Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Şərqin səsi" qəzetinin şöbə müdiri,
"Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatı
Əlləz Ormeşənlinin Ad günüdür!..
Əlləz müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və
yeni-yeni uğurlar arzulayırıq!..
Ulu Borçalıda, qədim Başkeçid (indiki Dmanisi)
rayonundakı Ormeşən kəndində anadan olmuşdur.
1966-ci ildə Ormeşən 8 illik məktəbi,
1968-ci ildə Darvaz orta məktəbini,
1971-ci ildə Ağdam Kənd Təsərrüfatı
Texnikumunun meşəçilik fakültəsini bitirmişdir.
Uzun müddət Ormeşən meşəçiliyində
müxtəlif vəzifələrdə işləmişdir.
o, yerlərin insanlarına daha çox bağlanmışdır.
Bu məhəbbətin təzahürü olaraq
“Borçalıda qədim Ormeşən eli” kitabını yazmışdır.
Bu kitaba görə müəllif “Qızıl Qələm” mükafatı laureatı
adına layiq görülmüşdür.
“Xalqa – elə məhəbbətin bəhrəsi” toplusu
müəllifin ikinci, meşəçilər haqqında yazmış olduğu
“Təbiətdə izi qalan meşəçilər” kitabı üçüncü,
“Meşə Təsərrüfatının görkəmli təşkilatçısı və
dövlət xadimi Mehdi Mustafayev-100” kitabı isə
dördüncü kitabıdır.
Əlləz Ormeşənlinin yazmış olduğu kitablar həm tarixi,
həm də mənəvi baxımdan çox qiymətli olduğuna görə,
Azərbaycan Respublikasında tanınmış ziyallar tərəfindən
rəğbətlə qarşılanmışdır.
dilçi, ədəbiyyatcı, hətta təbiətin dilini yaxından bilən bioloq və nahayət, yorulmaz bir səyyah olmadığına şübhə edirsən.
Əlləz müəllim əsl mənada əməksevər,
yurdsevər, əsl Borçalı balasıdır.
Bax elə buna görə də o,
"Abdulla Şaiq" mükafatı ilə
təltif olunub.
Eşq olsun Borçalıya da,
qədir bilən və
Borçalıların adını şərəflə daşıyan
Borçalı ziyalılarına da!
Əlləz müəllim siz də
bu şərəfə layiq ziyalısınız!..
ZiM.A.
ÇOX HÖRMƏTLİ
ƏLLƏZ ORMEŞƏNLİ!..
turan.info.az
.
.