin əsiri
Qüdrət xanıma həsr edirəm
Borçalıda Qüdrət adlı bir ana,
Bir gün gəlib yaxşılıq üçün cahana.
Hamı: Əhsən! - deyir belə anaya,
Çünki olub şair haqqın əsiri,
Gedib sevindirir yetim-yesiri.
Daim yanır kimsəsizlərə ürəyi,
Qəriblərlə, tən böləndir çörəyi.
Neçəsinə dəyib onun köməyi,
Olub haqqın, ədalətin əsiri...
Dolandırar neçə yetim-yesiri.
Yetimlərə yaxşılığının sayı yox,
İnsanlıqda bəlkə onun tayı yox.
Hər gün onun süfrəsindən yeyən çox,
Olub haqqın, ədalətin əsiri,
Sevindirir neçə yetim-yesiri.
Doğruldur kişi kimi sözünü,
Tikən deyil haram mala gözünü.
Haqq yolunda həlak edər özünü,
Olub haqqın, həqiqətin əsiri,
Dolandırır neçə yetim-yesiri.
Qayğısını çəkəndi o, millətin,
Gör neçəsi çəkir onun həsrətin.
Xeyirxahlıq qanındadı Qüdrətin,
Ölüb haqqın düzgünlüyün əsiri,
Yaşadandır neçə yetim-yesiri.
Şərafət Dağıstanlı,
“Abdulla Şaiq” və “Qızıl Qələm”
mükafatları laureatı,
nəğməkar şairə.
Qüdrət BƏYTƏKƏRLİ
Borçalı elinə elə bağlıyam
Çox zaman bilmirəm, mən haralıyam,
İllərdi vətəndən çox aralıyam.
Köksümün başında min yaralıyam,
Borçalı elinə elə bağlıyam.
Şəhanə duruşlu dağ Vüqarımla,
Bütün hisslərimlə, duyğularımla.
Bütün varlığımla, bütün ruhumla,
Borçalı elinə elə bağlıyam.
Vətənim Borçalı ağır elliyəm,
Elimdə, obamda məndə bəlliyəm.
Bəytəkər qızıyam şirin dilliyəm,
Borçalı elinə, elə bağlıyam.
Borçalım
Nə gözəldi yaşıl yaylaqlarımız,
Bərq vurar günəşdən çaylaqlarımız.
Elata məskəndi oylaqlarımız,
Borçalım, Borçalım, gözəl Borçalım.
Göz oxşayıb, könül açan düzləri,
Aşıqların söhbətləri, sözləri.
Gül üstündə bülbüllərin izləri,
Borçalım, Borçalım, gözəl Borçalım.
Ana qucağımdır doğma torpağım,
Dağlarda ötüşüb uşaqlıq çağım.
Yenə də çağlayır Abbası bulağım,
Borçalım, Borçalım, gözəl Borçalım.
“Şənlik” məclisləri çıxmaz yadımnan,
Qüdrətəm, gen düşməz bu ad, adımnan.
Ürəyim od alır, həsrət odundan,
Borçalım, Borçalım, gözəl Borçalım.
Sevə-sevə gəlmişəm
Taleyimdə bir ayrılıq, bir həsrət,
Doğma yurda ürəyimdə var hörmət.
Saza-sözə, musiqiyə məhəbbət,
Borçalımı sevə-sevə gəlmişəm.
Uzaq düşdüm yurdum deyə ağlaram,
Bulaq kimi kükrəyərəm, çağlarım.
Ömrüm boyu ona könül bağlaram,
Borçalımı sevə-sevə gəlmişəm.
Mən Qüdrətəm, adım üstə adım var,
Sinən üstə doğmalarım, yadım var.
Dad içində sənin də öz dadın var,
Borçalımı sevə-sevə gəlmişəm.
Gözel kəndim Bəytəkərim...
Doğma yurdum, gözel elim Bəyteker,
Uşaqlıq illerim qoynunda geçdi.
Unutmaram seni gözel diyarım,
Elebil zümrütdür cennet qucağın.
Dağlardan süzülen buz bulaqların,
Xalı-xalça kimi göy yaylaqların.
Veribdi baş-başa qoşa dağların,
Ruha neşe verer ilk bahar çağın.
Sende keçdi mənim uşaqlıq çağım,
Dadı damağımda yağın, gaymağın.
Lelver, maral,birde uca qır dağın,
Üçü qoşa olub Ana qucağın.
Boylaner qürbətdə o, yan bu yana,
Gezib dolanerəm hey yana-yana.
Şıxlı, senef baxer üzbə-üz sana,
Dileyim əbədi tüstsün, ocağın.
Böyük dərə axıb gederdi çaya
Oruç babam xırmanda yiğar taya
Göy bulaq, yal- yamaç, qız yatan qaya
Oynamaq yeriydi oğul uşağın
Qaraqaya ətrafına düzülüb,
Suluqaya dərdin çəkib nəzilib
Xram çayı narın-narın süzülüb,
Cənnətə bənziyir o, baxca bağın.
Qaraca oğlunun narın dərəsi,
Bala bulax, təpə qoyun bərəsi.
Qurbətdə insanın gəlir görəsi,
İçimi göynədir şirin yaylağın.
İndi veran qalıb aranı dağı,
Yol gözdüyür tat Məmmədin bulağı.
Eyri yernən, yal könül oylağı,
Gedib yoxlamalı ölüyü, sağı.
Rəcəvin biçin yeri bosh qalib,
Irvahamin bosdani da solub.
Dərəsində qurd-qush yuva salib,
Azalib qonağin bulaği.
Həmzənin, biçdiyi yerlər boş qalıb,
” Natəmiz heyvanlar” ora yol salib.
Top oynayan ushaqlar harda qalib?,
Bir cığırı- izi qalıf burada.
Çöllərmizdə bosdan yeri yiyəsiz,
Kartof, Loyva, biçin yeri yiyəsiz,
Yurd-yuvası niyə qalsin kimsəsiz ?,
Bir söhbəti-sözü qalıf burada.
“Şorax” bulaqı, məclislərin azalib,
Nisgil çəkən yarpızların sozalıb,
DərələrI duman alıb, çən alıb,
Bir yiyəsiz düzü qalıf burada…
Məhləmiz gözəldi, çox qedim yurtdu,
Dəmirqara, kol meşədi adıda.
Böyüdük neçə qız- oğlan bu yerdə,
Bir xatirə kimi qalıf yadımda.
Arif olan kəsə söyləyim birdə,
Günəş üzə gülür həməşə burda.
Başı qarlı dağa dumandı pərdə,
Dağlar sıra kimi qalıf yadımda.
Ulu tanrı verib bu yurdu bizə,
Çıxar yazda nərgiz, bənövşə dizə.
Qışdan qar saxlayır quzeyi yaza,
Dərdə çarə kimi qalıf yadımda.
Görüken dərə-düz böyük çaladı,
Əhram çayı üreyimi daladı.
Yol gözləyən Nəbi tikən qaladı,
Ayət- sura kimi qalıf yadımda
Bala çala qoz, fındıq, mor, ormanı
Meyvəsi bol, hər bir dərdin dərmanı
Cəmən, düzü göz oxşayan hər yanı
Yemliy, tərə kimi qalıf yadımda.
Aşağı məhləsi quzeydə qalıf,
Yuxarı məhləyi güneyə salıf.
Dəmirqara mənə doğma yurd oluf,
Göner yara kimi qalıf yadımda.
Qəşəngdi vətənin hər künc-bucağı,
Ana qoynu kimi şirin qucağı.
Unudulsa sönər baba ocağı,
Qudret get var hələ yaşayacağın.
Borçalı qızı
Parlayır üfüqdə dan ulduzu tək,
Ruhu göylərdədi qəlbi sevincək.
O, səni sevibdi, daim sevəcək,
Əhdinə vəfalı Borçalı qızı.
Xəlvətcə gizlədib, saxlar adını,
Qoruyur sönməsin sevgi odunu.
Unutmaz bu eşqin sirrin, dadını,
Əhdinə vəfalı Borçalı qızı.
Göz süzüb yarına ,edər nazını,
İlahi yazıbdı, bu xoş yazını.
Qorxmadan car çəkər öz avazını,
Əhdinə vəfalı Borçalı qızı.
MÜƏLLİFDƏN:
mənə köməklik göstərmiş bütün insanlara
- xüsusilə də, “Borçalı” nəşriyyatının rəhbəri
dəyərli ziyalımız Müşfiq Borçalıya,
Azərbaycan Yazıçılar Birliyinin və
Dünya Azərbaycanlıları Konqresinin üzvü,
“Qızlı qələm” mükafatçısı,
“Bağban məni yaralama” və s.
məşhur mahnıların müəllifi
nəğməkar şairə Şərafət Dağıstanlıya,
tanınmış şair-publisist Sədi Yaradanquluya
və başqalarına öz dərin
təşəkkürümü bildirirəm.
P.S.:
Bu günlərdə Qüdrət xanım Kazımovanın doğma elində - qədim Bəytəkər kəndində açıq havada - səfalı təbiət qoynunda ilk şeirlərindən ibarət “Vətənim Borçalı, Elim Beytəkər!..” adlı ilk kitabının təqdimatı keçirilib.
Tədbirdə Bolnisi rayon icra hakimiyyətinin nümayəndələri, Bəytəkər məktəbinin müəllim və şagird kollektivi və eləcə də kənd camaatı ilə yanaşı Tiflisdən, Rustavidən, həmçinin qonşu kəndlərdən və rayonlardan gəlmiş qonaqlar da iştirak ediblər.
Tədbirdə turan.info.az-ın, eləcə də "Yeni Azərbaycan" və "Şərqin səsi" qəzetlərinin Gürcüstan üzrə bölgə müxbiri, şair-jurnalist Bəhram Mehdi , Bolnisi Azərbaycan Mədəniyyət Mərkəzinin və "Ümid" qəzetinin rəhbəri, "Şərəf" ordenli Əlixan Yəhyaoğlu, Beynəlxalq Poeziya Müsabiqələri laureatı, "Şərəf" ordenli şair Nizami Saraçlı, professor Mahmud Kamal oğlu, şair Çoban Rəşid, 1 N-li Kəpənəkçi orta məktəbin direktoru Ziyadxan Sərdarov, Rustavidən - "Salam" Mədəni Xeyriyyə Mərkəzinin rəhbəri Maya xanım Rəcəbova, Tiflisdən - şairə Şövkət Dağlarqızı, Aşıq Bafalı, Aşıq Məsim müğənni Kamandar Bəylərli, tanınmış ictimaiyyətçilər Həqiqət İsmayıl qızı Allahverdiyeva, Əliabbas Abbaszadə və başqaları çıxış edərək, Qüdrət xanımın yaradıcılığından söhbət açıblar və ona yeni-yeni uğurlar arzulayıblar...
.