HƏMİD QƏMƏRLİ

HƏMİD QƏMƏRLİ
Qəmərlisən Borçalı anan,
Qarayazı, Bolus, Başkeçid, Sarvan.
Bir ata evladıdı, hərəsi bir can,
Səndədi hər yolum, izim Borcali.


BAŞKEÇİD


Beşiyi olubsan ulu babamın,
Mənə də, doğmasan özün Başkeçid,
Qoynunda bəslənir, körpə balalar,
Onlara layladı, sözün, Başkeçid.

Səndə ömür sürən oğulun-qızın,
Bəhrəsi olubdu, ömürdə yazın,
Nəğməkar anasan xoşdu avazın,
Alnına həkk olub, yazın, Başkeçid.

Balalar böyüyüb yaşa dolubdu,
Çoxları, oxuyub alim olubdu,
Toylarda oynayıb, toyda gülübdü,
Mehribandı oğul-qızın, Başkeçid.

Qarşında Şindidi, arxanda Sərxan,
Yaylağa yollanır hər dağa çıxan,
Əyriqar qənşərdi, Yemlikli baxan,
Yaylayır sinəndə sazın, Başkeçid.

Borçalı diyarı, doğmadı sənə,
Hər çətin gününə, gəribdi sinə,
Suyundan içənlər salıbdı binə,
Həmid çəkəcəkdi nazın, Başkeçid!

QƏMƏRLİ

Dünyaya gələndən səni görmüşəm,
Laylanla bərkiyib belim, Qəmərli,
Şirin yuxu yatdım uzun gecələr,
Ayımsan, günümsən elim, Qəmərli.

Qoynunda bəslənən körpə balalar,
Sinəndə yaylayar, səninlə qalar,
Səndə ömür sürər, səndə qocalar,
Başımda ağaran telim Qəmərli.

Ulu Borçalının haq balasısan,
Mərd oğulun, qızın şah anasısan,
Yaddaş tariximizdə köz qalasısan,
Toylarda oynayım, gülüm, Qəmərli.

Ömürdən gün alır ötdükcə günlər,
Bir əsrə tay olur, yığılır illər,
Hüsnünə yaraşan sonalı göllər,
Coşanda cağlayır selim, Qəmərli.

Həsrətini çəkir ayrı düşənlər,
Sərin bulağından saf su içənlər,
Uğrunda baş qoyan, candan keçənlər,
Həmid, öz fəxrimdi, sərim, Qəmərli.

DÖZÜLMƏZ OLDU...

Yaxın qohumum, xətrini çox istədiyim
Valeh müəllimin əziz xatirəsinə ithaf edirəm


Bəd xəbər eşidib, birdən biləndə,
Valehin ölümü inanmaz oldu.
Bimüvət əcəlin qanlı əlinnən,
Uçdu dağ qartalı görünməz oldu.

İnanmadım, sanki yuxu görmüşəm,
Hər qəmdən, kədərdən çələng hörmüşəm.
Cavabı bir oldu kimdən sormuşam,
Dərdinin dərmanı bulunmaz oldu.

Görkəmli alimi, gözəl insanı,
Vaxtsız itirdik, gəzirik hanı?
Bilik dəryasının sultanı, xanı,
Tarixə yazıldı, silinməz oldu.

Borçalı unutmaz ülvi alimi,
Qəlbində yaşadar, yaşar daimi.
Biliklə yoğrulub, sökülməz himi,
Möhkəm kök üstündə əyilməz oldu.

Bir ümmün yarandı, əzəldən özü,
Yaddaşa həkk oldu, silinməz sözü.
Əbədi məşəldi, sönməzdi közü,
Şair, sənətində yenilməz oldu.

İllər tamam olur, həstrəti kədər,
Yoxluğu qəlbimi incidər, didər.
Alnına yazılan yarımçıq qədər,
Ömürə son qoydu, dözülməz oldu.
(Yerin cənnət olsun!..)

KÖÇ KARVANI

Yenə də dayanmır köç karvanları,
Sökülüb daşınır ev materyalları,
Yaddan çıxmamışdı o acı illər,
Hələ sağalmayıb əl yaraları.

Ağacı icindən hələ də yeyir qurd,
Yəqin ki, boşalar necə təzə yurd,
Belə getsə kəndlər çökər, dağılar,
Köçənlər dayanmasa, heç sağalmaz dərd.

Kəndlardə, çıxıb gedir cavanlar,
Çörəyi tükənən, iş axtaranlar,
Gecələr yatammır, axtarır əlac,
Evlərin çoxunda qalan qocalar.

Necə ki, azalıb halmıza yanan,
Çox kəndlər qalacaq, yenidən viran,
Haraymız, səsimiz çatmır bir yana,
Bizi, unudubdu bil, Azərbaycan.

Hər ağır günlərə biz sinə gərdik,
Ağrılı anları özümüz gördük.
Keşiyində durduq öz namusmuzun,
Səngərlər düzəltdik, daş hasar hördük.


GENERAL

Xətrini çox istədiyim, yaxın qohumum
və eloğlum polis general-mayoru
Cavanşir Məmmədova ən xoş arzularla


Şərəfli yol keçdi, çəkildi başa,
Qəhrəman atanın Cavanşir oğlu.
Canında qeyrətin, müqəddəs südün,
Göstərdi, zirvəyə aparan yolu,
Qəhraman atanın Cavanşir oğlu.

Ağılla, biliklə doludur başın,
Mənlikdə mətinsən, müdrikdi yaşın.
Vətən məhəbbətin, silah yoldaşın,
Hədəfə tuşladı düz vuran qolu,
Qəhraman atanın Cavanşir oğlu.

Xalqım səndə görür böyük ürəyi,
Möhkəm iradəni, güclü biləyi.
Qələbə arzusu, haqqın diləyi,
Hər şeydən ucadır, hər şeydən ulu,
Qəhraman atanın Cavanşir oğlu.

Qarabağdan qovun yağı düşməni,
Şuşa göylərindən dumanı, çəni.
Dizin yerə qoysun nankor erməni,
Bayrağımız ucalsın alqışla dolu,
Qəhraman atanın Cavanşir oğlu.

İlhamı, İlhamdan alın zəfərdə,
Vətənmiz güclüdü qeyrət-hünərdə.
Siz də, məlhəm olun Şuşa tək dərdə,
Azad nəfəs alaq, köksümüz dolu,
Qəhraman atanın GENERAL oğlu.


HƏKİM ŞƏMİLƏ

Şəfalı əllərin çatır köməyə,
Açıq ürəklisən, a doktor Şəmil.
Baş çəkirsən gündə neçə xəstəyə
Dərin kamallısan, a doktor Şəmil.

Elin köməyisən xeyirdə, şərdə,
Sən məlhəm olursan, sağalmaz dərdə,
Çatırsan köməyə soyuqda, qarda,
Loğman təməllisın, a doktor Şəmil.

Ağrılı anlarda bizdən güc aldın,
Vətənə, millətə sən sadiq qaldın,
İşinlə şər qüvvəyə sən, zəfər çaldın,
Babək misallısan, a doktor Şəmil.

Yorulmaq bilmədin ağır işində,
Əl izin var ürəklərin başında,
Dili var torpağın, hər bir daşın da,
Deyir: - Əvəzsizsən, a doktor Şəmil.

Həmidin ürəkdən dostusan, qalan,
Odur yaxşılıqla hey yada salan,
Öz hörmətindi, bil, yaddaşda qalan,
Təbib, əməllisən, a doktor Şəmil.

SƏADƏT BUTAYA

Borçalı elinin şair ulduzu,
Şöhrətin yayılıb, ellərə sənin,
Butasan, "Həcərin" Səadət qızı,
Sözlərin həkk olub dillərə sənin.

Sorağın var yaxın-uzaq ellərdə,
"Həsrət cələngidi" gəzən əllərdə,
Namüs, qeyrət sözü şair dilində,
Dərin məna verir hər sözə sənin.

Tanrının rüzgarı daladı səni,
Bəxtiyin alovu yaladı səni,
Abbasın oduna qaladı səni,
Alnına yazılmış taleyin sənin.

Darıxma zamanın bu gərdişindən,
Çətin yoxuşundan, sərt enişindən
Laçın uçuşunnan, sar baxışınnan
Yel olub keçəmməz yanından sənin.

Vətən ocağında közü gözləyir,
Şindi haray salıb sizi gözləyir,
Həmid də kəsməyə quzu bəsləyir,
Zahid tutub gəlsin əlindən sənin.

ŞAİR DOSTUM
(Oruc Oğuzmənə)


Şair olduğunu eşidib bildim,
Oğuz babamızın balası kimi.
Oruc Məmmədov tək bilirəm səni,
Oruzman, elinin qalası kimi.
Taleyin verdiyi qismətdi deyə,
Qəlbinin harayı, ucalsın göyə.
Əvəzsiz şair ol, tanın dünyada.
Oruc, Oruzmanlı sədası kimi.
Alışsın sinəndə şerdən məşəl,
Sözünlə ucalsın, qoyduğun təməl,
Yazıb yarat, necə böyük sənətkar,
Söz-sənət ustası Nizami kimi.
As mühəndissən sən öz sənətində,
Şair, mühəndissən insan qəlbinə də,
Şərəfli yaşat hər ikisini də,
Mühəndis şair tək Oğuzmən kimi.
Həmidin dostusan, qəlbinə yatan,
Şair tək istəyə, arzuya çatan,
Fəxr eləsin sənlə elin Oruzman
Babəkin alınmaz qalası kimi.

ATANI YAŞADAR OĞUL

Baladı insanın ömrünün barı,
Nəsili çoxaldır, yaşadır oğul,
Ağıllı övladı varsa atanın,
Başını həmişə ucaldar oğul.
Ata var, sevinir öz övladınnan,
Övlad var, tanınır ata adınnan,
Ata-ana çıxmaz övlad yadından,
Onların dərdini azaldar oğul.
Ata sərvətini saxlar əlində,
Halını soruşar səhər duranda,
Atanın dizləri yerə gələndə,
Qolundan tez tutub qaldırar oğul.
Süfrəyə nan tökər, qonaq gələndə,
Çörəyi söylənər elin dilində,
Ata ömür sürüb ölüb gedəndə,
Məzara əlinnən uzadar oğul.
Həmid, yarananlar durmayıb gedər,
Əbədi dünyaya əlvida edər,
Ata məzarını ziyarət edər,
Göz kimi qoruyub saxlayar oğul.

Gürcüstan, Başkeçid.

(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.231-236)



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

"XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

Əsas xəbər, Azərbaycan, Borçalı, Başkeçid, Hüquq, Təbriklər
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
AFTANDİL QƏMƏRLİnin POEZİYA DÜNYASI

AFTANDİL QƏMƏRLİnin POEZİYA DÜNYASI

Poeziya, Ədəbiyyatşunaslıq, Başkeçid
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Ana əllərindən öpən GENERAL...

Ana əllərindən öpən GENERAL...

AzTU, Poeziya, Rusiya
Əhməd İlhamoğlu: BAŞKEÇİD

Əhməd İlhamoğlu: BAŞKEÇİD

Poeziya, Müsabiqə, Başkeçid
Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi:

Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." ( ...

Mədəniyyət, Tv, Borçalı, Darvaz
AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

"SALDO", Təbriklər
Tahirə İlyas qızı:

Tahirə İlyas qızı: "BAŞKEÇİD"

Başkeçid, Müsabiqə
Əlyar Oruc oğlu (1962)

Əlyar Oruc oğlu (1962)

Müsabiqə, Qərbi Azərbaycan
Mədəd COŞQUN (1938):

Mədəd COŞQUN (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..."

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Başkeçid, Arxiv
RƏNA AZAXLI:

RƏNA AZAXLI: "Sənin gözlərinlə Şuşaya baxdım..."

Müsabiqə
Tofiq BƏXTİYAR:

Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azər ...

Müsabiqə, Başkeçid
Yunis QARAXANLInın Yeni şeirləri

Yunis QARAXANLInın Yeni şeirləri

Poeziya, Qarayazı
Yunis Qaraxanov: QARAYAZIM!..

Yunis Qaraxanov: QARAYAZIM!..

Qarayazı, Müsabiqə
Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Darvaz, Arxiv, Müşfiq Borçalı
80 YAŞIN ASTANASINDA

80 YAŞIN ASTANASINDA

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Şükür MƏMMƏDOV: Cağlaya, qaynaya, coşa, BAŞKEÇİD!..

Şükür MƏMMƏDOV: Cağlaya, qaynaya, coşa, BAŞKEÇİD!..

Poeziya, Başkeçid
Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Başkeçid
Rəy yazın: