(1959)
Leyla İsrafil qızı Mansurova (Əliyeva) 26 sentyabr 1959-cu ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) şəhərində anadan olub.
Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1976-1982-ci illərdə Rostov Dövlət Universitetində ali təhsil alıb. sentyabr 1985-ci ilin sentyabrından - oktyabr 1992-ci ilin oktyabrına qədər Dmanisi şəhərindəki 1 saylı orta məktəbdə tarix müəllimi işləyib.
1992-ci ildə Borçalıda baş vermiş məlum hadisələrdən sonra o da ailəliklə Azərbaycana - Bakiya köçməyə məcbur olub.
1993-cü ilin iyulundan Azərbaycan Respublikası, Bakl şəhəri, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Azərbaycan Təhsil Problemləri İnstitutu) elmi işçi vəzifəsində işləyib. Hal-hazırada həmin institutun kadrlar şöbəsində baş mütəxəssis, koordinator vəzifəsində çalışır.
2011-ci ildə dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb, hazırda pedpsixologiya üzrə doktorantdır.
10-dan çox məqalələrin müəllifidir.
Biz də, Leyla xanıma uğurlar arzulayırıq!..
Əsərləri:
1. Azərbaycan Demokratik Respublikası mövzusunun tədrisində şagirdlərin milli ruhda tərbiyəsi Azərbaycan Cumhuriyyətinin 80 illiyinə həsr olunmuş ənənəvi elmi konfransın materialları (1998-ci il 23 may Şamaxı şəhəri). Bakı: Elm, 1998, s.73-79
2. İctimaiyyatın tədrisi metodikası kursunun proqramı. Tarix kafedrası üzrə proqramlar. Bakı: BAPQS-in nəşri, 1998, s.135-139
3. Tarix. Azərbaycan Respublikası məktəblərinin təhsil standartları. Bakı, 2000, s.277-304
4. Tarix. İnsan və cəmiyyət. Orta ümumtəhsil məktəblərinin təhsil standartları. Bakı: Ünsiyyət, 2004, 55 s.
5. Şagirdlərdə idraki fəallığın formalaşdırılması yolları // ADPU-nun Xəbərləri, 2007, №2, s.49-52
6. Внеклассные и внешкольные мероприятия в развитии познавательной активности учащихся // Bakı Slavyan Universitetinin Elmi əsərləri, 2007, № 1-2, s.201-207
7. Проблема подготовки педагогических кадров / “Pedaqoji kadr hazırlığı: problemlər, vəzifələr” mövzusunda beynəlxalq simpoziumun materialları. Naxçıvan, 2009, s. 190-197
8. Игровые технологии на уроках истории / “Azərbaycan təhsili yeni inkişaf mərhələsində” mövzusunda respublika elmi-praktik konfransın materialları. Bakı, 2010, s. 222-225
Sertifikatları:
1. 04 noyabr 2004-cü ildə World Hope International təşkilatının kompüter məktəbinin kurslarını bitirmişəm (sertifikat).
2. Noyabr 2006-cı il tarixdə Test və Tətbiqi Tədqiqatlar Mərkəzinin “İntellekt test sınaqlarına hazırlıq” adlı kurslarında iştirak etmişəm (sertifikat).
3. Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal(interaktiv)təlim. Təlimçilər üzrə Təlim kursu -UNİCEF, 2012
4. “Mentorluq sisteminin yaradılması” mövzusunda 2014-cü il fevralın 3-dən 12-dək kurs (sertifikat).
5. Turizm bələdçisi sertifikatı. Bakı, 16 may 2013-cü il.
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.227-228).
.